Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1284/2020 14.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Suraxanı rayon İcra və probasiya şöbəsinin icra məmuru X7, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X2, tələbkar X3 nümayəndəsi X4 iştirakı ilə xx xxxxxx 1961-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ortaixtisas təhsilli, evli, pensiyaçı, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı rayon İcra və probasiya şöbəsinin icra məmuru X7 tərtib etdiyi xx xxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Sabunçu Rayon Məhkəməsi tərəfindən xx xxxx 2020-ci ildə verilmiş xx xxxxxx 2017-ci il tarixli 2(008)-7595/2017 nömrəli icra vərəqəsinə əsasən Şəxs 40.730 manat tutularaq X5 verilməlidir. Suraxanı rayon İcra və probasiya şöbəsinin icra məmuru X10 işə məhkəmədə baxılması zamanı inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Qeyd edir ki, icra sənədi üzrə icraata xx.xx.2020-ci il tarixdə başlanılmış, bu barədə qərar və tələbin könüllü icrasına dair bildiriş xx.xx.2020-ci il tarixdə X6 şəxsən təqdim edilmişdir. İcra sənədinin könüllü icrası üçün verilmiş müddətin ötməsinə və hazıradək uzun bir vaxtın keçməsinə baxmayaraq X1 tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir. İcra sənədi üzrə mövcud borcun ödənilməsinin məcburi qaydada təmin edilməsi istiqamətində borc tələbinin X6 məxsus əmlaka yönəldilməsi məqsədi ilə müvafiq əmlak sorğuları verilmiş, lakin onun adında tələbin yönəldilə biləcəyi heç bir qiymətli əmlak aşkar edilməmişdir. Borclunun izahatları alınarkən ondan borcun ödənilməsi tələblərinə baxmayaraq tələb hazıradək təmin olunmamışdır. X6 dəfələrlə 528.1-ci maddənin tələbləri izah olunmaqla inzibati məsuliyyət barədə xəbərdarlıqlar edilmiş, tələbin xx.xx.2020-ci il tarixədək təmin edilməsi üçün ona vaxt verilmişdir. Lakin, tələb həmin tarixədək təmin edilməmiş, xx.xx.2020-ci il tarixdə X8 əvvəlki izahatı ilə eyni məzmunlu izahat verərək borcu ödəmək iqtidarında olmadığını bildirmişdir. X1 icra sənədinin verilməsindən uzun müddətin keçməsinə baxmayaraq hazıradək mövcud olan 40.730 manat borcunu ödəməməklə icra məmurunun qanuni tələblərini icra etməməsi, dəfələrlə inzibati məsuliyyətə cəlb olunacağına dair ona edilən xəbərdarlıqlara məhəl qoymaması, qərarın icrası üçün icra məmuru tərəfindən verilmiş könüllü icra müddətinin və bu müddətdən sonra uzun bir vaxtın keçməsinə baxmayaraq məhkəmə qərarı üzrə öhdəliklərini yerinə yetirməkdən boyun qaçırması onun qərəzli olduğunu göstərməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsi üzrə inzibati məsuliyyətə cəlb olunması üçün kifayət qədər əsaslar yaratmışdır. Göstərilənlərə əsasən ona qanunla nəzərdə tutulan inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işin məhkəmə baxışı zamanı bildirmişdir ki, başqa bir məhkəmə aktına əsasən digər bir şəxsdən onun xeyrinə pul tutulmalıdır. Əslində həmin pul məbləği ondan hazırkı iş üzrə tələbkarın xeyrinə tutulmalı olan puldur. Lakin yuxarıda qeyd etdiyi məhkəmə aktı üzrə borcludan bu günədək onun xeyrinə pul tutulmayıb. Bu səbəbdən də hazırkı iş üzrə tələbkara olan borcunu ödəyə bilmir. Hazırkı iş üzrə icra sənədini öz vəsaiti hesabına ödəməsi isə maddi imkansızlığı səbəbindən mümkün deyil. Belə ki, himayəsində əlil uşağı var. İcra məmurundan tutmanın onun pensiyasına yönəldilməsini xahiş etmiş, lakin xahişi təmin olunmamışdır. Göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı tələbkar X3 nümayəndəsi qismində izahatı alınmış X9 bildirmişdir ki, hazırkı iş üzrə borclunun başqa bir məhkəmə aktına əsasən digər şəxsdən pul vəsaiti alıb-almamasının hazırkı iş üzrə icra sənədinin icrasına heç bir aidiyyəti yoxdur. Belə ki, Sabunçu Rayon Məhkəməsi tərəfindən xx xxxx 2020-ci ildə verilmiş xx xxxxxx 2017-ci il tarixli 2(008)-7595/2017 nömrəli icra vərəqəsinə əsasən Şəxs 40.730 manat tutularaq X5 verilməlidir. Borclu isə göstərilən məbləğdən bu günədək tələbkarın xeyrinə heç bir ödəniş etməyib. Hal buk i, borclu bütün bildirdiklərinə baxmayaraq, icra sənədini icra etmək üçün zəruri pul vəsaitinə malikdir. Göstərilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qanunla nəzərdə tutulan tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edir. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, məhkəmə tərəfindən müəyyən edilmiş borcu üzrsüz səbəbdən ödəməmişdir. Məhkəmə iş üzrə yekun qənaətə gələrkən onu da nəzərə alır ki, borclu bu günədək tələbkarın xeyrinə heç bir, hətta kiçik məbləğdə belə ödəniş etməyib. Göstərilənlərə əsasənŞəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Hesab edirəm ki, Şəxs himayəsində əlil uşağının olması iş üzrə məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 700 (yeddi yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(010)-1284/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1284/2020
14.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver