Məhkəmə qərarları › İş №3(010)-1332/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1332/2020

16.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1332/2020 16.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, zərərçəkmiş şəxslər X2 və X4 iştirakı ilə xx xxxxx 1980-ci ildə Lerik rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı Rayon Polis İdarəsinin 32-ci PB tərəfindən məhkəməyə təqdim olunmuş xx xxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan, ona əlavə edilmiş sənədlərdən, o cümlədən Suraxanı Rayon Polis İdarəsinin 32-ci PB-nin təhqiqatçısının xx xxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Şəxs xx xxxxxxxx 2020ci ildə saat 11.30 radələrində keçmiş arvadı X3 və keçmiş baldızı X6 aralarında yaranmış mübahisə zəminində əlləri ilə vuraraq, onlara sağlamlığa zərər vurma kimi qiymətləndirilməyən xəsarətlər yetirmişdir. Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilmərək qeyd etmişdir ki, xx xxxxxxxx 2020-ci ildə oğlu Ramazanla görüşmək məqsədi ilə keçmiş arvadı X2 yaşadığı Qaraçuxur qəsəbəsindəki ünvana getmiş, orada zərərçəkmiş şəxslərlə aralarında yaranmış münaqişə zamanı özünü müdafiə etmək üçün onları itələmişdir. O, heç kimi döyməyib. Göstərilənlərə əsasən barəsində olan inzibati xəta haqqında materiala xitam verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs qismində dindirilmiş X7 bildirmişdir ki, keçmiş əri Şəxs uşağı Ramazanla görüşmək məqsədi ilə onun yaşadığı ünvana gəlmiş, lakin orada olarkən heç bir əsaslı səbəb olmadan onun bacısına və bacısı uşağına nalayiq ifadələr işlətmişdir. Bu səbəbdən aralarında münaqişə yaranmış, həmin münaqişə vaxtı Razi onu və bacısını əlləri ilə vuraraq xəsarətlər yetirmişdir. Qeyd edir ki, əvvəllər də Razi ona qarşı belə hərəkətlər edib. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə barışmayıb. Göstərilənləri nəzərə alaraq ona qanunla nəzərdə tutulmuş tənbeh tətbiq olunmasını xahiş edir. Zərərçəkmiş şəxs qismində dindirilmiş X1 Sevda Ayaz qızının bildirdiklərinə uyğun məzmunlu izahat vermişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə barışmayıb. Göstərilənləri nəzərə alaraq ona qanunla nəzərdə tutulmuş tənbeh tətbiq olunmasını xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq inzibati xətanı törətməsi faktı yuxarıda qeyd olunan ifadələrlə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. xx xxxxxxxx 2020-ci il tarixli 847 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, X2 “bədən səthində aşkar edilmiş xəsarətlər – sağ baldırın qançırı bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən, yəni xx.xx.2020-ci il tarixdə alınmaları mümkündür və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir”. xx xxxxxxxx 2020-ci il tarixli 848 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, X4 “bədən səthində aşkar edilmiş xəsarətlər – sol bazunun qançırı bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən, yəni xx.xx.2020-ci il tarixdə alınmaları mümkündür və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir”. Beləliklə, iş üzrə toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs həmin maddə ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlini etiraf etməsi, peşiman olması məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirilməlidirlər. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinərək barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs tətbiq edilsin. Həbs etmənin əvvəli xx xxxxxxx 2020-ci il saat 18.00-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar