Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-128/2021 15.01.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi X37 oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X21 və inzibati xəta üzrə tələbkarlar X14 və X3 iştirakı ilə, Şəxs, xx xxxxx 1964-cü ildə Ermənistan Respublikasının Basarkeçər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, orta təhsilli, evli, heç yerdə işləməyən, Şəki rayonunun, Şəki kəndində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Qumlu küçəsi, 23 nömrəli evdə yaşayan barəsində Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 1(101)-103/2017 nömrəli hökmünə, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(001)-6851/2018 nömrəli, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxx 2012-ci il tarixli, 2(006)-679/2012 nömrəli və Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxx 2018ci il tarixli, 1(011)-136/2018 nömrəli qətnamələrinə dair icra sənədləri üzrə Şəxs müvafiq olaraq dövlət büdcəsinə və zərərçəkmiş şəxslərə ümumilikdə 779.693 manat 27 qəpik tutulması üməyyən edilmişdir. Həmin icra sənədlərinin icrasını həyata keçirən icra məmuru tərəfindən Şəxs dəfələrlə icra sənədlərinin icra edilməsi tələb olunsa da, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, üzrsüz səbəbdən icra sənədlərini icra etməmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək göstərdi ki, ümumilikdə dörd icra sənədi üzrə ondan müvafiq olaraq dövlət büdcəsinə və zərərçəkmiş şəxslərə ümumilikdə 779.693 manat 27 qəpik tutulmalıdır. Qeyd edilən icra sənədlərini əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyinə görə, azadlığa çıxdıqdan sonra isə bir müddətsəhhətində yaranmış problemlərlə əlaqədar olaraq heç yerdə işləyə bilmədiyinə görə icra edə bilməmişdir. Hal-hazırda o, işə düzəlmiş və aylıq 340 manat əmək haqqı alır. İcra məmurundan dəfələrlə tələbin əmək haqqına yönəldilməsini xahiş etsə də, sonuncu onun sözlərinə məhəl qoymamışdır. O, məhkəmənin qərarlarına hörmətlə yanaşır, icra sənədlərinin icrasında qərəzli olaraq yayınmır. Sadəcə olaraq 779.693 manat 27 qəpik borcu birdəfəlik ödəmək iqtidarında deyil. Sonda Şəxs məhkəmədən qeyd edilənləri nəzərə alaraq barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru X32 məhkəmədə bildirdi ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-103/2017 saylı, xx xxxxxxx 2019-cu il tarixli icra sənədinə əsasən icra sənədi üzrə borclu Şəxs 251.445 manat 77 qəpik məbləğində pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilməlidir. İcra sənədi üzrə zərərçəkmiş şəxs və tələbkar X4 dəymiş 25.410 manat məbləğində maddi ziyan, zərərçəkmiş şəxs və tələbkar X10 dəymiş 30.000 manat məbləğində maddi ziyan, zərərçəkmiş şəxs və tələbkar X11 dəymiş 10.500 manat məbləğində maddi ziyan, zərərçəkmiş şəxs və tələbkar X15 dəymiş 38.655 manat məbləğində maddi ziyan, zərərçəkmiş şəxs və tələbkar X22 dəymiş 39.993 manat məbləğində maddi ziyan, zərərçəkmiş şəxs və tələbkar X12 dəymiş 37.246 manat məbləğində maddi ziyan, zərərçəkmiş şəxs və tələbkar X7 dəymiş 35.000 manat məbləğində maddi ziyan, zərərçəkmiş şəxs və tələbkar X8 dəymiş 39.220 manat məbləğində maddi ziyan, zərərçəkmiş şəxs və tələbkar X16 dəymiş 50.800 manat məbləğində maddi ziyan (Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə Şəxs 50.800 manat tutulub X16 ödənilməsinə dair hissədə 46.300 manat çıxılıb 4.500 (dörd min beş yüz) manat saxlanılsın), zərərçəkmiş şəxs və tələbkar X5 dəymiş 13.000 manat məbləğində maddi ziyan, zərərçəkmiş şəxs və tələbkar X23 dəymiş 5.747 manat məbləğində maddi ziyan, zərərçəkmiş şəxs və tələbkar X6 dəymiş 21.000 manat məbləğində maddi ziyan, zərərçəkmiş şəxs və tələbkar Babaşova Şəfiqə Bəhrəni qızına dəymiş 14.345 manat məbləğində maddi ziyan, zərərçəkmiş şəxs və tələbkar X17 dəymiş 31.033 manat məbləğində maddi ziyan, zərərçəkmiş şəxs və tələbkar X9 dəymiş 7.500 manat məbləğində maddi ziyan, zərərçəkmiş şəxs və tələbkar X27 dəymiş 5.164 manat məbləğində maddi ziyan, zərərçəkmiş şəxs və tələbkar X1 dəymiş 34.916 manat məbləğində maddi ziyan, zərərçəkmiş şəxs və tələbkar X24 dəymiş 10.800 manat məbləğində maddi ziyan, zərərçəkmiş şəxs və tələbkar X25 dəymiş 53.500 manat məbləğində maddi ziyan, zərərçəkmiş şəxs və tələbkar X2 dəymiş 3.000 manat məbləğində maddi ziyan Şəxs tutularaq, onlara ödənilməlidir. İcra sənədi üzrə cəmi ödənilməli məbləğ 460 529 (dörd yüz altmış min beş yüz iyirmi doqquz) manat təşkil edir. İcra sənədi xx xxxx 2020-ci il tarixində icraata daxil olmuşdur. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(001)-6851/2018 saylı icra sənədinə əsasən borclu Şəxs vurulmuş maddi ziyana görə 34.800 (otuz dörd min səkkiz yüz) manat pul və 06 manat 50 qəpik manat tələbkar tərəfindən ödənilmiş dövlət rüsumu tutularaq tələbkar X20 ödənilməlidir. İcra sənədi xx xxxx 2020-ci il tarixində icraata daxil olmuşdur. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-679/2012 saylı, xx xxxxx 2012-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 32.800 manat məbləğində pul alınaraq, tələbkar X18 verilməlidir. İcra sənədi xx xxxx 2020-ci il tarixində icraata daxil olmuşdur. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 1 (011)-136/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs ekspertiza tədqiqatının dəyəri olan 112 manat pul tutularaq dövlət büdcəsinə keçirilməlidir. İcra sənədi xx xxxx 2020-ci il tarixində icraata daxil olmuşdur. Bu günədək heç bir ödəniş olmamışdır. Borclu Şəxs xx xxxx 2020-ci il tarixində şöbəyə dəvət olunmuş və müvafiq qaydada izahatı alınmışdır. Borclu izahatında həbsdən yeni çıxdığını, xəstəliklə əlaqədar müalicə aldığını bildirərək borclarını ödəyə bilməyəcəyini bildirmişdir. Borclu Şəxs tələbkarla danışıb razılıq əldə etmək üçün vaxt istəmişdir. Borclu bu günə qədər verilmiş müddət ərzində heç bir ödəniş etməmiş, bu da tələbkarların narazılığına səbəb olmuşdur. Borclu Şəxs sonuncu dəfə xx xxxxxx 2021-ci il tarixində yenidən şöbəyə dəvət edilmiş, borcun ödənilməsi tələb olunmuş, lakin borclu bu borcları ödəyə bilməyəcəyini izahatında bildirmişdir. Buna görə borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. İcra sənədi üzrə tələbkar X28 məhkəmədə bildirdi ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 1(101)-103/2017 nömrəli hökmü üzrə maddi ziyan qismində 39.993 manat məbləğində vəsait Şəxs tutularaq ona ödənilməlidir. Borclu müxtəlif bəhanələr gətirərək hal-hazıradək ona heç bir ödəniş etməmişdir. Sonda R.A.Məmmədov borclu Şəxs barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İcra sənədi üzrə tələbkar X13 məhkəmədə bildirdi ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 1(101)-103/2017 nömrəli hökmü üzrə maddi ziyan qismində 39.220 manat məbləğində vəsait Şəxs tutularaq ona ödənilməlidir. Borclu müxtəlif bəhanələr gətirərək hal-hazıradək ona heç bir ödəniş etməmişdir. Sonda E.N.Ələkbərov borclu Şəxs barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 1(101)-103/2017 nömrəli hökmünə dair icra sənədi üzrə tələbkarları dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, işdə olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 1(101)-103/2017 nömrəli hökmünə dair icra vərəqəsindən görünür ki, Şəxs 251.445 manat 77 qəpik məbləğində pul vəsaiti tutularaq, dövlət büdcəsinə ödənilməli, zərərçəkmiş şəxs və tələbkar X4 dəymiş 25.410 manat məbləğində maddi ziyan, zərərçəkmiş şəxs və tələbkar X10 dəymiş 30.000 manat məbləğində maddi ziyan, zərərçəkmiş şəxs və tələbkar X11 dəymiş 10.500 manat məbləğində maddi ziyan, zərərçəkmiş şəxs və tələbkar X15 dəymiş 38.655 manat məbləğində maddi ziyan, zərərçəkmiş şəxs və tələbkar X22 dəymiş 39.993 manat məbləğində maddi ziyan, zərərçəkmiş şəxs və tələbkar X12 dəymiş 37.246 manat məbləğində maddi ziyan, zərərçəkmiş şəxs və tələbkar X7 dəymiş 35.000 manat məbləğində maddi ziyan, zərərçəkmiş şəxs və tələbkar X8 dəymiş 39.220 manat məbləğində maddi ziyan, zərərçəkmiş şəxs və tələbkar X16 dəymiş 50.800 manat məbləğində maddi ziyan (Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə Şəxs 50.800 manat tutulub X16 ödənilməsinə dair hissədə 46.300 manat çıxılıb 4.500 (dörd min beş yüz) manat saxlanılsın), zərərçəkmiş şəxs və tələbkar X5 dəymiş 13.000 manat məbləğində maddi ziyan, zərərçəkmiş şəxs və tələbkar X23 dəymiş 5.747 manat məbləğində maddi ziyan, zərərçəkmiş şəxs və tələbkar X6 dəymiş 21.000 manat məbləğində maddi ziyan, zərərçəkmiş şəxs və tələbkar Babaşova Şəfiqə Bəhram qızına dəymiş 14.345 manat məbləğində maddi ziyan, zərərçəkmiş şəxs və tələbkar X17 dəymiş 31.033 manat məbləğində maddi ziyan, zərərçəkmiş şəxs və tələbkar X9 dəymiş 7.500 manat məbləğində maddi ziyan, zərərçəkmiş şəxs və tələbkar X27 dəymiş 5.164 manat məbləğində maddi ziyan, zərərçəkmiş şəxs və tələbkar X1 dəymiş 34.916 manat məbləğində maddi ziyan, zərərçəkmiş şəxs və tələbkar X24 dəymiş 10.800 manat məbləğində maddi ziyan, zərərçəkmiş şəxs və tələbkar X25 dəymiş 53.500 manat məbləğində maddi ziyan, zərərçəkmiş şəxs və tələbkar X2 dəymiş 3.000 manat məbləğində maddi ziyan Şəxs tutularaq, onlara ödənilməlidir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(001)-6851/2018 nömrəli qətnaməsinə dair icra sənədinə əsasən borclu Şəxs vurulmuş maddi ziyana görə 34.800 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 06 manat 50 qəpik tutularaq X20 ödənilməlidir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxx 2012-ci il tarixli, 2(006)-679/2012 nömrəli qətnaməsinə dair icra sənədinə əsasən borclu Şəxs 32.800 manat məbləğində pul alınaraq X18 verilməlidir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 1(011)-136/2018 nömrəli icra sənədinə əsasən borclu Şəxs ekspertiza tədqiqatının dəyəri qismində 112 manat tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş materiallarında olan icraata başlamaq haqqında xx xxxx 2020-ci il tarixli qərarlardan və tələbin könüllü icrası haqqında eyni tarixli bildirişlərdən görünür ki, Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsində müvafiq olaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 1(101)-103/2017 nömrəli hökmünə, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(001)-6851/2018 nömrəli, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxx 2012-ci il tarixli, 2(006)-679/2012 nömrəli və Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 1(011)-136/2018 nömrəli qətnamələrinə dair icra sənədləri üzrə icraata başlanılmış, borclu Şəxs icra sənədlərində göstərilən tələblərin üzrsüz səbəbdən icra edilmədiyi təqdirdə icranın məcburi təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərcələrin borcludan tutulacağı qeyd edilmişdir. İş materiallarında olan icra sənədlərinin ümumi icraatda birləşdirilməsi barədə xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 1(101)-103/2017 nömrəli hökmünə, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(001)-6851/2018 nömrəli, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxx 2012-ci il tarixli, 2(006)-679/2012 nömrəli və Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 1(011)-136/2018 nömrəli qətnamələrinə dair icra sənədləri ümumi icraatda birləşdirilmişdir. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 1(101)- 103/2017 nömrəli hökmünə, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(001)-6851/2018 nömrəli, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxx 2012-ci il tarixli, 2(006)-679/2012 nömrəli və Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 1(011)-136/2018 nömrəli qətnamələrinə dair icra sənədləri üzrə borcu ümumilikdə 779.693 manat 27 qəpik təşkil edir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə işin hallarını yəni borclu Şəxs icra sənədləri üzrə ümumilikdə 779.693 manat 27 qəpik borcundan hal-hazıradək heç bir ödəniş etmədiyini, bununla da Şəxs icra sənədlərini üzrsüz səbəbdən icra etmədiyini nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət etmir və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş hədd çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 55, 114- 115, 128-132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 01 (bir) ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs inzibati həbs müddətinin başlanğıcı xx xxxxxx 2021-ci il tarixdən, saat 12:20dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-128/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-128/2021
15.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver