Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1291/2023 09.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Kərimov Namiq Həsrət oğlunun sədrliyi Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Suraxanı rayonu İcra Şöbəsinin icra məmuru X3, X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxxx 1955-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Suraxanı rayonu İcra Şöbəsinin icra məmuru X3 tərtib etdiyi 09 mart 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 23 avqust 2019-cu il tarixli 2(010)-3677/2019 saylı icra vərəqəsinə əsasən tələbkar X5 məxsus Bakı şəhəri, ünvan 1B; yeni qaydalarla Bakı şəhəri, ünvan 3 ünvanından, yəni həmin evin yerləşdiyi dalandan küçəyə giriş-çıxışa yaradılan qismən maneənin aradan qaldırılması üçün, ünvan 4 ünvanına aid tikililər istisna olmaqla, borclu Şəxs tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Müstəqilliyin 20 illiyi küçəsində yerləşən 9 saylı evin qarşısında texniki pasportda nəzərdə tutulmayan 4.4m enində 6.0m uzunluğunda apardığı özbaşına tikili həmin borclunun hesabına sökülməlidir. Suraxanı rayonu İcra Şöbəsinin icra məmuru X6 işə məhkəmədə baxılması zamanı inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Qeyd edir ki, icra sənədi Suraxanı rayon İcra şöbəsinin icraatına daxil olduqdan sonra müvafiq qaydada icraata başlanmış, borcluya icranı 10 gün müddətində könüllü olaraq təmin etməsi təklif olunmuş və icraata başlamaq haqqında qərar bildirişlə birlikdə borcluya təqdim edilmişdir. Eyni zamanda borclu icra sənədini icra etməyəcəyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyəti barədə xəbərdar olunmuşdur. İşin məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 23 avqust 2019-cu il tarixli 2(010)-3677/2019 saylı qətnaməsi üzrə mübahisələndirilən özbaşına tikilini tikib və üstündən artıq 30 il keçib. İcra vərəqəsinin icrasından yayınmır. Sadəcə həmin özbaşına tikilinin altından kommunikasiya xətləri keçdiyindən sökməyə qorxur. İşin məhkəmə baxışı zamanı tələbkar X7 izahatında bildirmişdir ki, Səlimov X2 Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 23 avqust 2019-cu il tarixli 2(010)-3677/2019 saylı icra vərəqəsinin icrasından qəsdən yayınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qanunla nəzərdə tutulmuş tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edir. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, işin faktiki halları belə bir qənaətə gəlməyə əsas verir ki, borclu mübahisəli özbaşına tikilini sökməkdən müxtəlif vasitələrlə yayınır. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №3(010)-1291/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1291/2023
09.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver