Məhkəmə qərarları › İş №3(010)-1327/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1327/2020

16.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1327/2020 16.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, X1nın, Suraxanı rayon İcra və probasiya şöbəsinin icra məmuru X7 iştirakı ilə xx xxxxx 1986-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı rayon İcra və probasiya şöbəsinin icra məmuru X7 tərtib etdiyi xx xxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Suraxanı Rayon Məhkəməsi tərəfindən xx xxxxxxxx 2019-cu ildə verilmiş xx xxxxxxxx 2019-cu il tarixli 2(010)-3427/2019 nömrəli icra sənədinə əsasən, borclu Şəxs xx xxxxxx 2013-cü ildə anadan olmuş X3 və xx xxxxxxx 2014-cü ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx xxx 2019-cu il tarixdən başlayaraq X1nın xeyrinə hər ay hər uşağa görə 160 manat olmaqla cəmi 320 manat sabit pul məbləğində aliment tutulmalıdır. İnzibati xəta haqqında protokoldan, icra işindən və icra məmurunun məhkəməyə bildirdiklərindən həmçinin görünür ki, icra sənədi xx.xx.2019-cu il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qaydada icraata başlanılmış və bu barədə tərəflərə məlumat verilmişdir. İcra sənədinin icrası ilə əlaqədar borclu xx.xx.2019-cu il tarixdə şöbəyə dəvət olunmuş, izahatı alınmış, qərar və tələbin könüllü icrası haqqında bildirişin surətləri ona şəxsən təqdim edilməklə tələbi təmin etməsi üçün ona 10 gün müddətinə vaxt verilmişdir. İcra sənədi üzrə borclu Şəxs tələbi könüllü icra müddətində təmin etmədiyindən onun əmlak vəziyyəti yoxlanılmış, lakin borclunun adına tələbin yönəldilə biləcəyi heç bir əmlak aşkar olunmamışdır. İcra sənədi üzrə borclu icra sənədinin icrasını təmin etməkdən və şöbəyə gəlməkdən yayındığından onun qeydiyyat ünvanına xx.xx.2019-cu il tarixdə baxış keçirilmişdir. Baxış zamanı borclunun qeyd edilən ünvanda olmadığı müəyyən edilmişdir. Bununla əlaqədar xx.xx.2019-cu il tarixdə borclunun axtarılması haqqında qərar qəbul edilərək icra olunması üçün Suraxanı Rayon Polis idarəsinə göndərilmiş və idarə tərəfindən borclu barəsində xx.xx.2019-cu il tarixdə axtarış işi açılmışdır. Görülmüş icra tədbirləri nəticəsində borclunun xx.xx.2019-cu il tarixdə şöbəyə gətirilməsi təmin edilmiş və izahatı alınmışdır. İzahatında borclu maddi imkanının pis olduğunu əsas gətirərək aliment ödəyə bilmədiyini bildirmişdir. Borclu izahatında eyni zamanda qərarın icrasından yayınmadığını, lakin ayda 200 (iki yüz) manatdan artıq ödəniş edə bilməyəcəyini bildirmişdir. Borclu Şəxs tərəfindən icra məmurunun qanuni tələbləri və icra sənədinin icrası təmin edilmədiyindən xx.xx.2019-cu il tarixdə onun barəsində inzibatı protokol tərtib edilərək baxılması üçün Suraxanı Rayon Məhkəməsinə verilmişdir. İnzibatı protokola məhkəmə baxış zamanı məhkəmə tərəfindən borcluya tələbi təmin etməsi üçün xx.xx.2020-ci il tarixə qədər vaxt verilmişdir. Qeyd edilən tarixdə borclu tərəfindən tələbkarın xeyrinə 200(iki yüz) manat ödəniş edildiyindən inzibatı xəta haqqında protokola məhkəmənin 3(010)-21/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə xitam verilmişdir, inzibatı xəta haqqında protokola xitam verildikdən sonra xx.xx.2020-ci il tarixə qədər borclu tərəfindən tələbkarın xeyrinə cəmi 921 (doqquz yüz iyirmi bir) manat ödəniş edilmişdir. Borclu Şəxs tərəfindən cari ayın aliment pulu belə tələbkarın xeyrinə tam olaraq ödənilmədiyini nəzərə alaraq o, 01 07.2020-cı il və xx.xx.2020-ci il tarixlərdə şöbəyə dəvət olunaraq izahatları alınmışdır. Borclu izahatlarında heç bır yerdə işləmədiyini, maddi imkanının zəif olduğunu əsas gətirərək alimenti tam olaraq ödəyə bilmədiyini bildirmişdir. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı və icra məmurunun qanuni tələbləri borclu tərəfindən təmin edilmədiyindən onun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair xx.xx.2020-ci il tarixli təqdimatla Suraxanı Rayon Məhkəməsinə müraciət olunmuş və məhkəmənin 8(010)-349/2020 saylı, xx.xx.2020-ci il tarixili qərardadı ilə borclunun ölkədən getmək hüququ bir il müddətinə müvəqqəti məhdudlaşdırılmışdır. İcraat dövründə borclu tərəfindən sonuncusu xx.xx.2020-ci il tarixdə 50 (əlli) manat olmaqla ümumilikdə 951 (doqquz yüz əlli bir) manat aliment pulunun tələbkarın xeyrinə ödənilməsi təmin edilsə də. xx.xx.2020-ci il tarixə 4.169 (dörd min yüz altmış doqquz) manat borc yaranmışdır. Göründüyü kimi borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədində göstərilən borcu ödəməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Suraxanı rayon İcra və probasiya şöbəsinin icra məmuru X9 işə məhkəmədə baxılması zamanı inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müvafiq borc məbləğini tam ödəmədiyini maddi imkansızlığı ilə izah etmişdir. X1 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, əslində Şəxs əslində alimenti ödəmək üçün kifayət qədər maddi vəsaitə malikdir. Alimenti ödəməkdən isə qəsdən boyun qaçırır. Göstərilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qanunla müəyyən edilmiş tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edir. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, məhkəmə tərəfindən müəyyən edilmiş pul miqdarını üzrsüz səbəbdən ödəməmişdir. Göstərilənlərə əsasənŞəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin öz əməlini etiraf etməsi iş üzrə məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli xx xxxxxxx 2020-ci il tarixindən saat 16.30-dan hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar