Məhkəmə qərarları › İş №3(010)-1319/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1319/2020

02.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1319/2020 02.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi X4 oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxxxxxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində Bakı şəhər Baş Polis İdarəsi Dövlət X3 daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs, xx xxxxxxxx 2020-ci il tarixdə, saat 00:10-da, “Mercedes Benz S500” markalı, ** NF *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsində idarə edərkən spirtli içki qəbul etməsi aşkar şəkildə biruzə verdiyindən Bakı şəhər Baş Polis İdarəsi Dövlət X5 yol patrul xidməti inspektoru F.Ə.Bayramlı tərəfindən saxlanılmış, sərxoşluq vəziyyəti ACE-Z markalı, İN-642076 nömrəli alko testerlə yoxlanıldıqda qanında alkoqolun konsentrasiyasının 4.177 promilli olduğu, bununla da Şəxs nəqliyyat vasitəsini alkoqol sərxoşluğu vəziyyətində idarə etdiyi müəyyən edilmişdir. Buna görə də xx xxxxxxxx 2020-ci il tarixdə Bakı şəhər Baş Polis İdarəsi Dövlət X5 yol patrul xidməti inspektoru X1 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq etməyərək və inzibati xətanı törətməsində özünü təqsirli bilməyərək göstərdi ki, xx xxxxxxxx 2020-ci il tarixdə dostları ilə kafedə oturub yeyib içmişlər, həmin vaxt o, spirtsiz pivə içmişdir. Kafedən çıxıb idarə etdiyi “Mercedes Benz S500” markalı, ** NF *** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı evə gedərkən, yol patrul xidməti inspektoru tərəfindən saxlanılmış və sonuncu ona yol hərəkəti qaydalarını pozduğunu bildirmişdir. Yol patrul xidməti inspektoru həmçinin ondan spirtli içki qəbul edib-etmədiyini soruşduqda spirtsiz pivə içdiyini demişdir. Bundan sonra yol patrul xidməti inspektoru xüsusi texniki vasitə - alkotesterlə sərxoşluq vəziyyətinin yoxlanılmasını təklif etmiş, lakin o, əvvəlcə bu təklifdən imtina etmişdir. Bu zaman yol patrul xidməti inspektoru ona, sərxoşluq vəziyyətinin müəyyən edilməsindən imtina edəcəyi təqdirdə post patrul xidməti çağıracağını, eyni zamanda çəkiliş aparılması üçün “Xəzər” televiziyasına məlumat veriləcəyini bildirmişdir. Yol patrul xidməti inspektorunun bu sözlərindən ehtiyat edib sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitədən istifadə edilməsinə razılıq vermişdir. Alkotesterlə müayinə nəticəsində onun guya spirtli içki qəbul etdiyi müəyyən edilmiş və buna dair tərtib protokolda öz imzası ilə bir daha spirtli içki qəbul edib nəqliyyat vasitəsini idarə etməyəcəyini, həkim müayinəsinə getməyə ehtiyac olmadığını və alkotesterin göstəricisi ilə razı olduğunu qeyd etmişdir. Protokolda öz imzası ilə yazdıqlarını yuxarıda qeyd etdiyi kimi ehtiyat etdiyinə görə məcburiyyət qarşısında qalıb yazmışdır. Lakin sonradan özü Respublika Narkoioji mərkəzinə getmiş, orada saat 02:10da sərxoşluq vəziyyəti ilə bağlı həkim müayinəsindən keçmişdir. Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına əsasən (AKT №-2/15348) sərxoş olmadığı müəyyən edilmişdir. Həmin vaxt həkim, ondan spitrli içki iyi gəldiyini və ola bilsin yol patrul xidməti inspektorunun məhz buna görə barəsində inzibati protokol tərtib etdiyini bildirmişdir. Sonda Şəxs qeyd edilənləri nəzərə alaraq inzibati məsuliyyətdən azad edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Dövlət X6 məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştiraklı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməyinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokoldan və ona əlavə edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, 00138 nömrəli test göstəricisindən görünür ki, xx xxxxxxxx 2020-ci il tarixdə Şəxs spirtli içki qəbul etməsi özünü aşkar şəkildə biruzə verdiyindən Azərbaycan Respublikası İXM-nin 96-cı maddəsinə əsasən onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün ACE-Z markalı, İN-642076 nömrəli xüsusi texniki vasitədən istifadə edilmişdir. Müayinə nəticəsində Şəxs spirtli içki qəbul etdiyi, qanında alkoqolun konsentrasiyasının 4.177 promilli olduğu müəyyən olunmuşdur. Şəxs həmin protokolda öz imzası ilə bir daha spirtli içki qəbul edib nəqliyyat vasitəsini idarə etməyəcəyini, həkim müayinəsinə ehtiyacının olmadığını və alkotesterin nəticələri ilə razı olduğunu qeyd etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraata aprılan şəxs Şəxs məhkəmə iclasında təqdim etdiyi və iş materiallarına əlavə edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, 2/15348 saylı “Sərxoşuluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Şəxs saat 02:10-da tibbi müayinə olunarkən onda alkoqol sərxoşluğu aşkar edilməmişdir. Beləliklə işdə olan sübutlarla təsdiq olunur ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə, saat 00:10-da, “Mercedes Benz S500” markalı, ** NF *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsində idarə edərkən spirtli içki qəbul etməsi aşkar şəkildə biruzə verdiyindən Bakı şəhər Baş Polis İdarəsi Dövlət X5 yol patrul xidməti inspektoru F.Ə.Bayramlı tərəfindən saxlanılmış, sərxoşluq vəziyyəti ACE-Z markalı, İN-642076 nömrəli alko testerlə yoxlanıldıqda qanında alkoqolun konsentrasiyasının 4.177 promilli olduğu, bununla da Şəxs nəqliyyat vasitəsini alkoqol sərxoşluğu vəziyyətində idarə etdiyi müəyyən edilmişdir. Şəxs sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında tərtib edilmiş protokolda öz imzası ilə bir daha spirtli içki qəbul edib nəqliyyat vasitəsini idarə etməyəcəyini, həkim müayinəsinə ehtiyacının olmadığını və alkotesterin nəticələri ilə razı olduğunu qeyd etmişdir. Bundan sonra Şəxs sərxoşluq vəziyyətinin tibbi müayinəsi məqsədi ilə həmin tarixdə, saat 02:10-da Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə müraciət etmiş və onda alkoqol sərxoşluğunun aşkar edilmədiyi barədə xx xxxxxxxx 2020-ci il tarixli, 2/15348 saylı akt tərtib edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə, saat 00:10-da Bakı şəhər Baş Polis İdarəsi Dövlət X5 yol patrul xidməti inspektoru F.Ə.Bayramlı tərəfindən saxlanıldıqdan və sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün ACE-Z markalı, İN- 642076 nömrəli xüsusi texniki vasitədən istifadə edildikdən sonra tərtib edilmiş sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokolda öz imzası ilə bir daha spirtli içki qəbul edib nəqliyyat vasitəsini idarə etməyəcəyini, həkim müayinəsinə ehtiyacının olmadığını və alkotesterin nəticələri ilə razı olduğunu qeyd etdiyi halda, bundan 02 saat sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə müraciət edib xx xxxxxxxx 2020-ci il tarixdə, saat 02:10-da alkoqol sərxoşluğunun aşkar edilmədiyi barədə xx xxxxxxxx 2020-ci il tarixli, 2/15348 saylı akt alması, Şəxs “Mercedes Benz S500” markalı, ** NF *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etdiyi an alkoqol sərxoşluğu vəziyyətində olmamasına dair sübut hesab edilə bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, cavanlığını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hal müəyyən olunmamışdır. Məhkəmə işin hallarını Şəxs şəxsiyyətini, cavanlığını nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 400 (dörd yüz) manat məbləğində cərimə tətbiq edilsin. AD seriyalı, 221892 saylı sürcülük vəsiqəsi Şəxs qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin Hakimi Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar