Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1270/2020 13.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, zərərçəkmiş şəxs X1 iştirakı ilə xx xxxxxxx 1985-ci ildə Ermənistan Respublikası, Krasnoselo rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsi tərəfindən təqdim olunmuş xx xxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx xxxxxxx 2020-ci ildə saat 19 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, «Şərq» yaşayış massivində küçədə olarkən ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmiş, o cümlədən zərərçəkmiş şəxs X2 qarşı nalayiq ifadələr işlədərək xırda xuliqanlıq etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək xx xxxxxxx 2020-ci ildə saat 19 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, «Şərq» yaşayış massivində avtomobilini idarə edərkən qarşısına X1 öz avtomobili ilə çıxdığını, sonuncudan avtomobilini bir qədər arxaya çəkməsini və ona yol verməsini xahiş etdiyini, lakin zərərçəkmiş şəxsin buna əhəmiyyət vermədiyini bildirmişdir. Bu səbəbdən aralarında sözlə mübahisə yaranmışdır. Göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə xitam verilməsini məhkəmədən xahiş edir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş X3 bildirmişdir ki, xx xxxxxxx 2020-ci ildə saat 19 radələrində qızı Leyla ilə birlikdə yaşadığı binanın qarşısına idarə etdiyi avtomobillə çatdığı vaxt qarşısına Şəxs tərəfindən idarə olunan avtomobil çıxmışdır. Bu zaman Şəxs ondan kobud formada tələb etmişdir ki, avtomobili geri çəksin. Bu zəmində aralarında mübahisə baş vermiş və ətrafa xeyli adam toplaşmışdır. Hadisə vaxtı Şəxs ona qarşı nalayiq ifadələr işlətmişdir. Şəxs həmçinin uca səslə bildirmişdir ki, guya o, hərbi komissarlığa pul verərək oğlunu təhlükəsiz yerə saldırıb. Əslində isə onun (zərərçəkmiş şəxsin) oğlu hazırda döyüş bölgəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qanunla nəzərdə tutulan tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X5 və X4 zərərçəkmiş şəxsin bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs özünü təqsirli bilmədiyinə baxmayaraq, onun müvafiq inzibati xətanı törətməsi halı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da tam təsdiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və şahidləri dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi halı sübuta yetirilmiş sayılmalıdır. Ona görə də o, həmin maddə ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinərək 100 (yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(010)-1270/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1270/2020
13.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver