Məhkəmə qərarları › İş №3(010)-13/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-13/2021

16.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-13/2021 16.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Suraxanı rayonu İcra Şöbəsinin icra məmuru X2 iştirakı ilə xx xxxxxxxx 1982-ci ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı rayon İcra şöbəsinin icra məmuru X2 tərtib etdiyi xx xxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Nərimanov Rayon Məhkəməsi tərəfindən xx xxxxxx 2011-ci ildə verilmiş 2(005)-1483/2011 nömrəli xx xxxxxxx 2011-ci tarixli icra vərəqəsinə əsasən xx xxxxxx 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs hər ay 100 manat sabit pul məbləğində aliment tutulmalıdır. Bununla yanaşı, Suraxanı Rayon Məhkəməsi tərəfindən xx xxxxx 2016-cı ildə verilmiş 2(010)-701/2016 nömrəli xx xxxxxx 2016-cı tarixli icra vərəqəsinə əsasən borclu Şəxs 1.020 manat məbləğində pul vəsaiti, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti alınaraq tələbkar X3 xeyrinə tutulmalıdır. Həmçinin, Suraxanı Rayon Məhkəməsi tərəfindən xx xxxxxx 2018-ci ildə verilmiş 2(010)-5177/2018 nömrəli xx xxxxxxx 2018-ci tarixli icra vərəqəsinə əsasən borclu Şəxs cəmi 1.003,85 manat məbləğində borc və 30 manat dövlət rüsumu alınaraq Ləğv prosesində olan QSC “Bank Standard” KB-nın xeyrinə tutulmalıdır. Qeyd olunur ki, inzibati xəta haqqında müvafiq material xx xxxxxxx 2020-ci ildə Suraxanı Rayon Məhkəməsinin icraatına daxil olmuş, eyni tarixdə həmin materiala mahiyyəti üzrə baxılmasına başlanmışdır. Şəxs xx xxxxxxx 2020-ci il tarixli məhkəmə iclasında bildirmişdir ki, tələbkarın xeyrinə ödəniş etmək istəyir. O, bu məqsədlə işin məhkəmə baxışının təxirə salınmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xahişi məhkəmə tərəfindən təmin olunaraq, işin məhkəmə baxışı xx xxxxxxx 2020-ci il tarixinə təxirə salınmışdır. Lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx xxxxxxx 2020ci il tarixinə təyin olunmuş məhkəmə iclasına gəlməmiş, bununla bağlı heç bir üzrlü səbəb bildirməmişdir. Bu səbəbdən məhkəmə iclası xx xxxxxx 2020-ci il tarixinə təxirə salınmışdır. Şəxs xx xxxxxx 2020-ci il tarixli məhkəmə iclasına gəlmiş və məhkəmə baxışının bir daha təxirə salınmasını xahiş etmişdir. Barəsində inzibati əxta haqqında iş üzrə icraat aparılan şəxsin bu xahişi də məhkəmə tərəfindən təmin olunmuşdur. Lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx xxxxxx 2020ci il tarixinə təyin olunmuş məhkəmə iclasına gəlməmiş, bununla bağlı heç bir üzrlü səbəb bildirməmişdir. Bu səbəbdən məhkəmə iclası xx xxxxxx 2020-ci il tarixinə təxirə salınmış, bununla bağlı Şəxs lazımi qaydada məlumatlandırılmışdır. Lakin Şəxs xx xxxxxx 2020-ci il tarixli məhkəmə iclasına da gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Göstərilənlərə əsasən Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Suraxanı Rayon Məhkəməsinə gətirilməsi qərara alınmışdır. Şəxs bu gün – xx xxxx 2021-ci ildə Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin əməkdaşları tərəfindən məhkəməyə gətirilib. Suraxanı rayon İcra şöbəsinin icra məmuru X4 işə məhkəmədə baxılması zamanı inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Qeyd edir ki, yuxarıda göstərilən icra sənədləri icraatına daxil olmuş, icraata başlanılaraq borcluya müvafiq qərarlar və bildirişlər göndərilmişdir. Borclunun yeri məlum olmadığına görə icra məmurunun xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə onun barəsində axtarış elan edilmişdir. Borclu xx xxxxxxx 2020-ci ildə şöbəyə gələrək izahatında gündəlik işdə işlədiyindən hər ay ödəniş edə bilmədiyini qeyd etmişdir. Borclunun əmlak vəziyyəti yoxlanılmış, lakin tələbin yönəldilə biləcəyi əmlaka malik olması halı müəyyən edilməmişdir. İcra məmuru hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, onun alimentlə bağlı icra sənədi üzrə xx xxxxxxx 2020-ci il tarixnə 10.131 manat miqdarında, digər iki icra sənədi üzrə isə 2.083,55 manat miqdarında borcu yaranıb. İşin məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədləri üzrə borcunu ödəmədiyini maddi imkansızlığı ilə izah etmişdir. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, məhkəmə tərəfindən müəyyən edilmiş borcunu ödəməmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli xx xxxx 2021-ci il tarixindən saat 14.00-dan hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar