Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-130/2021 16.01.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Hakim köməkçisi Məmmədli Əbülfəz Namiq oğlunun katibliyi, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin sahə inspektoru, polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1980-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, subay, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, xx.xx.2021-ci il tarixdə, saat 22:10-da Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində RPİnin PPXB-nün əməkdaşları tərəfindən özünü şübhəli apardığına görə saxlanılmış və onun üzərindən narkotik maddə aşkar olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis şöbəsindən daxil olmuş xx xxxxxx 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən, o cümlədən Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis şöbəsinin təhqiqatçısının «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» xx xxxxxx 2021-ci il tarixli qərarından görünür ki, Şəxs aşkar edilərək götürülmüş və tədqiqata təqdim olunmuş zərfdəki kibrit qutusunun içərisində təmiz çəkisi 3.716 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Bununla belə, Şəxs xx.xx.2021-ci ildə tibbi müayinədən keçirilməsi nəticəsində onun sidiyindən hər hansı bir narkotik vasitə və ya narkotik maddə aşkar olunmamışdır. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin sahə inspektoru, polis mayoru X2 bildirdi ki, Şəxs xx.xx.2021-ci il tarixdə, saat 22:10-da Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində RPİ-nin PPXB-nün əməkdaşları tərəfindən özünü şübhəli apardığına görə saxlanılmış və onun üzərindən narkotik maddə aşkar olunmuşdur. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, izahatında göstərdi ki, o, həqiqətən də xx.xx.2021-ci il tarixində saat 22:10-da Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində RPİ-nin PPXB-nün əməkdaşları tərəfindən özünü şübhəli apardığına görə saxlanılmış və onun üzərindən narkotik maddə aşkar olunmuşdur. Lakin hazırda törətdiyi əməldən peşmandır və bir səhv olaraq qeyd olunan əməli törətmişdir. Belə ki, o, işsiz olduğu üçün iş tapmaq məqsədilə Suraxanı rayonu ərazisində olmuşdur və üzərində öz məhləsindəki tanıdığı bir nəfərdən 5 manata aldığı narkotik maddə olmuşdur. Halbuki, o narktotik maddə istifadəçisi və aludəçisi deyil. Hazırda o, anası ilə birgə yaşayır və anası da onun öhdəsindədir və ailənin yeganə qazanc mənbəyi odur. Bununla yanaşı, o, boşandığı üçün iki qızı üçün aliment ödəyir. Həbs olunacağı təqdirdə həm anasını, həm də uşaqlarını saxlamaq mümkün olmayacaq. Buna görə də qeyd olunanların nəzərə alınaraq ona yüngül inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi.. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq inzibati xətanı törətməsi faktı onun özünün etirafı ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. Göstərilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin öz əməlini səmimi etiraf etməsi və peşman olması iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirilməlidir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. İşin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 117, 128 – 133-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Təranə Mahmudova
Məhkəmə qərarları › İş №3(010)-130/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-130/2021
16.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver