Məhkəmə qərarları › İş №3(010)-132/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-132/2023

13.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-132/2023 13.01.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı Şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə inspektoru Həsən Muxtarovun iştirakları ilə, Şəxs – xx.xx.1994-cü ildə Gəncə şəhərində anadan olmuş, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Gəncə şəhəri, Nizami rayonu, X6 küçəsi, dalan 8, ev 3 ünvanında qeydiyyatda olan və ünvan 2 barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı Şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokol iş materialları ilə birlikdə 13 yanvar 2023-cü il tarixdə baxılması üçün Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə Həsən Muxtarov tərəfindən tərtib olunmuş 13 yanvar 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsində yerləşən qəbiristanlıqdan mərhum X2 məxsus qəbir daşını oğurlamışdır. Nəticədə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilərək izahatında göstərmişdir ki, protokolda göstərilən ərazidən qəbir daşı götürdüyünü, həmin qəbir daşının qarşılığında 150-200 manat məbləğində pul əldə etdiyini, pulu ehtiyaclarına, ev problemlərinə, dərman almaq üçün götürdüyünü, əməlindən peşman olduğunu bildirərək, barəsində inzibati məsuliyyətədn azad edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı Şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə inspektoru Həsən Muxtarov izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə ünvan 3 ünvanında yaşayan vətəndaş X1 ərizəsində müdir kimi fəaliyyət göstərdiyi Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsində yerləşən qəbristanlıqdan xx.xx.2023-cü il tarixdə mərhum X2 məxsus məzarının ətrafında çəkilmiş daş hasarın üst hissəsində olan uzunluğu 11 metr olan eni isə 0.29 sm olan daş mərmərin sökülərək naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması və 400 (dörd yüz) manat dəyərində maddi ziyanın dəyməsini qeyd etmişdir. Şəxs Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsində yerləşən qəbiristanlıqdan mərhum X2 məxsus qəbir daşını oğurlamışdır. Bununla bağlı olaraq, Şəxs barəsində 13 yanvar 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bakı Şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin təhqiqatçısı X4 tərəfindən tərtib edilmiş 13 yanvar 2022-ci il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə ünvan 3 ünvanında yaşayan vətəndaş X1 ərizəsində müdür kimi fəaliyyət göstərdiyi Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsində yerləşən qəbristanlıqdan xx.xx.2023-cü il tarixdə mərhum X2 məxsus məzarının ətrafında çəkilmiş daş hasarın üst hissəsində olan uzunluğu 11 metr olan eni isə 0.29 sm olan daş mərmərin sökülərək naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması və 400 (dörd yüz) manat dəyərində maddi ziyanın dəyməsini qeyd etmişdir. Təhqiqat araşdırması zamanı vətəndaş ünvan 3 ünvanında yaşayan vətəndaş X1 izahatında ərizəsində qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. Bundan əlavə hadisəni törətmiş naməlum şəxs və ya şəxslərin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində tədbirlər görülməsindən ötrü əməliyyat tapşırığı verilmişdir. Toplanmış material üzrə A zərbaycan Respublikası CPM-nin 39.1.2-ci madəsinə əsasən material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Təhqiqat zamanı müəyyən edilmişdir ki, hadisəni törədən naməlum şəxs və ya şəxslərin əməlində AR.İXMnin 227-ci maddəsinin tərkibi yaranmışdır. Odur ki, hadisəni törətmiş şəxs müəyyən edilərək Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasından ötrü aidiyyəti əməkdaşa göstəriş verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1 və ya 535-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Beləliklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətə səbəb olan inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən peşman olması Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini qeyd edib, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs xırda talama inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlər daxilində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 01 (bir) ay müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 13 yanvar 2023-cü il tarixdən saat 22:20-dan hesablansın. Qərarın icrası Suraxanı Rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın icrası Azərbaycan Respublikası DİN-nə bilavasitə tabe olan inzibati həbs olunanların saxlama mərkəzinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar