Məhkəmə qərarları › İş №3(010)-1297/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1297/2021

19.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1297/2021 19.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İXM-nin 262.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Suraxanı Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı rayon prokuroru Rəşid Mahmudov Şəxs Azərbaycan Respublikası İXMnin 262.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materialı Suraxanı Rayon Məhkəməsinə təqdim etmişdir. Suraxanı rayon prokuroru Rəşid Mahmudov tərəfindən Şəxs barəsində 28.09.2021-ci il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərar qəbul edilmişdir ona görə ki, Şəxs ona məxsus olan ünvan 1 ünvanının qarşısında yerləşən ət kəsimi yerində su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyu talamışdır. "xxxx" ASC tərəfindən verilmiş 03.12.2020-ci il tarixli qeyri qanuni istifadə nəticəsində itirilmiş su hesabatına əsasən dəymiş ziyanın məbləği 2196 manat təşkil edir. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq göndərilmiş Şəxs gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Suraxanı rayon prokurorluğu nümayəndəsini göndərməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və Suraxanı rayon prokurorluğunun nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Sənədləri nəzərdən keçirib belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. İş materiallarında olan 03.12.2020-ci il tarixli aktdan görünür ki, obyektə baxış keçirilmiş və məlum olmuşdur ki, d-15 mm-lik boru vasitəsi ilə müqaviləsiz olaraq sudan qeyri-qanuni istifadə olunmuşdur. 1098 kubmetr miqdarında 2196 manat dəyərində içməli su xidmətindən qeyri-qanuni istifadə edilməklə "xxxx" ASC-yə ziyan vurulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş "Sudan istifadə Qaydaların"ın 8.7-ci maddəsi və "Sudan istifadə Qaydaları"na 4 nömrəli əlavə ilə müəyyən edilmiş "Su təchizatı və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadənin həcminin müəyyən edilməsinə dair" cədvəldə nəzərdə tutulmuşdur ki, su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları müəyyən edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda itirilmiş suyun həcmi 1 (bir) il müddətinədək hesablanır. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 262.3-cü maddəsi ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar