Məhkəmə qərarları › İş №3(010)-1315/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1315/2021

29.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1315/2021 29.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Heydərova Nilufər Ruhulla qızının katibliyi, Barəsində X3 iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1982-ci ildə Laçın rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 327.2, 333.1 və 332.1-ci maddələri ilə inzibati xəta törədilməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsindən daxil olmuş X3 materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsindən daxil olmuş 21 sentyabr 2021-ci il tarixli İXP seriyalı ******* nömrəli X3 protokolda göstərilir ki, Şəxs 21 sentyabr 2021-ci ildə, saat 08:15-də “VAZ 2108” minik markalı **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, Azərbaycan Respublikası İXM-nin 327.2, 332.1 və 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində X3 iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirmişdir ki, o, 21 sentyabr 2021-ci il tarixdə “VAZ 2108” minik markalı **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşı onun sənədlərini istəmiş, lakin onun “VAZ 2108” minik markalı **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün etibarnaməsi olmamışdır. Bundan sonra polis əməkdaşı tərəfindən onun sərxoşluq vəziyyətini yoxlamaq üçün alkoqolun konsentrasiyasını yoxlamaq üçün cihaz gətirilmiş, və onun, güya ki, jihazın göstərilərinə əsasən sərxoş olduğu müəyyən olunmuşdur. O, buna etiraz etdiyini, jihazın göstərijilərinə inanmadığını göstərmiş, polis əməkdaşlarına onun tibbi müayinən keçirilməsini tələb etmiş, lakin polis əməkdaşları ona bildirmişlər ki, buna lüzum yoxdur, ona qarşı heç bir inzibati tədbir görülməyəjəkdir, bu tədbir yalnız avtomaşının jərimə meydançasında müvəqqəti saxlanılması üçündür, dayanajağın rüsumunu ödədikdən sonra avtomaşın ona qaytarılajaqdır. Polis əməkdaşları ona bildirmişlər ki, araq içərək avtomaşını idarə etdiyini göstərsə, avtomaşını jərimə meydançasından götürə bilər, bu səbəbdən də, o, bu barədə qeyd etmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən onun avtomobili cərimə meydançasına yerləşdirilmişdir. O, jərimə meydançasına gedərək, avtomaşınını götürmək istəmiş, lakin avtomaşın ona qaytarılmamış, bu səbəbdən, o, yenidən qayıdaraq, polis əməkdaşlarına mürajiət edərək, onu tibbi müayinədən keçirilməsini yenidən tələb etmiş, lakin sonunjular ona bildirmişlər ki, o, artıq bundan özü imtina etmişdir və onlarda alkotesterin göstərijisi vardır. O, polis əməkdaşlarına mürajiət edərək, alkotesterin nətijələrinə inanmadığını, qeyd olunan jihazın hansı stardartlara uyğun olaraq qeydiyyata alındığının və işlədiyinin ona ona izah edilməsini tələb etmiş, lakin polis əməkdaşları onun bu tələbinə məhəl qoymamışlar. Bundan sonra o, yenidən polis əməkdaşlarına mürajiət edərək, onun tibbi müayinədən keçirilməsini israrla tələb etmiş, lakin sonunjular onun bu tələbinə də məhəl qoymamışlar. Onun jərimə meydançasına gedib-gəlməyi, polis əməkdaşları ilə danışmağı təxminən 2,5 saat davam etmişdir. O, polis əməkdaşlarının ona məhəl qoymadığını və onun hüquqlarının təmin etmədiklərini görüb, sonunjulardan aralanaraq, dərhal həkimə gedərək müayinədən keçmiş və müayinə zamanı onun tamamilə ayıq olduğu müəyyən olunmuşdur. O, 21 sentyabr 2021-ci il tarixdə “VAZ 2108” minik markalı **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etməmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsi nümayəndəsini göndərməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə həmin idarənin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarından müəyyən olunur ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.2, 333.1 və 332.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta hadisəsini törətməsinə dair 21.09.2021-ci il tarixli İXP seriyalı ******* nömrəli X3 protokol tərtib edilmişdir. İş materiallarında olan 21 sentyabr 2021-ci il tarixli, 01238 nömrəli alkotestr müayinəsi çıxarışından görünür ki, 21 sentyabr 2021-ci il tarixdə Şəxs qanında alkoqolun konsentrasiyasının 0.330 promilli olduğu müəyyən olunmuşdur. İş materiallarında olan 21.09.2021-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından müəyyən olunur ki, Şəxs barəsində X3 protokol tərtib olunduqdan 2,5 saat sonra tibbi müayinədən keçmiş və onun tamamilə ayıq olduğu müəyyən olunmuşdur (sonuncuda alkoqolun konsentrasiyasının 0.000 promilli olduğu müəyyən olunmuşdur). İş materiallarında olan «Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında» protokol görünür ki, həmin protokolun 21.09.2021-ci ildə tərtib edildiyi, xüsusi texniki vasitədən istifadə etməklə aparılmış müayinə nəticəsində Şəxs spirtli içki qəbul etməsi halının müəyyən olunduğu qeyd edilir. Protokolu onu tərtib etmiş şəxs – Bakı şəhər Baş Polis İdarəsi DYPİ-nə bilavasitə tabe olan YPX-nin inspektoru polis X1, barəsində X3 iş üzrə icraat aparılan şəxs Şəxs və hal şahidi X2 tərəfindən imzalanıb. Məhkəmə araşdırması zamanı barəsində X3 iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə nəzərədə tutulmuş inzibati xətanı törətməsi faktı iş üzrə toplanmış sübutlarla təsdiq olunmur. Məhkəmə, aşağıdakılara əsasən bu nətijəyə gəlir. Azərbaycan Respublikası İXM-nin 69.1, 69.2 və 69.3-cü maddələrinə əsasən «İşin nəticəsində maraqlı olmayan yetkinlik yaşına çatmış şəxslər inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında iştirak etmək üçün icraatında X3 iş olan vəzifəli şəxs tərəfindən hal şahidi kimi dəvət olunurlar. Hal şahidlərinin sayı iki nəfərdən az ola bilməz», «Şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən, hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər», «Hal şahidlərinin X3 iş üzrə icraatda iştirak etmələri protokolda qeyd edilir». Azərbaycan Respublikası İXM-nin 69-cu maddəsinin tələbinə zidd olaraq protokolun tərtibinə bir hal şahidi cəlb edilmişdir. Halbuki, qanunverijijiyin yuxarıda qeyd olunan tələbinə əsasən bu ijraatın aparılmasına məjburi qaydada azı 2 hal şahidinin jəlb olunması tələb olunur. Məhkəmə hesab edir ki, qanunverijilikdə bu tələbin imperativ qaydada müəyyənləşdirilməsi işin məhkəmə perspektivi zamanı müvafiq protokolda göstərilən hallara dair şübhələrin aradan qaldırılması, protokolun tərtib olunması zamanı barəsində protokol tərtib edilmiş şəxsin hüquqlarının təmin edilməsi, həmçinin, protokolu tərtib etmiş şəxsə münasibətdə əsassız ittihamların aradan qaldırılması məqsədilə edilmişdir. Belə olan halda, qanunverijiliyin bu tələbinə riayət edilməməsi protokolda göstərilən halların mübahisəli və şübhəli olmasına əsas verir. İXM-nin tələblərinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə iclasında barəsində X3 protokol tərti edilmiş şəxsin təqdim etdiyi 21.09.2021-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından müəyyən olunur ki, Şəxs barəsində X3 protokol tərtib olunduqdan 2,5 saat sonra o, tibbi müayinədən keçmiş və onun tamamilə ayıq olduğu müəyyən olunmuşdur. İXM-nin tələblərinə əsasən isə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Qeyd olunan vəzifə protokolu tərtib etmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsinin üzərinə qoyulmuşdur, lakin məhkəmənin mürajiətinə baxmayaraq, İdarə öz nümayəndəsini məhkəməyə göndərməmiş və iş üzrə mötəbər və mümkün sübutları məhkəməyə təqdim etməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. İXM-nin 8-ci maddəsinə əsasən barəsində X3 iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, X3 iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsirsiz hesab edilir. Beləliklə də, iş materiallarında olan sənədlərlə Şəxs avtomobili sərxoş vəziyyət idarə etməsi məhkəmə tərəfindən müəyyən edilməmiş, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta hadisəsini törətməsinə dair mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən «inzibati xəta tərkibi olmadıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Ona görə də Şəxs həmin maddə ilə təqsirləndirilməsinə dair X3 iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 327.2 və 332.1-ci maddələri ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd edir. İXM-nin 43.1-ci maddəsinə əsasən «Rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206–208, 211.1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 275.4, 275.5, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 334, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343, 349, 351, 351-1, 353.5, 361, 363, 363-1, 363-2, 368‒379, 381‒383, 387‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.10, 431, 432.3, 438.2, 438.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 479‒481, 482.1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517, 517-1, 517-2, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598 (vəkillərə və auditor xidməti göstərən şəxslərə münasibətdə), 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar». Göründüyü kimi Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsi həmin Məcəllənin 327.2 və 332.1-ci maddələrini məhkəmələrin səlahiyyətlərinə aid etməyib. «“İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2017-ci il tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin” siyahısının 2.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi adından “Məcəllənin 211, 322.0.2, 322.0.4 (taksi minik avtomobilində tütün çəkilməsinə münasibətdə), 322.0.8, 323, 326-1, 327.1 – 327.5, 329 – 331, 332.1 – 332.3, 338.1 – 338.6, 339.1 (fiziki şəxslər barədə), 342.1.1 – 342.1.8, 342.1.11, 342.2, 342.5 – 342.7, 344, 356.1, 469.1 (ümumi istifadədə olan nəqliyyat vasitələri və taksi minik avtomobilləri sərnişinlərinin icbari fərdi qəza sığortasına münasibətdə) və 469.3-cü (avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə standart sığorta müqaviləsi növünə münasibətdə) maddələrində (foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar istisna olmaqla), habelə iş üzrə icraat Nazirliyin vəzifəli şəxsləri tərəfindən başlanıldıqda Məcəllənin 322.0.1, 322.0.7, 322.0.9, 322.0.10cu, 346-cı və 346-1.2 – 346-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə – X6nin yol hərəkətinə nəzarət fəaliyyətinə cəlb edilmiş Baş X6 İdarəsinin, X6 idarələrinin şöbə rəisləri və onların müavinləri, bölmə rəisləri, xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektorları və inspektorları, baş dövlət avtomobil müfəttişləri və dövlət avtomobil müfəttişləri, böyük mühəndisləri və mühəndisləri, ərazi polis orqanlarının X6 şöbələrinin, bölmələrinin, qruplarının baş dövlət avtomobil müfəttişləri və dövlət avtomobil müfəttişləri, inzibati təcrübə üzrə baş inspektorları və inspektorları, böyük mühəndisləri və mühəndisləri, axtarış üzrə baş inspektorları və inspektorları, yol nəqliyyat hadisəsi üzrə baş inspektorları və inspektorları, təbliğat inspektorları, alay komandirləri və onların müavinləri, qərargah rəisləri, bölük komandirləri və onların müavinləri, tağım komandirləri, yol patrul xidməti baş inspektorları və inspektorları» tərəfindən baxılır. «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 sentyabr 2020-ci il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə görə «Eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər». Həmin qərarın nəticəvi hissəsinin 1-ci bəndinə əsasən «Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı orqanların səlahiyyətinə aid olduqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli orqanlar tərəfindən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir». Yuxarıda istinad edilənlərdən görünür ki, Azərbaycan Respublikası İXM-nin 327.2 və 332.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaya dair işlərə baxılması məhkəmələrin deyil, Daxili İşlər Nazirliyinin aidiyyəti struktur qurumlarının və vəzifəli şəxslərinin səlahiyyətinə aiddir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 327.2 və 332.1-ci maddələri ilə təqsirləndirilməsinə dair material Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsinə qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair X3 iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İXM-nin 327.2 və 332.1-ci maddələri ilə təqsirləndirilməsinə dair material baxılıb, səlahiyyəti çərçivəsində qərar verilməsi üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsinə qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar