Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-1297/2024 06.03.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X2 06 mart 2024-cü ildə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Suraxanı Rayon Məhkəməsinə təqdim etmişdir. Azərbaycan Respublikası İXM-nin 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini, habelə işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıbtoplanmadığını araşdırır. Məhkəmə həmin məsələlərə baxaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta obyektiv cəhətdən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsində və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsində ifadə olunur. Ona görə də inzibati xəta haqqında protokolda Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın mahiyyəti təsvir olunarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq xətanın obyektiv cəhətini təşkil edən əməli hansı konkret hərəkətlə və ya hərəkətsizliklə törətdiyi qısa və konkret formada açıqlanmalı, bu açıqlama əməlin İXM-nin 528.1-ci maddəsi ilə tövsifini əsaslandırmalıdır. Göründüyü kimi inzibati xəta haqqında protokol İXM-nin 100.1.4-cü maddəsinə də ziddir. Göstərilənlərlə yanaşı məhkəmə Azərbaycan Respublikası İXM-nin təqsirsizlik prezumpsiyası məsələlərini tənzimləyən 8-ci maddəsinin və s. aidiyyəti müddəalarının tələblərini nəzərə alaraq qeyd edir ki, inzibati xətalara dair işlər üzrə icraatda şəxsin təqsirinin sübuta yetirilməsi vəzifəsi səlahiyyətli orqanın (vəzifəli şəxsin) üzərinə düşür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs işə məhkəmədə baxılması zamanı bildirmişdir ki, o, Nəsimi Ryon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 317-1.1-ci maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 66.2 və 69.3-cü maddələri tətbiq edilməklə 02 il 08 ay 06 gün müddətinə məhkum edilmişdir. 22 noyabr 2021-ci ildən 07 noyabr 2023-cü ilədək saxlanılmış və Sabunçu Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən vaxtından əvvəl şərti həbsdən azad edilmişdir. Cəza çəkdiyi dövrdə o, cəzaçəkmə müəssisəsində işləyərək 160 manat məbləğində əmək haqqı almışdır. Onun əmək haqqından hər ay 70 faiz məbləğində tutulmalar aparılmışdır. Odur ki, bunları nəzərə alınmasını xahiş etmişdir. Qeyd olunur ki, borclunun bildirdikləri iş materialları ilə təkzib olunmur. Eyni zamanda məhkəmə iclasında iştirak edən Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X2 qeyd etmişdir ki, Suraxanı Rayon Məhkəməsinin 24 avqust 2021-ci il tarixli 2(010)- 1495/2021 nömrəli icra sənədi başqa icra məmurunun icraatında olmuşdur, sadəcə həmin icra məmuru məzuniyyətdə olduğu üçün icra sənədi ona verilmişdir. Odur ki, onun icra sənədi üzrə olan icra tədbirləri barədə heç bir məlumatı yoxdur. Göstərilənləri məcmu şəkildə nəzərə alaraq məhkəmə hesab edir ki, mövcud vəziyyətdə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində məcburi icra tədbirlərinin həyata keçirilməsi, inzibati xəta haqqında protokol tərtib edilməsi yolverilməzdir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən «protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması» barədə qərar qəbul edilir. Göstərilənlərə əsasən inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109, 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 06 mart 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol geri qaytarılsın. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №3(010)-1297/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-1297/2024
06.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver