Məhkəmə qərarları › İş №3(010)-1316/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1316/2020

17.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1316/2020 17.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi X5 oğlunun katibliyi ilə, Şəxs, xx xxx 1997-ci ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, subay, ali təhsilli, heç yerdə işləməyən, Qazax şəhəri, Azadlıq küçəsi, 156 nömrəli evdə qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Ramana qəsəbəsi, Şuşa şəhərciyində nömrəsiz evdə yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs, xx xxxxxxxx 2020-ci il tarixdə, saat 20 radələrində, idarə etdiyi “BMW 530İ” markalı, ** SF *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Ramana qəsəbəsi istiqamətindən Hava Limanı istiqamətinə yolun sol kənarı ilə təxminən saatda 70 km sürətlə hərəkət etdiyi zaman, əks hərəkət zolağa çıxaraq “Khazar Peugeto”markalı avtomobillə toqquşmuş və nəticədə X3 oynaqda hərəkət məhdudluğu ilə müşayiət olunan sol diz oynağının şişkinliyi və səthi əzilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri almışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında xx xxxxxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs P.E.Orucova və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəblərini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmiş və işə baxılmasını təxirə salmaq barədə vəsatət verməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, İş materiallarında olan yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş yol-nəqliyyat hadisəsi sxemindən görünür ki, yol-nəqliyyat hadisəsi Bakı şəhəri, Suraxanı rayonu, Yeni Ramana qəsəbəsində, hərəkət zolağının sayı 02, örtüyünün eni 10 metr olan yolda baş vermişdir. Yol nəqliyyat hadisəsindən əvvəl “BMW 530İ” markalı, ** SF *** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Suraxanı rayonu, Yeni Ramana qəsəbəsi istiqamətindən Hava Limanı istiqamətində, “Khazar Peuget” markalı, ** PB *** dövlət qeydiyyat nişanlı avtomobil isə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi istiqamətindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Ramana qəsəbəsi istiqamətində hərəkətdə olmuşdur. İş materiallarında olan canlı şəxsin ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli, 852 saylı rəyindən görünür ki, X1 bədən səthində oynaqda hərəkət məhdudluğu ilə müşayiət olunan sol diz oynağının şişkinliyi və səthi əzilmiş yarası xəsarətləri aşkar edilmişdir. Qeyd edilən xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, xx xxxxxxxx 2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon X4 Şöbəsinin təhqiqatçısı X2 cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, toplanmış material üzrə Şəxs barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPMnin 39.1.2-ci maddəsinə əsasən rədd olunmuş, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə göndərilmiş və tərəflərə vurulmuş maddi ziyanla bağlı məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, cavanlığını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət etmir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq olunmalıdır. Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 152.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması haqqında qərar sürücülük vəsiqəsinin alınması yolu ilə icra edilir. Həmin Məcəllənin 152.2-ci maddəsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs sürücülük vəsiqəsini təhvil verməkdən imtina etdikdə, sürücülük vəsiqəsinin alınması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 153.2-ci maddəsinə əsasən xüsusi hüququn məhdudlaşdırılması haqqında qərar qanuni qüvvəyə mindiyi gündən üç iş günü müddətində xüsusi hüququ məhdudlaşdırılmış fiziki şəxs onun xüsusi hüququnu təsdiq edən müvafiq sənədi bu Məcəllənin 152.2 - 152.4-cü maddələrində nəzərdə tutulmuş aidiyyəti orqana təqdim etməli (əgər həmin sənəd bu Məcəllənin 94.2-ci maddəsinə əsasən daha əvvəl götürülməmişdirsə), müvafiq sənəd itirildiyi hallarda isə həmin müddətdə qeyd olunan orqana bu barədə ərizə verməlidir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən xüsusi hüququ məhdudlaşdırılmış fiziki şəxs onun xüsusi hüququnu təsdiq edən müvafiq sənədi təqdim etmədikdə, xüsusi hüququn məhdudlaşdırılması müddətinin axımı dayanır. Bu halda müddətin axımı müvafiq sənədin alındığı və ya həmin sənədin itirilməsi barədə ərizənin verildiyi gündən başlayır. Bununla əlaqədar məhkəmə hesab edir ki, üç iş günü ərzində özünə məxsus sürücülük vəsiqəsini Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X8 təhvil verməli olması, sürücülük vəsiqəsi itirildiyi halda isə, bu barədə həmin orqana ərizə verməsi Şəxs izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs adına verilmiş sürücülük vəsiqəsinin alınması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X9 tərəfindən təmin edilsin. Qərar qəbul edildiyi gündən 3 (üç) iş günü ərzində özünə məxsus sürücülük vəsiqəsini Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X8 təhvil verməyə və ya əgər həmin sürücülük vəsiqəsi itirilmişsə, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X8 ərizə verməyə borclu olması Şəxs izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar