Məhkəmə qərarları › İş №3(010)-1302/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1302/2021

01.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1302/2021 01.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Suraxanı rayon prokurorunun köməkçisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nümayəndəsi (vəkili) X5 iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Bakı şəhəri Suraxanı rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Bakı şəhəri Suraxanı rayon Prokuroru, baş ədliyyə müşaviri X10 tərəfindən Şəxs barəsində 06.10.2021-ci il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərar qəbul edilmişdir ona görə ki, Şəxs vəfat etmiş bacısının adına olan, lakin onun tərəfindən işlədilən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “Qartal heykəli”nin yaxınlığında yerləşən qəbir daşları düzəldilən sexdə əmək müqaviləsi bağlamadan X8 işlərin görülməsinə cəlb etmiş, sexdə texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət etməli olduğu halda belə qaydalara riayət etməmiş, nəticədə Tahirxan Məmmədov az ağır xəsarət almışdır. Buna görə də Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 06.10.2021-ci il tarixli qərar tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Suraxanı rayon prokurorunun köməkçisi X1 Eldar Yadigar oğlu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutlan inzibati xətanın törədildiyini nəzərə alaraq, sonuncunun tənbeh edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nümayəndəsi (vəkili) X11 izahat verərək bildirmişdir ki, prokurorluq tərəfindən hadisə düzgün araşdırılmamış, Şəxs barəsində əsassız qərar qəbul edilmişdir. Belə ki, hadisənin baş verdiyi sex Şəxs məxsus deyildir. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “Qartal heykəli”nin yaxınlığında yerləşən qəbir daşları düzəldilən sex Şəxs bacısı X4 məxsusdur və həmin xanım vəfat etməmişdir. Şəxs sexdə texniki təhlükəsizlik və ya əmək mühafizəsini təmin edən şəxs deyildir. Hadisənin baş verdiyi gün Şəxs ümumiyyətlə obyektdə olmamış onun hadisədən xəbəri olmamışdır. Qeyd olunanlara əsasən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 27 sentyabr 2021-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, 267-C-21 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. X6 xəsarəti az ağır olduğundan, onunla əmək müqaviləsi bağlanılmadan əməyə cəlb olunduğundan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192 və 198-ci maddələrinin tərkib əlamətlərinin olub-olmamasına hüquqi qiymət verilməsi üçün inzibati icraat başlanılması məsələsinə baxılması qərara alınmışdır. İş materiallarında olan 21.09.2021-ci il tarixli 17/877 saylı ekspert rəyindən görünür ki, X6 müayinəsi zamanı onun bədənində aşkar edilmiş xəsarətlər - sağ ayaq pəncəsinin İİ-İİİ-İV daraq sümüklərinin yerdəyişmiş sınıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddətləri qərarda q4eyd edilən müddətdə və şəraitdə, yəni 14.07.2021-ci il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. İş materiallarında olan 06.10.2021-ci il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərardan görünür ki, xx.xx.1957-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 198.3 cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması, inzibati xəta haqqında iş üzrə icraat materialları baxılması üçün Suraxanı rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2- ci maddəsində nəzərdə tutulmuş əməllər, yəni texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulması inzibati məsuliyyətə səbəb olur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulması inzibati məsuliyyətə səbəb olur. Hazırda isə Şəxs sözügedən sexdə texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edən məsul şəxs olduğu müəyyən olunmur. İş materialları ilə müəyyən olunur ki, hadisənin baş verdiyi «Mərmər» İKF X3 adına qeydiyyatdadır və məhz o, sözügedən sexdə texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edən məsul şəxsdir. İş materialları ilə bu vəzifələrin Şəxs və ya başqa şəxsə həvalə edildiyi müəyyən olunmur. İXM-nin 198.3-cü maddəsi ilə inzibati xətanın tərkibinin yaranması üçün texniki təhlükəsizlik və əmək mühafizəsinin qaydaları pozulmalı, texniki təhlükəsizlik və əmək mühafizəsinin qaydalarının pozulması ehtiyatsızlıqdan insan sağlamlığına az ağır zərər vurulmasına səbəb olmalı, texniki təhlükəsizlik və əmək mühafizəsinin qaydalarının pozulması ilə baş vermiş nəticə — sağlamlığa az ağır zərər vurulması arasında səbəbli əlaqə olmalı, habelə bu üç şərt məcmu halında mövcud olmalıdır. Əməyin mühafizəsi qaydalarının pozulması ilə baş vermiş nəticə arasında səbəbli əlaqə olmalıdır. Səbəbli əlaqənin olmaması bu inzibati xətanın tərkibini istisna edir. Yəni, təqsirkarın əməyin mühafizəsi sahəsində məhz hansı vəzifəni (Azərbaycan Respublikası ƏM-in 215-ci maddəsində və başqa normativ aktlarda müəyyən edilən vəzifələr) yerinə yetirməməsinin belə nəticəyə səbəb olduğu dəqiq müəyyən edilməli, bu maddə ilə inzibati məsuliyyətinə cəlb etmə haqqında məsələ həll olunarkən müvafiq aktlara (qanun, təlimat və ya müəssisədaxili lokal aktlar, sərəncamlar və s.) əsasən əmək mühafizəsi qaydalarına riayət etmək vəzifəsinin təqsirkarın səlahiyyətinə aid olub-olmadığı, həmin vəzifənin lazımi qaydada rəsmiləşdirilib-rəsmiləşdirilmədiyi aydınlaşdırılmalıdır. Bundan əlavə, səbəbli əlaqəni müəyyən edərkən əmək mühafizəsi qaydalarının pozulmasında və inzibati xətanın nəticələrin baş verməsində zərərçəkmiş şəxsin əməyin mühafizəsi üzrə öz vəzifələrinə (Azərbaycan Respublikası ƏM-in 216-cı maddəsində və başqa normativ sənədlərdə təsbit olunmuş vəzifələr) nə dərəcədə riayət etməsi və bu hadisənin baş verməsində özünün rolu da aydınlaşdırılmalıdır. Məhkəmə iclasında tədqiq olunan mötəbər sübutlarla müəyyən olundu ki, Şəxs hadisənin baş verdiyi müəssisənin rəhbər şəxsi olmamışdır və yuxarıda qeyd olunan vəzifələri daşımamışdır. Göründüyü kimi, hazırda Şəxs əməlinə münasibətdə İXM-nin 198.3-cü maddəsinin tərkibinin əlamətləri mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bu Məjəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Bu Məjəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bu Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bununla da, məhkəmə belə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xəta Məcəlləsinin 53, 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar