Məhkəmə qərarları › İş №3(010)-1315/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1315/2020

30.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1315/2020 30.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı şəhər Ekologiya və X2 nümayəndəsi X4, Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X5 iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X15 tərəfindən tərtib edilmiş MN seriyalı ******* saylı, xx.xx.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğvinə dair X10 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X7 rəisi X13 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2019cu il tarixli inzibati xəta haqqında qərara əsasən X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. X10 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X7 MN seriyalı ******* saylı, xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. X10 şikayətini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 2019-cu il tarixdə idarə etdiyi “ZİL MMZ 4502” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı yük maşını ilə Yasamal rayonunda yerləşən “Qanlı Göl” adlanan ərazidə yerləşən qəbirstanlığa gəlmişdir. Qəbirstanlığm mühafizəçisi ona həmin yerin yaxınlığında yerləşən qaçqınların məskunlaşdığı yataqxananın komendantı “Zakir” adlı şəxsin məsul şəxs olduğunu, buna görə həmin şəxsdən icazə almalı olduğumu bildirdi. O, həmin “Zakir” adlı şəxsə danışaraq, tərəfindən avtomaşında təxminən 45-50 kisə qum olduğunu və həmin qumu qəbiristanlığa boşaldacağını bildirmişdir. “Zakir” adlı şəxs avtomaşınındakı qum kisələrinə baxıb razılıq verdikdən sonra, o, qəbiristanlığa daxil olmuş və avtomaşında olan yükü boşaldıb, həmin ərazini tərk etmişdir. Həmin müddətdə də “Zakir” adlı şəxs də onun yanında dayanaraq, qum kisələrini avtomaşından boşaltmağına nəzarət etmişdir. Həmin yerdən təxminən 50-60 metr aralandıqdan bir qədər sonra qəfil “Prado” markalı avtomobil qarşına keçərək yolunu kəsmişdir. O, sürücünün bu hərəkətinə əsəbiləşərək, idarə etdiyi avtomaşından düşərək həmin şəxsə yaxınlaşmış və bu barədə iradını bildirmişdir. Həmin şəxs isə ona Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı olduğunu, onun qəbiristanlığın ərazisinə zibil boşaldıb çıxdığına görə yaxınlaşdığını bildirmişdir. O, həmin şəxsə etiraz edərək, tərəfindən qəbirstanlığa zibil deyil, qum boşaldıldığını bildirmışdır. Bundan sonra həmin əməkdaşın onun harada yaşamağı barədə sualına cavab olaraq yaşayış yeri barədə məlumat vermiş, lakin həmin şəxs ondan şəxsiyyətini təsdiq edən hər hansı bir sənədi tələb etməmişdir. Onun və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşının səsinə həmin ərazinin məsul şəxsi “Zakir” adlı şəxs də gəlmiş və onun qəbiristanlığa zibil deyil, yalnız qum boşaltdığını demişdir. Bundan sonra o, avtomaşınına minərək həmin ərazini tərk etmişdir. Lakin Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı ona barəsində hər hansı bir protokol tərtib etdiyi və ya hər hansı bir başqa bir tədbir görəcəyi barədə hər hansı bir məlumat verməmişdir. Bir neçə gün əvvəl onun istifadəsində olan mobil nömrəsinə Suraxanı Rayon İcra və Probasiya Şöbəsi tərəfindən zəng vurularaq, onun həmin şöbəyə yaxınlaşmağı barədə xəbərdarlıq edilmişdir. Bundan sonra O, dərhal həmin şöbəyə yaxınlaşmış və hansı məsələ ilə əlaqədar şöbəyə dəvət olunduğunu soruşmuşdur. Şöbənin əməkdaşı ona barəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən MN № ******* saylı, xx.xx.2019-cu il tarixli protokol tərtib ediliyini və həmin protokol əsasında həmin orqanın MN № ******* saylı, xx.xx.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə olunduğunu öyrənmişdir. Bundan sonra isə xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə yaxınlaşaraq, qeyd edilən protokol və qərarın surətini əldə etmiş və mübahisələndirmək qərarına gəlmişdir. O, hər iki orqanda olarkən, hansı sübutlara əsasən onun barəsində protokol tərtib olunduğu barədə maraqlanmışdır və ona bu faktı sübut edən fotoşəkillər olduğu bildirilmişdir. Lakin o nə qədər tələb etsə də, həmin fotoşəkillər ona təqdim olunmamışdır. Bildirir ki, tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271.1-ci maddəsinin tələbləri pozulmamış, yəni onun tərəfindən Yasamal rayonunda yerləşən “Qanlı Göl” adlanan ərazidə yerləşən qəbirstanlığa zibil deyil, qum kisələri boşaldılmış və bu barədə də həmin qəbiristanlığın mühafizəçisi və həmin ərazinin məsul şəxsi olan “Zakir” adlı şəxs məlumatlı olmuş və onu qəbirstanlığa buraxmış, “Zakir” adlı şəxs də qum kisələrini boşaltdığı müddət ərzində də onun yanında dayanmışdır. Əgər onun tərəfindən oraya zibil boşaldılsa idi ən azı onun həmin yerə daxil olmağına yuxarıda qeyd etdiyi şəxslər imkan verməzdilər. Ona görə də, mübahisələndirdiyi protokol və onun əsasında qəbul edilmiş qərar əsassızdır və məhkəmə qaydasında ləğv edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı tərəfindən barəsində inzibati xəta haqında protokol tərtib olunarkən, onun məlumatı olmamış, protokol tərtib edilərkən, ona İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilməmiş, bu barədə protokolda müvafiq qeyd aparılmamışdır. Ona həmin inzibati xəta haqqında protokolun surəti verilməmiş, həmçinin həmin protokol tərəfindən imzalanmamışdır. Bundan əlavə, əgər o, həmin protokolda qeyd edildiyi kimi izahat verməkdən imtina etmişsə, bu zaman o, və qəbirstanlığın “Zakir” adlı mühafizəçisi tərəfindən onun qəbirstanlığa zibil deyil, qum boşaltmağı barədə izahatılarını kimə veriblər? Bundan əlavə, əgər o, həmin protokolu imzalamaqdan imtina etmişsə, bu barədə protokolda müvafiq qeyd aparılmalı idi. Əgər o, protokolu imzalamaqdan imtina etmişsə, imtinanın səbəblərini göstərməli idi. Bundan əlavə protokolda adı çəkilən şahid X3 ümumiyyətlə orada olmamış, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı X11 tək olmuşdur. Ona görə də, məhkəmədən xahiş edir ki, həm protokolu tərtib etmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı X11 və həm də şahid X3 məhkəməyə dəvət edilsin və izahatları alınsın. Buna görə də hesab edir ki, onun barəsində tərtib olunmuş inzibati xəta haqqında protokoldan məlumatı olmadığı üçün orada onun adından qeyd edilənlər də tamamilə yanlışdır. Məhkəmə iclasında iştirak edən X10 şikayət ərizəsində qeyd etdiklərinə uyğun izahat verərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X7 MN seriyalı ******* saylı, xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı şəhər Ekologiya və X2 nümayəndəsi X11 izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X7 əməkdaşları tərəfindən aparılan monitorinq zamanı Yasamal rayonu, “Qanlı Göl” adlanan əraziyə X5 idarə etdiyi “Zil MMZ 4502” yük markalı **-BX-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsilə qarışıq bərk tullantı boşaldılması faktı müəyyən olunmuşdur. Qanunverijiliyin tələblərinə əsasən bərk məişət tullantıları poliqonlarının yerləşdirilməsi və qurulması üçün sahə şəhər və digər yaşayış məntəqələrinin və şəhərətrafı zonaların planlaşdırılması və tikilməsi üzrə təsdiq olunmuş baş planlara və ya layihələrə uyğun olaraq ayrılmalıdır. Bərk məişət tullantıları poliqonlarının yerləşdirilməsi və qurulması üçün ərazi ekoloji normalara və Azərbaycan Respublikasının insan sağlamlığı və ətraf mühitin mühafizəsi sahəsində digər qanunvericilik aktlarına cavab verməlidir. Bərk məişət tullantıları poliqonlarında müəssisələrin tullantılarının yerləşdirilməsi ekoloji, sanitar-epidemioloji qaydaların və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələblərinə uyğun olaraq həyata keçirilir. Belə katoqoriyalı əşyaların boşaldılması məqsədilə Yasamal rayonunda xüsusi poliqon müəyyən edilmişdir. Buna baxmayaraq, ərizəçi bu məqsədlər üçün ayrılmamış sahədə qarışıq bərk tullantı boşaltmış, bunun nətijəsində ətraf mühitin mühafizəsi sahəsində qanunvericilik normalarını pozmuşdur. Toplanmış material əsasında aparılmış inzibati araşdırma əsasında xx.xx.2019-cu il tarixdə işə baxılmış və 11 saylı Regional Ekologiya və X7 MN seriyalı ******* saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə X10 barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi əsasında inzibati qaydada 500 manat məbləğində cərimə edilmişdir. Qeyd olunanlara əsasən şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, məhkəmə icalasında təqdim edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X15 tərəfindən verilmiş xx.xx.2019cu il tarixli 00108 Saylı AKT-dan görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X7 015 saylı xx.xx.2019-cu il tarixli sərəncamına əsasən Yasamal rayonu, “Qanlı Göl” adlanan əraziyə ekoloji qanunvericiliyin tələblərinə riayət olunması ilə bağlı monitorinq keçirilmişdir. Monitorinq zamanı “Qanlı Göl” adlanan əraziyə dövlət nömrə nişanı **-BX-*** olan Zil markalı avtomobilin müxtəlif bərk tullantıları boşaldaraq qalaqlanması faktı müəyyən edilmişdir. Avtomobilin sürücüsü özünü təqdim etməkdən və tullantıları həmin əraziyə hansı səbəbdən boşaltması barədə verilən sualları cavablandırmaqdan imtina etmişdir. Sürücüyə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X7 əməkdaşları tərəfindən bu əraziyə hər hansı bir tullantıların gətirib boşaldılmasının qeyri qanuni olması barədə izahat işləri aparılmışdır. Məhkəmə icalasında təqdim edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X15 tərəfindən X6 ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubdan müəyyən olunur ki, 11 saylı Regional Ekologiya və X7 əməkdaşları tərəfindən aparılan monitorinq zamanı Yasamal rayonu, “Qanlı Göl” adlanan əraziyə X5 idarə etdiyi “Zil MMZ 4502” yük markalı **-BX-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsilə qarışıq tullantı boşaldılması faktı müəyyən olunmuşdur. Qeyd olunan məsələ ilə əlaqədar 11 saylı Regional Ekologiya və X9 aparılacaq inzibati araşdırma ilə bağlı X5 xx.xx.2019-cu il tarixdə saat 10:00-da 11 saylı Regional Ekologiya və X12 gəlməyi və ya səlahiyyətli nümayəndəsini göndərməyi xahiş edilmişdir. Göstərilən müddət ərzində X6 İdarəyə gəlməsə, barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq protokol tərtib ediləcəyi və cərimə qərarı qəbul olunacağı bildirilmişdir. İş materiallarına əlavə edilmiş MN seriyalı, ******* nömrəli, xx.xx.2019-cu il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X7 əməkdaşları tərəfindən aparılan monitorinq zamanı Yasamal rayonu, “Qanlı Göl” adlanan əraziyə X5 idarə etdiyi “Zil MMZ 4502” yük markalı **-BX-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsilə qarışıq tullantı boşaldılması faktı müəyyən olunmuşdur. X1 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X7 rəisi X13 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2019-cu il tarixli inzibati xəta haqqında qərarından görünür ki, X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. Məhkəmə icalasında təqdim edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X15 tərəfindən X6 ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubdan müəyyən olunur ki, toplanmış material əsasında aparılmış inzibati araşdırma əsasında xx.xx.2019-cu il tarixdə işə baxılmış və 11 saylı Regional Ekologiya və X7 MN seriyalı ******* saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə X10 barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi əsasında inzibati qaydada 500 manat məbləğində cərimə edilmişdir. «İstehsalat və məişət tullantıları haqqında» xx xxxx 1998-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən istehsalat tullantıları—istehsal, yaxud işlərin (xidmətlərin) yerinə yetirilməsi prosesində əmələ gələn və ilkin istehlak xüsusiyyətlərini tam və ya qismən itirən xammal, material, maddə, yarımfabrikat, əşya və digər məhsulların qalıqları, habelə istehsal obyekti olmayan və öz istifadə olunma xüsusiyyətlərinə görə texnoloji prosesə daxil olmayan, yenidən əmələ gələn eyni mənşəli əşya və maddələrdir. Məişət tullantıları (bərk məişət tullantıları) — əhalinin həyat fəaliyyəti nəticəsində yaşayış yerlərində əmələ gələn əşyalar, maddələr və materiallardır. Tullantıların basdırılması—tullantılardan ətraf mühitə zərərli təsirin qarşısını almaq məqsədi ilə onların xüsusi ayrılmış yerlərdə müvafiq qaydada təcrid edilməsidir. Tullantıların yerləşdirilmə obyekti—tullantıların yerləşdirilməsi üçün nəzərdə tutulmuş xüsusi təchiz edilmiş qurğudur (poliqondur, şlam-anbar və başqalarıdır). Həmin Qanunun 7-ci maddəsinə əsasən istismarı zamanı tullantıların əmələ gəldiyi bina, tikili, qurğu və digər obyektlərin layihələndirilməsi, tikintisi, yenidən qurulması, konservasiyası və ləğvi zamanı fiziki və hüquqi şəxslər ətraf mühitin və insan sağlamlığının qorunması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ekoloji, sanitar və digər tələblərə əməl etməyə, əmələ gələn tullantıların istifadəsi, zərərsizləşdirilməsi barədə müvafiq icra hakimiyyəti orqanları tərəfindən müsbət rəy verilmiş texniki və texnoloji sənədlərə malik olmağa borcludurlar. Yaşayış binalarının, habelə istismarı zamanı tullantıların əmələ gəldiyi müəssisə, bina, tikili, qurğu və digər obyektlərin layihələndirilməsi zamanı tullantıların idarə olunması sahəsində müəyyən edilmiş qaydalara, normativlərə və tələblərə uyğun olaraq, belə tullantıların yığılması üçün yerlər (meydanlar) nəzərdə tutulmalıdır. Həmin Qanunun 11-ci maddəsinə əsasən tullantıların yerləşdirilməsi müvafiq icra hakimiyyəti orqanlarının icazəsi əsasında və normativ aktlarda müəyyən edilən tələblərə uyğun həyata keçirilir. Tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi məqsədilə obyektlərin tikintisi üçün yer seçərkən, müvafiq icra hakimiyyəti orqanlarının razılığı ilə xüsusi (geoloji, hidroloji və s.) araşdırmalar aparılmalı və lazım gəldikdə ictimai rəy nəzərə alınmalıdır. Şəhər və digər yaşayış məntəqələri, meşə-park, kurort, müalicəsağlamlıq, turizm və rekreasiya zonalarının ərazisində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, çatlı süxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, habelə içməli su təchizatı və təsərrüfat-məişət ehtiyacları üçün istifadə olunan yeraltı su obyektlərinin sututar sahələrində, eyni zamanda, faydalı qazıntı yataqlarının olduğu yerlərin çirklənməsinə və yeraltı işlərin aparılmasına təhlükə yarandığı hallarda faydalı qazıntı laylarının olduğu və yeraltı işlərin aparıldığı yerlərdə tullantıların basdırılması qadağandır. Tullantıların basdırılma yerləri müvafiq icra hakimiyyəti orqanlarının müəyyən etdiyi qaydada tullantıların basdırılma yerlərinin dövlət reyestrinə daxil edilir. Müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılan qaydada mülkiyyətçi tərəfindən basdırılma yerlərinin monitorinqi aparılmalıdır. Tullantıların yerləşdirildiyi obyektlərin və ya sahələrin mülkiyyətçiləri bu obyektlərin və ya sahələrin istismar müddəti başa çatdıqdan sonra lazımi bərpa işləri aparmalıdırlar. Tullantıların toplanmasını səmərəli təşkil etmək məqsədilə qiymətli komponentlər (yeyinti və toxuculuq məhsullarının tullantıları, müxtəlif metallar, kağız və s.) ayrıayrılıqda toplanmalıdır. Həmin Qanunun 12-ci maddəsinə əsasən zərərsizləşdirmək məqsədilə məişət tullantıları tutumlara (urnalara) atılmalıdır. Bu tullantıların tutumlardan (urnalardan) kənar yerlərə atılması və ya basdırılması qadağandır. Şəhərlərdə və rayon (şəhər rayonları istisna olmaqla) inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində tutumlar (urnalar) arası məsafə 100 metrdən çox olmamalıdır. Şəhərlərin və digər yaşayış məntəqələrinin ərazisi müntəzəm olaraq məişət tullantılarından təmizlənməlidir; Şəhərlərin və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Atmosfer havasına zərərli təsir göstərən istehsal və məişət tullantılarının xüsusi qurğular olmadan yandırılmasına icazə verilmir. Həmin Qanunun 12-1-ci maddəsinə əsasən bərk məişət tullantıları poliqonlarının yerləşdirilməsi və qurulması üçün sahə şəhər və digər yaşayış məntəqələrinin və şəhərətrafı zonaların planlaşdırılması və tikilməsi üzrə təsdiq olunmuş baş planlara və ya layihələrə uyğun olaraq ayrılmalıdır. Bərk məişət tullantıları poliqonlarının yerləşdirilməsi və qurulması üçün ərazi ekoloji normalara və Azərbaycan Respublikasının insan sağlamlığı və ətraf mühitin mühafizəsi sahəsində digər qanunvericilik aktlarına cavab verməlidir. Bərk məişət tullantıları poliqonlarında müəssisələrin tullantılarının yerləşdirilməsi ekoloji, sanitar-epidemioloji qaydaların və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələblərinə uyğun olaraq həyata keçirilir. Onların özözünə alışıb yanmasının qarşısının alınması və xəbərdarlıq edilməsi üzrə tədbirlər nəzərdə tutulmalıdır. Həmin Qanunun 24-cü maddəsinə əsasən tullantılar haqqında qanunvericiliyin tələblərini pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq intizam, inzibati, cinayət və mülki-hüquqi məsuliyyət daşıyırlar. Məhkəmədə müəyyən olundu ki, xx xxxx 2019-cu il tarixdə Yasamal rayonu, “Qanlı Göl” adlanan əraziyə X5 idarə etdiyi “Zil MMZ 4502” yük markalı **-BX-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsilə bu məqsədlər üçün ayrılmamış sahədə qarışıq bərk tullantı boşaldılmış, bunun nətijəsində ətraf mühitin mühafizəsi sahəsində qanunvericilik normaları pozulmuşdur. Buna görə də, X5 barəsində MN seriyalı, ******* nömrəli, xx.xx.2019-cu il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin protokol əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X7 rəisi X13 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2019-cu il tarixli qərara əsasən X10 Azərbaycan Respublikası İXMnin 271-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və onun barəsində 500 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X7 MN seriyalı ******* nömrəli, xx.xx.2019-cu il tarixli inzibati xəta haqqında qərarının ləğv edilməsi üçün əsas yoxdur və şikayət əsassız olduğundan rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48- 51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X15 tərəfindən tərtib edilmiş MN seriyalı ******* saylı, xx.xx.2019cu il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğvinə dair şikayəti əsassız olduğundan rədd edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayət verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar