Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1290/2023 09.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi Hacıyev Gündüz Nizami oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin sahə inspektoru X1 iştirakı ilə, xx xxxx 1992-ci ildə Lerik rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, nömrəsiz evdə yaşayan, 07 mart 2023-cü ildə saat 20.00-dan etibarən inzibati qaydada tutulmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏNETDİ: Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsindən daxil olmuş 09 mart 2023cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 26 fevral 2023-cü il tarixdə X4 evindən 100 manat məbləğində pul, 04 mart 2023-cü il tarixdə X8 evindən 100 manat məbləğində bijuteriya və X2 evindən 100 manat məbləğində pul oğurlamışdır. Şəxs yuxarıda təsvir olunmuş inzibati xətaları törətməkdə özünü təqsirli bilərək inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Əməlindən peşmandır. İnzibati xəta haqqında protokolu tərtib etmiş Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin sahə inspektoru X6 protokolu müdafiə edərək bildirmişdir ki, 26 fevral 2023-cü il tarixdə naməlum şəxs və ya şəxslər vətəndaş X4 yaşadığı evə pəncərədən keçmə yolu ilə yataq otağında paltar dolabından pul qabının içərisində olan 100 manat nağd pulu gizli yolla talayaraq Q.Nəzərova ümumilikdə 100 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu xüsusat üzrə hadisə yerinə baxış keçirilərək protokol tərtib olunmuş və hadisə yerinin iş üçün əhəmiyyət kəsb edən müvafiq foto şəkilləri çəkilərək materiala əlavə edilmişdir. Bundan başqa 04 mart 2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Donuzçuluq sovxozu, nömrəsiz ünvanda yaşayan X11 30-cu polis şöbəsinə ərizə ilə müraciət edərək 04 mart 2023-cü il tarixdə naməlum şəxs ona məxsus olan fərdi yaşayış evinin taxta qapısını sındıraraq qeyd olunan ünvandan 100 manat dəyərində bijuteriya əşyalarının oğurlanmasını bildirmişdir. Bundan başqa 04 mart 2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Donuzçuluq sovxozu nömrəsiz ünvanda yaşayan X7 30-cu polis şöbəsinə ərizə ilə müraciət edərək 04 mart 2023-cü il tarixdə naməlum şəxs ona məxsus olan fərdi yaşayış evinin plastik pəncərəsini sındıraraq qeyd olunan ünvandan 100 manat nağd pulun oğurlanmasını bildirmişdir. Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin inzibati ərazisində baş vermiş oğurluq cinayətlərinin açılması istiqamətində əməliyyat axtarış tədbirləri keçirilərkən 07 mart 2023-cü il tarixdə saat 18:30 radələrində ünvan 6 ünvanında yaşayan Şəxs oğurluq hadisələrinin törədilməsində şübhəli olduğuna görə saxlanılaraq 30-cu polis şöbəsinə dəvət edilmişdir. Şəxs polis şöbəsində dindirilərkən o, səmimi olaraq binə qəsəbəsində müxtəlif evlərdən oğurluq hadisələrini törətdiyini etiraf etmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin təhqiqatçısı X5 08 mart 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərardan görünür ki, vətəndaş X4 DİN-in 102 “Xidməti-Zəng” mərkəzi sisteminə etdiyi müraciəti əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, hadisəni törətmiş naməlum şəxs və ya şəxslərin əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkib əlamətləri yarandığından müəyyən edilərək barəsində inzibati təsir tədbirlərinin görülməsindən ötrü qəbul edilmiş qərarı surəti aidiyyəti əməkdaşa həvalə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin təhqiqatçısı X3 08 mart 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərardan görünür ki, X8 müraciəti əsasında toplanmış material üzrə cinayət işi bağlanması rədd edilmiş, hadisəni törətmiş şəxs(lər) müəyyən edilərək Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasından ötrü qərarın surəti Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə verilmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin təhqiqatçısı X3 08 mart 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərardan görünür ki, X2 müraciəti əsasında toplanmış material üzrə cinayət işi bağlanması rədd edilmiş, hadisəni törətmiş şəxs(lər) müəyyən edilərək Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasından ötrü qərarın surəti Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə verilmişdir. Göstərilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin öz əməlini etiraf etməsi və peşman olması iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirilməlidir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. İşin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 01 (bir) ay müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli 07 mart 2023-cü il saat 20.00-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №3(010)-1290/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1290/2023
09.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver