Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1288/2024 19.03.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X5 qızının katibliyi ilə, hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Baş Gömrük İdarəsi hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə xx.xx.2023-cü il tarixli, 00100-00529/24 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Bakı Baş Gömrük İdarəsinin İpək Yolu gömrük postundan daxil olmuş 3-33-1100/029/003255 saylı xx.xx.2024-cü il tarixli raporta əsasən, AZ 1018 ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN:**********) ünvanına Türkiyə Respublikasından 34GEM071/34ZK7114 nömrəli avtomaşında (barkod: **********05541, QİB: **********8560) daxil olan yükün çatması VAİS proqramında xx.xx.2024cü il tarixdə təsdiq olunduğu, idxal olunan yüklərə dair gömrük bəyannaməsi GM-nin 149.3cü maddəsinə əsasən 15 (on beş) gündən gec olmayaraq gömrük orqanına təqdim edilməli olduğu halda, qeyd olunan yükə aid gömrük bəyannaməsi hələ də təqdim edilmədiyi, avtomaşının hazırda yüklü vəziyyətdə “İpək Yolu” gömrük postunda yerləşdiyi qeyd edilmişdir. Bununla da, Şəxs MMC tərəfindən idxal edilmiş mallara dair gömrük bəyannaməsi Azərbaycan Respublikası Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə gömrük orqanına verilməmişdir. Beləliklə də, aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs MMC ünvanına Türkiyə Respublikasından 34GEM071/34ZK7114 nömrə nişanlı yük avtomaşınında daxil olmuş mallara dair gömrük orqanına verilməli olan gömrük bəyannaməsi Azərbaycan Respublikası Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə gömrük orqanına təqdim edilməmiş və bununla da, Şəxs MMC tərəfindən gömrük bəyannaməsinin təqdim edilməsi müddəti pozulmuşdur. Nəticədə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt 3-33-1100/029/003255 saylı xx.xx.2024-cü il tarixli raport, “X1 Sistemi” (VAİS) informasiya resursundan çıxarış, hüquqi şəxsin direktoru, Azərbaycan Respublikasının vətəndaşı X2 izahatı ilə təsdiq edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin direktoru, Azərbaycan Respublikasının vətəndaşı X3 izahatında şirkətdə yaranmış maddi problemlərlə bağlı gömrük bəyannaməsini vaxtında vermədiklərini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsi və hüquqi şəxs Şəxs nümayəndəsi gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsinin və Şəxs nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; “İpək Yolu” gömrük postunun rəisi, gömrük xidməti polkovniki Kamran Əliyev tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, idxalatçı Şəxs adına Türkiyə Respublikasından 34GEM071/34ZK7114 nömrəli avtomaşında (barkod: **********05541, QİB: **********8560) daxil olan yükün çatması VAİS proqramında xx.xx.2024-cü il tarixdə təsdiq olunmuşdur. İdxal olunan yüklərə dair gömrük bəyannaməsi GM-nin 149.3-cü maddəsinə əsasən 15 (on beş) gündən gec olmayaraq gömrük orqanına təqdim edilməli olduğu halda, qeyd olunan yükə aid gömrük bəyannaməsi hələ də təqdim edilməmişdir. Avtomaşın hazırda yüklü vəziyyətdə “İpək Yolu” gömrük postunda yerləşir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin, Təhqiqat şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti kapitanı X4 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs tərəfindən gömrük bəyannaməsi Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə təqdim edilmədiyindən, hüquq şəxs Şəxs barəsində İXM-nin 493cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar; 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 493-cü maddəsinə əsasən, gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 263 saylı “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi qaydaları”nın təsdiq edilməsi haqqında qərarın 3.6-cı bəndinə əsasən gömrük ərazisinə gətirilən mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına, daxili tranzit xüsusi gömrük proseduru həyata keçirildikdə isə təyinat gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on beş) gündən gec olmayaraq verilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokollar və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs tərəfindən təqdim olunmuş gömrük bəyannaməsi müvafiq olaraq qanunla nəzərdə tutulmuş müddət pozulmaqla təqdim olunmuş, yəni ixracatçı ünvanına göndərilən malının rəsmiləşdirilməsi ilə bağlı gömrük bəyannaməsini vaxtında təqdim edilməmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(010)-1288/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1288/2024
19.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver