Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1313/2021 11.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Suraxanı rayon İcra şöbəsinin icra məmuru X1 iştirakı ilə xx xxxx 1982-ci ildə Xocavənd rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan X2 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı rayon İcra şöbəsinin icra məmuru X1 tərtib etdiyi 11 oktyabr 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsi tərəfindən verilmiş 21 yanvar 2016-cı il tarixli icra sənədinə əsasən borclu Şəxs tələbkar X5 xeyrinə 06 aprel 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 28 avqust 2015-ci il tarixdən başlayaraq hər ay 108 manat sabit pul məbləğində aliment tutulmalıdır. Suraxanı rayon İcra şöbəsinin icra məmuru X4 işə məhkəmədə baxılması zamanı inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Qeyd edir ki, icra sənədi şöbənin icraatına daxil olduqdan sonra müvafiq qaydada icrrata başlanılaraq tərəflərə qərar və bildiriş göndərilmişdir. Suraxanı Rayon Məhkəməsinin 16 mart 2017-ci il tarixli qərardadı ilə borclunun İcra Şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. İcra məmurunun 25 may 2018-ci il tarixli qərarı ilə borclu barəsində axtarış elan edilmişdir. Borclu barəsində aidiyyəti orqanlara sorğular verilmiş lakin borcluda tələbin ödənişinə yönəldilə biləcək əmlak və gəlirlər aşkar edilməmişdir. Bu günə borclunun ödənilməmiş aliment borcu 5.280 manat təşkil edir. İşin məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 oğlu icra sənədi üzrə borcunu tam ödəmədiyini maddi imkansızlığı ilə izah etmişdir. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, məhkəmə tərəfindən müəyyən edilmiş pul məbləğini ödəməmişdir. Məhkəmə iş üzrə yekun qənaətə gələrkən ödənilməli olan aylıq aliment miqdarı cəmi 108 manat olduğu halda, borc məbləğinin 5.280 manat təşkil etdiyini nəzərə alır. Bu məbləğlərin müqayisəli təhlilindən görünür ki, borclu ötən dövrdə ümumilikdə 04 ilin alimentini ödəməyib. Bunun hər-hansı üzrlü səbəbdən baş verməsi halı işin məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Əksinə müvafiq müddət nəzərə alındıqda görünür ki, borclu məhkəmə qətnaməsini üzrsüz səbəbdən icra etmir. Göstərilənlərə əsasən X8 oğlu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X8 oğlu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli 11 oktyabr 2021-ci il tarixindən saat 17.50-dən hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(010)-1313/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1313/2021
11.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver