Məhkəmə qərarları › İş №3(010)-1299/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1299/2025

07.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1299/2025 07.03.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim: Əliyev Samir İmamverdi oğlunun sədrliyi, Məhkəmə iclas katibi: X10 qızının katibliyi, Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru: X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs, X1 iştirakları ilə, xx xxxxxxx 1978-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Suraxanı rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Suraxanı rayon İcra şöbəsi tərəfindən Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xataya dair 07 mart 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru X5 protokolu onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(006)-3912/2024 saylı icra vərəqəsinə əsasən, xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq cavabdeh Şəxs iddiaçı X4 xeyrinə hər ay 220 (iki üz iyirmi) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İcra sənədi üzrə icraata başlanılmış və tələbin könüllü ödənişi haqqında bildiriş Şəxs ünvanına rəsmi qaydada göndərilmişdir. Borclu Şəxs çağırışlardan yayındığı üçün xx.xx.2024-cü il tarixdə məcburi gətirilməsi haqqında qərar qəbul edilmişdir. xx.xx.2025-ci il tarixdə borclunun axtarılması haqqında qərar qəbul edilmiş və borclu polis tərəfindən şöbəyə təhvil verilmişdir. İzahatı alınan zaman borclu qeyd etmişdir ki, indiyə kimi 260 manat ödəmişdir, işsiz olduğu üçün qalan 1060 manat aliment borcunu ödəyə bilmir. Məhkəmədə izahat vermiş borclu Şəxs bildirdi ki, X6 ilə qeyri-rəsmi nigahda olmuşdur. Bundan əvvəl bir rəsmi nigahı olmuş və boşandıqdan sonra 2 uşaq ananın, 1 uşaq isə onun himayəsində qalmışdır. Onun himayəsində olan uşaq rəhmətə getmişdir. Bu hadisədən sonra onun özünü toparlaması çətin olmuşdur. Hazırda işsizdir. Məhkəmə iclasında tələbkar X6 bildirdi ki, icra məmurunun səlahiyyətləri çərçivəsində gördüyü tədbirlərə heç bir etirazı yoxdur, lakin bu tədbirlərə baxmayaraq borclu aliment borcunu ödəməkdən yayınır. Aliment borcunun ödənilməsinin təmin edilməsini xahiş edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli e-2(006)-3912/2024 saylı Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş icra vərəqəsindən görünür ki, xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq cavabdeh Şəxs iddiaçı X4 xeyrinə hər ay 220 (iki üz iyirmi) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İş materiallarında olan “İcraata başlamaq haqqında” qərardan görünür ki, Bakı şəhər Suraxanı rayon İcra şöbəsinin icra məmuru X5 tərəfindən icra sənədi üzrə icraata başlanılmışdır. “Tələbin könüllü icrası haqqında” bildiriş borclu Şəxs ünvanına rəsmi qaydada göndərilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X1 şöbə vasitəsilə aliment almaması barədə AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məlumat verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə borclu Şəxs məcburi qaydada Suraxanı Rayon İcra Şöbəsinə gətirilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli aktdan görünür ki, borclu Şəxs ünvan 1 ünvanında tapmaq mümkün olmamışdır. İş materiallarında olan “Borclunun axtarışı haqqında” qərardan görünür ki, xx.xx.2025-ci il tarixində Suraxanı rayon İcra şöbəsinin icra məmuru Vəlizadə Nicat tərəfindən borclu Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli izahatdan görünür ki, borclu Şəxs indiyə kimi 260 manat ödədiyini, işsiz olduğu üçün qalan 1060 manat aliment borcunu ödəyə bilmədiyini qeyd etmişdir. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon İcra şöbəsinin 07 mart 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolundan görünür ki, borclu Şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(006)-3912/2024 nömrəli qərarına əsasən icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etməmiş və hazırda 1280 manat aliment borcu yaranmışdır. Qərar və bildiriş rəsmi qaydada təqdim olunsa da, borc məbləğini tam ödəməmişdir. Çağırışlara gəlmədiyi səbəbdən barəsində axtarış qərarı qəbul olunmuş və polis tərəfindən şöbəyə təhvil verilmişdir. Aliment borcunu ödəmək tələb olunsa da, ödəniş edə bilmir. Göründüyü kimi Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafıəsi haqqında» Avropa konnvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, onun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Hüquqi cəhətdən dəyərləndirilməsi vacib olan məsələlərdən biri də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra olunmamasıdır. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası «məhkəmə baxışının tərkib hissəsi» kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Homsbi Yunanıstana qarşı» işdə (19 mart 1997-ci il) qeyd etmişdir ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasın və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan "məhkəmə baxışına hüquq" xəyali xarakter alacaqdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Burdov Rusiyaya qarşı» işdə (7 may 2002-ci il) eyni xarakterli məsələlərə bir daha toxunaraq qeyd etmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1ci bəndində ifadəsini tapmış müddəanın faydalılıq qüvvəsindən məhrum etmiş olur. Məhkəmə həmin fikirlərini «"xxxx" MMC Rusiya Federasiyasına qarşı» işdə (14 iyun 2005-ci il) də təkrarlamış, cavabdehin dövlətin məhkəmə qətnaməsinin icra olunmamasında vəsait çatışmazlığına istinad etməsini əsaslı hesab etməmişdir. "Roseltrans» ASC Rusiya Federasiyasına qarşı" (21 iyul 2005-ci il) işdə məhkəmə belə nəticəyə gəlmişdir ki, ağlabatan müddətdə ədalətli, açıq məhkəmə baxışının keçirilməsini nəzərdə tutan Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin məhkəmə qətnaməsinin icrasına təminat verməməsini təsəvvür etmək çətindir Məhkəmə, Şəxs cəza təyin edərkən, onun ilk dəfə olaraq inzibati xəta törətdiyini məsuliyyətini yüngülləşdirən hal kimi və məsuliyyətini ağırlaşdırılan halların olmamasını nəzərə alaraq, barəsində inzibati cərimə tənbeh növü təyin olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə onu da nəzərə alır ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 4 saylı Protokolun (Konvensiyaya və ona dair Birinci Protokola artıq daxil edilənlərdən başqa, bəzi hüquq və azadlıqların təmin olunması haqqında) 1-ci maddəsinə əsasən heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərb. Res-sı İXM-nin 43-48, 106-115 və 117-ci maddələrini maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Samir Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar