Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1304/2024 23.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlu, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, qərardan şikayət vermiş hüquqi şəxsin təsisçisi X7 və onun vəkili X5, “X21” MMC-nin məşğulluq təsnifatı üzrə nümayəndəsi X8 Azərbaycan Respublikası X2 hüquq, kadr və icraya nəzarət şöbəsinin hüquqi təminat sektorunun məsləhətçisi X4 və Azərbaycan Respublikası X2 Bakı regional bölməsinin bitki sağlamlığı və fitosanitar nəzarət sektorunun məsləhətçisi Nümayəndə iştirakları ilə, X7 Azərbaycan Respublikası X2 Bakı Regional Bölməsi tərəfindən barəsində qəbul olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın ləğv edilməsi barədə şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: X7 Azərbaycan Respublikası X2 Bakı Regional Bölməsi tərəfindən barəsində qəbul olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın ləğv edilməsi barədə şikayəti və ona əlavə edilmiş materiallar Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət ərizəsinə əsasən müəyyən edilmişdir ki, X7 direktoru olduğu «X21» Məhdud Məsuliyyətli Cəmiyyət təsis edilərək xx.xx.2022-ci il tarixində dövlət qeydiyyatına alınmışdır. Cəmiyyətin fəaliyyətinə cari rəhbərlik cəmiyyətin təkbaşına icra orqanı olan direktor tərəfindən həyata keçirilir. Cəmiyyətin fəaliyyətinin əsasını respublikaya qida məhsullarının kommersiya məqsədi ilə idxalı və onların topdansatışı təşkil edir. Respublikaya idxal olunan qida məhsulları satış məntəqəsindən topdansatış halında realizə olunur. İdxal olunan mallar gömrük məntəqəsindən keçərkən bütün yoxlamalardan o cümlədən X6 tərəfindən nümunə götürülməklə yoxlamadan keçir və bundan sonra respublikaya daxil olmasına icazə verilir. İdxal olunan məhsul qida sektoruna aid olduğundan saxlama müddəti qısadır, odur ki, həmin məhsulun tələb olunan müddət ərzində realizəsi həyata keçirilməlidir. xx.xx.2023-cü il tarixində cəmiyyət tərəfindən Türkiyə Respublikasından plastik yeşiklərdə qablaşdırılmış, botanik adı «Citrus limon» olan 21730,00 kq çəkidə qida məhsulu respublikaya idxal olunmuşdur. X2 Bakı Regional Bölməsi tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli 318/FN nömrəli «Qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina edilməsi və təhlükəli malların gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə» Qərara əsasən barəsində xx.xx.2023-cü il tarixli ******* №-li inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında Qərar qəbul olunmuş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsinin tələblərinin pozulduğuna görə 4.000 manat miqdarında cərimə şərti olaraq tətbiq edilmiş, törədilmiş hüquqpozmaların aradan qaldırılması üçün 5 gün müddət müəyyən olunmuşdur. Sözügedən qararda «X21» Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı Regional Bölməsi tərəfindən qəbul olunmuş qərarın icra olunmaması əsas göstərilmişdir. X2 Bakı Regional Bölməsi tərəfindən tərtib edilmiş qərarla razı olmadığından yuxarı səlahiyyətli orqana qərardan şikayət verilmiş və X2 15 fevral 2024-cü il tarixli qərarına əsasən inzibati şikayətin təmin edilməməsi haqqında 022/2024 №-li qərar qəbul olunmuşdur. 29 fevral 2024-cü il tarixində qərarı almış, tanış olduqdan sonra qərardan məhkəməyə şikayət vermək qərarına gəlmişdir. Onuda əlavə etmişdir ki, idxal olunan məhsul tez xarab olan məhsul hesab edilir və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı vardır, qərara əsasən tez xarab olan qida məhsullarının satışı və digər prosedurlar mümkün qədər tez həyata keçirilməlidir. O, X2 Bakı Regional Bölməsində izahat verərkən məhsulların məhv edilməsinə dair izahat vermişdir. Azərbaycan Respublikası X2 Bakı Regional Bölməsi tərəfindən barəsində qəbul olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmədə qərardan şikayət vermiş şəxs X11 göstərmişdir ki, şikayət ərizəsində qeyd olunanları təsdiq edir, Azərbaycan Respublikası X2 Bakı Regional Bölməsi tərəfindən barəsində qəbul olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə qərardan şikayət vermiş şəxs X7 vəkili X10 qərardan şikayət vermiş şəxs X7 göstərdiyi xüsusatları təsdiq edərək Azərbaycan Respublikası X2 Bakı Regional Bölməsi tərəfindən barəsində qəbul olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə “X21” MMC-nin məşğulluq təsnifatı üzrə nümayəndəsi X12 qərardan şikayət vermiş şəxs X7 göstərdiyi xüsusatları təsdiq edərək Azərbaycan Respublikası X2 Bakı Regional Bölməsi tərəfindən barəsində qəbul olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Azərbaycan Respublikası X2 hüquq kadr və icraya nəzarət şöbəsinin hüquqi təminat sektorunun məsləhətçisi X9 “X21” MMC-nin direktoru X7 şikayətinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmədə Azərbaycan Respublikası X2 Bakı regional bölməsinin bitki sağlamlığı və fitosanitar nəzarət sektorunun məsləhətçisi Nümayəndə “X21” MMC-nin direktoru X7 şikayətinin təmin olunmamasını məhkəmədən xahiş etdi. X11 məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsi ilə Azərbaycan Respublikası X2 Bakı Regional Bölməsi tərəfindən barəsində qəbul olunmuş inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan verilmiş şikayət üçün nəzərdə tutulmuş müddətin bərpa edilməsi barədə məhkəməyə vəsatət təqdim etmiş, Azərbaycan Respublikası X2 21 avqust 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarını 30 avqust 2023-cü il tarixdə X7 öz şəxsi imzası ilə alması barədə qəbz mövcud olsa da həmin imzanın ona məxsus olması məhkəmədə şübhə yaratmışdır. Buna görə də məhkəmənin 16 aprel 2024-cü il tarixli qərardadı ilə X7 vəsatəti təmin olunmuş və 21 avqust 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan Novruz Novruzov tərəfindən verdiyi şikayətə baxılması ilə bağlı itirilmiş müddət bərpa edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli şikayətdən görünür ki, “X21” MMC-nin direktoru X11 həmin tarixdə xx.xx.2023-cü il tarixli 224/FN nömrəli, xx.xx.2023-cü il tarixli 304/FN nömrəli və xx.xx.2023-cü il tarixli 318/FN nömrəli “Qida Təhlükəsizliyi sertifikatının” verilməsindən imtina edilməsi və təhlükəli malların gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə» qərarların ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası X2 Bakı Regional Bölməsinin rəisi X15 tərəfindən İstehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə xx.xx.2023cü il tarixli İD ********** nömrəli müraciətlə idxal olunan 21730 kq limon məhsul partiyası barədə Bakı RB tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli 318/FN qərarın icra olunmamasına görə X21 MMC barəsində 4000 (dörd min) manat cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikasının X2 xx.xx.2024-cü il tarixli, № 002/2024 nömrəli qərarına əsasən “X21” MMC-nin direktoru X7 şikayəti təmin edilməmiş və Agentliyin Bakı regional bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli 224/FN nömrəli, xx.xx.2023-cü il tarixli 304/FN nömrəli və xx.xx.2023-cü il tarixli 318/FN nömrəli Qərarları qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikasının X6 Bakı Regional Bölməsinin məsləhətçisi X13 tərəfindən X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4 və 544.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi haqqında 14 avqust 2024-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilmişdir. İş materiallarında olan «X21» MMC-nin direktoru X7 izahatından görünür ki, xx.xx.2023-cü il tarixli İD ********** №-li müraciətlə Türkiyə Respublikasından idxal etdiyi 21.730 kq limon məhsul partiyası Qida Təhlkükəsizlik sertifikatı alınmadan anbarda saxlanıldığından məhsulun istifadəyə yararsız olduğunu görərək az-az miqdarda meyvəli bazarının zibil yeşiklərinə atılmışdır. Bu səbəbdən Azərbaycan Respublikasının X6 Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli N 318 FN №-li qərar onun tərəfindən icra edilməmişdir. Həmin izahatı «X21» MMC-nin direktoru X11 öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, akta imza atanlar, “Mənzil-Kommunal Təsərrüfatı və İstehsalat Birliyi”-nin “Sanitar-Kommunal İstismar idarəsi”-nin rəisi X16 və “X21” MMC-nin direktoru Novruz Novruzov bu aktı tərtib etmişdir ona görə ki, “X21” MMC-nin özünə məxsus olan 21490 kq limon məhsulu istifadəyə yararsız olduğu üçün onların iştirakı ilə Qızıldaş poliqonunda məhv edilmişdir. İş materiallarında olan məhsul nümunələrinin götürülməsi barədə 19 iyul 2023-cü il tarixli aktdan görünür ki, ayrı-ayrılıqda 1 kq limon nümunə üçün götürülmüş və həmin akt “X21” MMC-nin direktoru X11 tərəfindən imzalanmışdır. İş materiallarında olan mallara toxunulmaması barədə 19 iyul 2023-cü il tarixli Aktdan görünür ki, 17 iyul 2023-cü il tarixli ********** nömrəli müraciət əsasında idxal olunmuş 21730 kiloqram məhsulun qida təhlükəsizliyi sertifikatı əldə olunmadan toxunulmazlığı müəssisə tərəfindən təmin edilsin. Həmin akt “X21” MMC-nin direktoru X11 tərəfindən imzalanmışdır. İş materiallarında olan “X21” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının X6nə idxal olunan yeyinti məhsullarına qida təhlükəsizliyi sertifikatının verilməsi üçün elektron İD ********** nömrəli ərizə ilə müraciət göndərmişlər. Müraciətdə göstərilmişdir ki, limonlar (Citrus Limon, Citrus Limonum) Türkiyə yolu ilə Türkiyə Artvin ünvanından göndərilmiş və məhsullar Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocasən yolu 57 ünvanına boşaldılması nəzərdə tutulmuş, məhsulun ölkəyə nəzərdə tutulan giriş tarixi 19 iyul 2023-cü il nəzərdə tutulmuş, müraciətin tarixi 17 iyul 2023-cü il tarix müəyyən edilmişdir. İş materiallarında olan bildirişlərdən görünür ki, “X21” Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanı ünvan 2 olan Azərbaycan Respublikasi Qida Təhlükəsizliyi institutu X1 № AZ-22010843/LAB03-23066-T-066 nömrəli sınaq protokolundan görünür ki, 2 ədəd limon sınaqdan keçirilmiş və həmin limonların tərkibində Citrus tristeza virus (Sitrus tristeza virusu) aşkar edilmişdir. Belə ki, nümunə 19 iyul 2023-cü il tarixdə götürülmüş, 20 iyul 2023-cü il tarixdə laboratoriyaya göndərilmiş, nümunə həmin gün qəbul olunub, həmin gün saat 10:33-də sınaq başlanılmış və 24 iyul 2023-cü il tarixdə sınaq başa çatmışdır. Həmin sınaq protokolunun sonunda sınağın nəticələrinə etiraz 7 iş günü müddətində X3 müvafiq şöbələrinə bildirilməlidir. Müəyyən edilmiş müddətdən sonra şikayətlər əsassız sayılır və qəbul edilmir. İş materiallarında olan dövlət qeydiyyatına alınma barədə sənəddən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yaşayış sahəsi V ev 17, mənzil 7-də yerləşən “X21” Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2022-ci il tarixdə Hüquqi şəxs Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin xx.xx.2007-ci il tarixli Fərmanına əsasən “bir pəncərə” prinsipi ilə dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasi X6 Bakı Regional Bölməsinin “Qida təhlükəsizliyi serifikatının verilməsindən imtina edilməsi və təhlükəli malların (məhsulların) gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə” 31 iyul 2023-cü il tarixli 318/FN nömrəli Qərardan görünür ki, “X21” MMC Bakı şəhəri, Suraxanı rayonu, Yaşayış sahəsi, ev 17, mənzil 7. Aparılmış nəzarət tədbirinin əsası: Sahibkarın xx.xx.2023-cü il tarixli İD********** nömrəli müraciətinə əsasən müəyyən edilmişdir: “X21” MMC tərəfindən edilmiş xx.xx.2023-cü il tarixli İD********** nömrəli müraciət əsasında Türkiyə Respublikasından idxal olunan çəkisi 21 730 kq limon məhsulu (55JR655/55TD650 nömrəli nəqliyyat). xx.xx.2023-cü il tarixli AZ-22010843/LAB03-23066- T-066 nömrəli sınaq protokoluna əsasən analiz zamanı məhsulda karantin tətbiq olunan zərərli orqanizmlərdən “Citrus tristeza virus’’ - Sitrus tris-teza virusu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 29 dekabr tarixli 280 nömrəli qərarının tələblərinə cavab vermir. “Qida Təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 31.9-cu maddəsinə əsasən aparılan nəzarət tədbirləri nəticəsində Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunmuş qida və yem məhsulları, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlar bu Qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə cavab vermədikdə və təhlükəli hesab edildikdə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həmin qida və yem məhsulunun, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların utilizasiyası, Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi haqqında qərar qəbul edilir və idxalatçıya və ya onun səlahiyyətli nümayəndəsinə, habelə gömrük orqanına bu barədə bir gün müddətində kağız və ya elektron formada məlumat verilir. Həmin qanunun 31.10-cu maddəsinə əsasən Qanunun 31.9-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması haqqında qərar qəbul edilmiş qida və yem məhsulları, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlar 10 (on) gün müddətində idxalatçı tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılmalıdır. Bununla bağlı yaranan xərclər idxalatçı tərəfindən ödənilir. Həmin qanunun 31.11 -ci maddəsinə əsasən 31.10-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması haqqında qərar qəbul edilmiş təhlükəli qida və yem məhsulları, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlar Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılmadıqda, həmin qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların məhv edilməsi haqqında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qərar qəbul olunur və bu qərar əsasında həmin qida və yem məhsulları, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlar 10 (on) gün müddətində məhv edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 iyul 2018-ci il tarixli 302 saylı qərarı ilə təsdiq edilmiş “Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydaları”nın 2.1ci bəndinə əsasən ölkəyə idxal edilən yeyinti məhsulları qanunvericiliyə əsasən tanınmış və ya bu Qaydalara uyğun olaraq Azərbaycan Respublikasının X6 tərəfindən verilmiş qida təhlükəsizliyi sertifikatına malik olmalıdır. Həmin qaydaların 2.21.3-cü yarımbəndinə əsasən yeyinti məhsulları təhlükəsizlik və minimum keyfiyyət göstəricilərinə uyğun olmadıqda qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina edilir. Göstərilənlərə əsasən və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 57-ci maddəsini, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 20ci maddəsini və Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2017-ci il tarixli 1681-ci nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X6 haqqında Əsasnamə”nin 3.0.11-ci yarımbəndini rəhbər tutaraq: qərara almışdır: “X21” MMC-nin xx.xx.2023-cü il tarixli İD********** nömrəli müraciəti əsasında idxal olunmuş 21 730 kq limon məhsul partiyasına qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina edilmişdir. Həmin məhsul partiyası qərarın hüquqi qüvvəyə mindiyi gündən 10 (on) gün ərzində Agentliyin əməkdaşlarının iştirakı ilə Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması təmin edilmişdir. Bu qərarın 2-ci bəndi icra edilmədiyi təqdirdə məhsul partiyası Agentliyin əməkdaşlarının iştirakı ilə 10 (on) gün ərzində məhv edilir. Qərar rəsmi formada qarşı tərəfə təqdim olunduğu gündən qüvvəyə minir. Qeyd 1. Bu Qərarın icrasından yayınan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544-cü maddəsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. Qeyd 2. Qərardan Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq 30 (otuz) gün müddətində inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Həmin qərar EMS Azerexpresspost vasitəsilə 31 iyul 2023-cü il tarixdə göndərilmiş və 02 avqust 2023-cü il tarixdə Novruz Novruzov tərəfindən şəxsən imza edilərək qəbul olunmuşdur. İXM-nin 544.2-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-nin 22.2-ci maddəsinə əsasən hüquqi şəxslər barəsində bu Məcəllənin 22.1.1- 22.1.3-cü yəni xəbərdarlıq, inzibati cərimə, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi inzibati tənbeh növləri tətbiq edilir. İXM-nin 25-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında. 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında: Buna görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası X2 Bakı Regional Bölməsi tərəfindən barəsində qəbul olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın ləğv edilməsinə əsaslar müəyyən edilmədiyinə görə X7 şikayəti təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 22, 25, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X7 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası X2 Bakı Regional Bölməsi tərəfindən X7 barəsində qəbul olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar dəyişdirilmədən qüvvəsində saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №3(010)-1304/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1304/2024
23.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver