Məhkəmə qərarları › İş №3(010)-1271/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1271/2020

13.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1271/2020 13.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 iştirakı ilə xx xxxxxx 1987-ci ildə Ermənistan SSR Yexeqednadzor rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 mənzil 2 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan, xx xxxxxxx 2020-ci il tarixdən inzibati qaydada tutulmuş X2 Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsi tərəfindən təqdim olunmuş xx xxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə qeyd olunur ki, X4 xx xxxxxxx 2020-ci ildə saat 22 radələrində Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsində komendant rejimi qaydasının mühafizə vəzifələrini icra edən polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. İnzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 yuxarıda təsvir olunmuş hərəkətlərlə Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi göstərilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək işin məhkəmə baxışı zamanı bildirmişdir ki, Rusiya Federasiyasından gəlmiş dostu X7 ilə xx xxxxxxx 2020-ci ildə bir qədər spirtli içki içmiş və sonuncunun idarə etdiyi avtomobillə evə yola düşmüşlər. Lakin yolda avtomobildə nasazlıq yarandığına görə onlar bir qədər ləngimiş və saat 22 radələrində Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsində komendant rejimi ilə əlaqədar yaradılmış postda polis əməkdaşları tərəfindən saxlanılmışlar. Qeyd edir ki, bu zaman X7 ilə polis əməkdaşları arasında mübahisə yaranmışdır. Həmin mübahisə zamanı X1 çalışıb. Polis əməkdaşlarına qarşı isə heç bir müqavimət göstərməyib və onlara qarşı kobudluq etməyibdir. Buna baxmayaraq, polis əməkdaşları onu da X7 ilə birlikdə saxlayıb polis bölməsinə aparmışlar. Göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İnzibati xəta haqqında protokolu tərtib etmiş vəzifəli şəxs, Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis şöbəsinin sahə rəisi X8 işə məhkəmədə baxılması zamanı bildirmişdir ki, xx xxxxxxx 2020-ci ildə saat 22:00 radələrində İ.Musayev küçəsində aparılmış komendant postunda xidmət aparan naryadların çağırışı ilə stasionar posta yaxınlaşaraq X3 polis bölməsinə dəvət etmişlər. qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs istər ona, istərsə də başqa polis əməkdaşlarına heç bir müqavimət göstərməmiş, əksinə avtomobilin sürücüsü X1 çalışmışdır. Yuxarıda qeyd olunan şəxsləri dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək belə qənaətə gəlirəm ki, X2 Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 8.2 və 8.3-cü maddələrinə əsasən «İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir», «İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur». Azərbaycan Respublikası İXM-nin 8-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin mahiyyətindən görünür ki, şəxsin əməlində inzibati xətanın tərkibinin olması halı səlahiyyətli orqan tərəfindən sübuta yetirilməlidir. Beləliklə, X2 əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tərkibinin olması halının sübuta yetirilməsi vəzifəsi inzibati xəta haqqında protokolu tərtib edilmiş orqanın üzərinə düşür. İşin məhkəmə baxışı zamanı araşdırılmış sübutların cəminə qiymət verərək hesab edirəm ki, X2 əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tərkibinin olması halı sübuta yetirilmiş sayıla bilməz. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən «inzibati xəta tərkibi olmadıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, “Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X2Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. X4 məhkəmə iclası zalından dərhal azad edilsin. Qərardan 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar