Məhkəmə qərarları › İş №3(010)-128/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-128/2023

13.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-128/2023 13.01.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, Protokol tərtib edilmiş şəxs Suraxanı RPİ-nin 32-ci Polis Şöbəsinin sahə rəisi Bərzu Həşimovun, Zərərçəkmiş şəxs X2, Zərərçəkmiş şəxs X6, Zərərçəkmiş şəxs X7 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, mühafiəçi vəzifəsində işləyən, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Suraxanı RPİ-nin 32-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2022-ci il tarixdə, ailə-məişət zəminində tərəflər arasında yaranmış mübahisə zamanı Şəxs həyat yoldaşı X10 vurmaqla ona dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-İn 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Suraxanı RPİ-nin 32-ci Polis Şöbəsinin sahə rəisi Bərzu Həşimov tərəfindən xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və inzibati xəta haqqında işin aidiyyəti üzrə məhkəməyə göndərilməsi barədə xx.xx.2023-cü il tarixli qərardad qəbul edilmişdir. Məhkəmə iclasında protokol tərtib edilmiş şəxs Suraxanı RPİ-nin 32-ci Polis Şöbəsinin sahə rəisi Bərzu Həşimov protokola uyğun izahat verərək, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, barəsində şikayət edən X12 həyat yoldaşıdır, 2019-cu ildə ailə həyatı qurmuşlar, birgə nigahlanndan bir qız övladları var və əvvəllər aralarında heç bir ədavət olmamışdır. Ailə qurduqdan təxminən 10 ay sonra xasiyətləri uyğun gəlmədiyi üçün münasibətləri korlanmış və bu səbəbdən ayrı evlərdə yaşamağa başlamışlar. Təxminən 2022-ci ilin avqust ayında barışmışlar və Qaraçuxur qəsəbəsi Y.Eyvazov küçəsi məhəllə 4048/49 ev 2 mənzil 30 ünvanında kirayə yaşamağa başlamışlar. xx.xx.2022-ci il tarixdə saat 17 radələrində yaşadığı evin qarşısında həyat yoldaşı Nuray ilə birlikdə avtomobildə olduqları zaman yuyucu vasitəsi məsələsindən fikir ayrılıqları olmuş və bu səbəbdən aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Nurayın sakit dayanması üçün əli ilə bir neçə dəfə qolundan vurmuşdurki sakit dursun. Bundan sonra avtomobildən düşüb yaşadıqları evə getmişlər. Təxminən 10 dəqiqə sonra Nuray yenidən boş boş qıcıqlandırıcı sözlərdən istifadə edib onun əsəbləri ilə oynamağa başlamış və O, bir neçə dəfə irad bildirsədə yenidən öz dediklərini təkrar etmişdir. Bu səbəbdən Nuraya yaxınlaşaraq sakit durmasını, artıq dediklərinin onu tam əsəbləşdirdiyini və heç bir mənası olmadığnı demişdir. Bu səbəbdən yenidən aralarında mübahisə yaranmış və mübahisə zamanı yenidən əli ilə Nurayı qolundan vuraraq sakit durmasını demişdir. Bu zaman qonşuluqda yaşayan Xanım səs küylərini eşidib evlərinə gəlmiş və onları ayıraraq onu Xanım evdən çölə çıxartmışdır. Daha sonra Nurayın ailə üzvləri və onun ailə üzvləri məsələni aydınlaşdırmaq üçün yaşadığı evə gəlmişlər. Bundan sonra əşyalarını yığaraq evi tərk edib getmişdir. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Nuraya zəng edərək bərabər qaldıqları evə gəlməyini, oradan əşyalarının qalanını götürəcəyini demiş və Nuray hal-hazırda evdə olmadığını, təxminən iki saata evə gələcəyini demişdir. Saat təxminən 19 radələrində Nurayın artıq yaşadığı ata evinə çatdığını bilmiş, bundan sonra anası Cahan və bibisi oğlu Mirqismət ilə avtomobilinə əyləşib onların evlərin qarşısına getmiş və Ruslana zəng edərək küçəyə çıxmağını demişdir. Bu zaman Ruslanın, həyat yoldaşı Nurayın və nənəsi Havayənin evin qarşısına küçəyə çıxdıqlarını görmüşdür. Həmin vaxtı Nuraya evdə əşyalarının qaldığını və həmin əşyaları götürmək istədiyini demişdir. Nuray həmin evdə heç bir əşyasının qalmadığını demiş və bu zaman Ruslan əlavə olaraq orada heç bir əşyasının qalmadığını, ümumən heç bir veriləcək əşyanın olmadığını demişdir. Bu zaman Nurayın nənəsi Havayə bibisi oğu Mirqismətə yaxınlaşaraq onun barəsində iradlarını bildirərək şikayət etməyə başlamış və Mirqismət cavab olaraq ona bu məsələnin heç bir aidiyyətinin olmadığını, sadəcə əşyalara kömək üçün gəldiyini demişdir. Daha sonra Ruslan ailə üzvlərini həyətə salmaq istədiyi zaman aralarında söz mübahisəsi yaranmış, lakin onlar bir-birilərinə yaxın durmamış və onları yaxınlaşmağa imkanda verməmişlər. Bundan sonra anası Cahan Ruslana oğluma yaxınlaşıb vurmaq istəyirsən ki demiş və bu zaman anası Cahan ilə Havayə, eyni zamanda Nuray və daha sonra Nurayın anası Yaxşı ilə aralarında mübahisə baş vermişdir. Həmin vaxtı bibisi oğlu Mirqismətin Ruslana anası Cahanı buraxması sözünü dediyini eşitmiş, lakin Ruslanın anası Cahanı tutduğunu görməmiş və Ruslana yaxınlaşaraq anası Cahana toxunamasmı demişdir. Bundan sonra Mirqismət onları ayırmış və avtomobillərinə əyləşib çıxıb getmişlər. Daha sonra Şəxs verilən suallara cava olaraq həyat yoldaşı Nuray Əhmədova ilə mübahisələrinin xx.xx.2022-ci il tarixdə saat 17 radələrində ilk öncə yalnız ikisi avtomobildə olduğu zaman və daha sonra yaşadığı evdə olduğunu, xx.xx.2022-ci il tarixdə saat 19 radələrində Nurayın yaşadığı evin qarşısında küçədə baş verdiyini, xx.xx.2022-ci il tarixdə baş verən mübahisələri zamanı Nurayın və onun olduğunu, sonra Xanımın gəldiyini, xx.xx.2022-ci il tarixdə baş verən mübahisə zamanı Mirqismətin, Cahanın, Nurayın, Havayənin, Yaxşının, Ruslanın və qohumlarının olduğunu,xx.xx.2022-ci il tarixdə Nuray ilə mübahisələrinin təxminən 5-10 dəqiqə davam etdiyini, xx.xx.2022-ci il tarixdə baş vermiş mübahisələrinin təxminən 10-15 dəqiqə davam etdiyini, kənar şəxslərin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X12 göstərmişdir ki, barəsində şikayət etdiyi Şəxs həyat yoldaşıdır, 2019-cu ildə ailə həyatı qurmuşlar, birgə nigahlanndan bir qız övladları var və əvvəllər aralarında heç bir ədavət olmamışdır. Barəsində şikayət etdiyi X11 qaynanasıdır, münasibətləri hər zaman pis olmuşdur və əvvəllər aralarında heç bir ədavət olmamışdır. Ailə qurduqdan təxminən 10 ay sonra xasiyətləri uyğun gəlmədiyi üçün münasibətləri korlanmış və bu səbəbdən O, həmin vaxtdan ata evində yaşamağa başlamışdır. Təxminən iki ay bundan öncə barışmışlar və Qaraçuxur qəsəbəsi Y.Eyvazov küçəsi məhəllə 4048/49 ev 2 mənzil 30 ünvanında kirayə yaşamağa başdamışlar. xx.xx.2022-ci il tarixdə saat 17 radələrində yaşadığı evin qarşısında həyat yoldaşı Rüstəm ilə birlikdə avtomobildə olduqları zaman Rüstəmə ev üçün qida məhsulları almağı demiş və Rüstəm ona heç bir səbəb olmadan xoşa gəlməz sözlərlə pulum yoxdu, almıram və get özün al demişdir. O, Rüstəmə barəsində xoşa gəlməz söz deməməsini dediyi üçün aralarında mübahisə yaranmış və mübahisə zamanı Rüstəm əli ilə bir neçə dəfə onun başından vurmuşdur. Bundan sonra O, avtomobildən düşüb evə getmiş və Rüstəmdə arxası ilə gəlmişdir. Təxminən 10 dəqiqə sonra yataq otağında olduqları zaman Rüstəm yanına gələrək yenidən eyni səbəbdən mübahisə etməyə başlamış və mübahisə zamanı sillə ilə çənəsindən və başından bir neçə dəfə vurmuş, bu səbəbdən O, yerə yıxılmış və yerdə olduğu zaman təpiklə ayaqlan və bədəninin müxtəlif yerlərindən vuraraq ona xəsarət yetirmişdir. Daha sonra Rüstəm dirsəyini boğazına qoyaraq boğurmuş və onu kənarlaşmağa qoymurmuş. Daha sonra yenidən ayağa qalxaraq təpik ilə onun bədəninin müxtəlif yerlərindən vurmuşdur. Bu zaman qışqırığına qonşusu Xanım gəlmiş və onun vurulmağının şahidi olmuşdur. Həmin vaxtı Xanım onu Rüstəmin əlindən almış və daha sonra Rüstəmi sakitləşdirərək evdən çölə çıxartmışdır. Daha sonra ailə üzvləri və Rüstəmin ailə üzvləri gəlmiş. Rüstəm bundan sonra əşyalarını yığaraq evi tərk edib getmiş və O, bundan sonra həmin evi tərk edərək ata evinə gəlmişdir. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Rüstəm ona zəng edərək bərabər qaldıqları evə gəlməyini, oradan əşyalarının qalanını götürəcəyini demiş və O, hal-hazırda evdə olmadığını, təxminən iki saata evə gələcəyini demişdir. Saat təxminən 19 radələrində ata evinə daxil olmuş və bu zaman Rüstəm ona zəng edərək küçəyə çıxmağını demişdir. O, dayısı Ruslan ilə birlikdə yaşadığı evin qarşısına küçəyə çıxmış və həmin vaxt orada Rüstəmin, qaynanası Cahanın və adını bilmədiyi bir nəfər oğlan qohumlarının olduğunu görmüşdür. Rüstəm ona evə getməyini, oradan əşyaları götürəcəyini demiş və O, cavab olaraq orada heç bir əşyasının qalmadığını, eyni zamanda yalnız ikisinin evə gedə biləcəklərini demişdir. Bu zaman Rüstəm xoşa gəlməz tərzdə ünvanlarına sözlər demiş və dayısı Ruslanın üzərinə gəlmişdir. Bu zaman O, onların mübahəsinin böyüməməsi üçün aralarına keçib dayısını kənara çəkmiş və həmin vaxt Havayə yanlarına gələrək dayısı Ruslanı kənara çəkmişdir. Həmin vaxt anidən Cahan onun üzərinə gələrək əli ilə sifətindən bir neçə dəfə cırmaqlamış, daha sonra sifətindən vuraraq xəsarət yetirmiş, saçını yolmuş və daha sonra onu itələdiyi üçün yerə yıxılmışdır. Bu zaman nənəsi Havayə onu qaldırmaq üçün yanına gəldiyi zaman Cahan nənəsi Havayətə əl ataraq onun üzündən cırmaqlamış və saçından yolmuşdur. Bu zaman anası Yaxşı yaxınlaşaraq onlara köməklik etmək istədikdə Cahan anası Yaxşınında saçından tutub yolmağa başlamış, daha sonra sifətindən cırmaqlamış və qolundan vuraraq xəsarət yetirmişdir. Bundan sonra adını bilmədiyi qohumları onları ayırmış və onlar avtomobillərinə əyləşib çıxıb getmişlər. Daha sonra Nuray Əhmədova verilən suallara cavab olaraq həyat yoldaşı Şəxs xx.xx.2022-ci il tarixdə saat 17 radələrində onu döydüyü zaman ilk öncə yalnız ikisinin avtomobildə və evdə olduğunu, lakin sonradan xanımın gəldiyini, onun döyülməyinin şahidi olduğunu, xx.xx.2022-ci il tarixdə qaynanası Cahanın ona xəsrət yetirdiyi zaman orada onun, Cahanın, Rüstəmin, Havayənin, Yaxşının, adını bilmədiyi qohumlarının, Xanımın və dayısı Ruslanın olduğunu, xx.xx.2022-ci il tarixdə Rüstəm ilə aralarında baş vermiş mübahisələrinin təxminən 5-10 dəqiqə davam etdiyini, xx.xx.2022-ci il tarixdə Cahan ilə aralarında baş vermiş mübahisələrinin təxminən 10-15 dəqiqə davam etdiyini, mübahisə zamanı heç bir kənar şəxslərin toplaşmadığını bildirmişdir. Məhkəmə iclasında X13 izahatında X12 ilə eyni məzmunlu izahat verərək qeyd olunan xüsusatları təsdiqləmiş, Cahan Əhmədovanın onu vurub xəsarət yetirdiyini bildirmişdir. Məhkəmə iclasında X8 izahatında X12 ilə eyni məzmunlu izahat verərək qeyd olunan xüsusatları təsdiqləmiş, Cahan Əhmədovanın onu vurub xəsarət yetirdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 18 radələrində dayısı oğlu Rüstəm ona zəng edərək əvvəl həyat yoldaşı Nuray ilə birlikdə qaldığı evdə əşyaların olduğunu və onları götürmək üçün onunla bərabər gedib kömək etməyini demişdir. O, heç bir etiraz etmədən razılaşaraq Rüstəm ilə görüşmüş və saat təxminən 19 radələrində Nurayın yaşadığı ata evinin qarşısına bibisi Cahan və dayısı oğlu Rüstəm ilə avtomobilinə əyləşib getmiş və həmin evin qarşısına çatdıqda Rüstəm Ruslana zəng edərək küçəyə çıxmağını demişdir. Bu zaman Ruslanın və Nurayın evin qarşısına küçəyə çıxdıqlarını görmüşdür. Həmin vaxtı Rüstəm Nuraya evdə əşyalarının qaldığını və həmin əşyaları götürmək istədiyini demişdir. Nuray həmin evdə heç bir əşyasının qalmadığını demiş və bu zaman Ruslan əlavə olaraq orada heç bir əşyasının qalmadığını, ümumən heç bir veriləcək əşyanın olmadığını demişdir. Həmin vaxt Ruslan Nuraya həyətə keçməsini, Rüstəmin kişilikdən danışdığını demiş və Rüstəm cavab olaraq Nurayın hal-hazırda onun həyat yoldaşı olduğunu, ona boşandıqdan sonra göstəriş verə biləcəyini və kişi olduqlarını göstərirsiz demişdir. Həmin vaxtı Ruslan ilə Rüstəmin arasında söz mübahisəsi yaranmış və mübahisə böyüməməsi üçün O, Ruslanın qarşısına keçib saxlamış və Nuray Rüstəmin qarşısına keçib saxlamışdır. Bu zaman Nurayın nənəsi Havayə ona yaxınlaşaraq Rüstəmin barəsində iradlarını bildirərək şikayət etməyə başlamış və O, cavab olaraq ona bu məsələnin heç bir aidiyyətinin olmadığını, sadəcə əşyalara kömək üçün gəldiyini demişdir. Daha sonra bibisi Cahan avtomobildən enmiş və Nuray ilə aralarında mübahisə yarandı və mübahisə zamanı bibisi Cahan Nurayı kənara itələmişdir. Bundan sonra Nurayın nənəsi Havayət bibisi Cahana yaxınlaşmış və onlarından arasında mübahisə yaranmışdır. Mübahisə zamanı bibisi Cahan Havayəni kənara itələmiş və bu zaman Ruslanın bibisi Cahanın boğazından tutduğunu görmüşdür. Bu səbəbdən O, onlara yaxınlaşıb Ruslanı kəna çəkmiş və düzgün etmədiyini demişdir. Bu zaman bibisi Cahan ilə Nurayın anası Yaxşı xanımın mübahisə etdiyini görmüş və bibisi Cahan Yaxşını kənara itələmişdir. Daha sonra O, onları ayırmış və avtomobilə əyləşib oranı tərk edib getmişlər. Daha sonra Mirqismət Məmmədov verilən suallara cavab olaraq mübahisənin xx.xx.2022-ci il tarixdə saat 19 radələrində Nurayın yaşadığı evin qarşısında küçədə baş verdiyini, xx.xx.2022-ci il tarixdə baş verən mübahisə zamanı onun, Rüstəmin, bibisi Cahanın, Nurayın, Havayənin, Yaxşının, Ruslanın və Nurayın qohumlarının olduğunu, xx.xx.2022-ci il tarixdə baş vermiş mübahisənin təxminən 10- 15 dəqiqə davam etdiyini, kənar şəxslərin toplaşmadığını bildirmişdir. Araşdırma zamanı X3 izahatı alınmış, O, X12 ilə eyni məzmunlu izahat verərək qeyd olunan xüsusatları təsdiqləmiş, daha sonra təkrar izahat verərək Cahan Əhmədovam vurmadığını dediklərinin hamısının şər və böhtan olduğunu bildirmişdir. Araşdırma zamanı X1 izahatı alınmış, O, X12 ilə eyni məzmunlu izahat verərək qeyd olunan xüsusatları təsdiqləmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin və zərərçəkmiş şəxslərin izahatlarını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, təhqiqat orqanı tərəfindən düzgün olaraq Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 03 dekabr 2022-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Suraxanı rayon prokuroruna göndərilməsi qərara alınmışdır. MTE və PA Birliyi PHŞ Suraxanı rayon şöbəsindən xx.xx.2022-ci il tarixdə daxil olmuş 1276 saylı ekspert rəyindən müəyyən edilmişdir ki, X6 məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthində aşkar edilmiş xəsarətlər-üst dodağın, sol qulaqönü sahənin, boyunun sağ yan səthinin, sol çənəaltı nahiyənin, sol bazunun və döş qəfəsinin sol yan səthinin qançırları, bərk küt əşyanın(əşyalann) təsirindən törənmişlər, Törənmə müddətlərinə görə üst dodağın, sol qulaqönü sahənin və boyunun sağ yan səthinin qançırları xx.xx.2022-ci il tarixdə və şəraitdə, digər xəsarətlər isə xx.xx.2022-ci il tarixdə və şəraitdə törənə bilərdilər, dərəcələrinə görə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. MTE və PA Birliyi PHŞ Suraxanı rayon şöbəsindən xx.xx.2022-ci il tarixdə daxil olmuş 1277 saylı ekspert rəyindən müəyyən edilmişdir ki, X2 məhkəmə- tibbi müayinəsi zamanı onun bədən səthində aşkar edilmiş xəsarətlər-sağ gözaltı nahiyənin və sağ bazunun qançırları, bərk küt əşyanın(əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan tarixdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. MTE və PA Birliyi PHŞ Suraxanı rayon şöbəsindən xx.xx.2022-ci il tarixdə daxil olmuş 1278 saylı ekspert rəyindən müəyyən edilmişdir ki, X9 məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthində aşkar edilmiş xəsarət-sol almacıq nahiyəsinin sıyrığı, bərk küt əşyanın təsirindən törənmiş, qərarda qeyd olunan tarixdə və şəraitdə, yəni xx.xx.2022- ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. MTE və PA Birliyi PHŞ Suraxanı rayon şöbəsindən xx.xx.2022-ci il tarixdə Suraxanı RPİ- nin 32-ci PB-nə daxil olmuş 1292 saylı ekspert rəyindən müəyyən edilmişdir ki, X4 məhkəmə-tibbi müayinəsi zamanı onun bədən üzərində xəsarət və xəsarət izləri müəyyən edilməmişdir. Beləliklə, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi işdə olan sübutlarla tam sübuta yetirildi. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd: Bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri inasan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 30-cu maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Şəxs şəxsiyyətini, məsuliyyətini ağırlaşdıran halın olmamasını, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq, ona inzibati cərimə növündə tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar