Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1338/2020 19.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi X6 oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Rüstam qızının və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 iştirakı ilə, Şəxs Rüstam qızının, xx xxxxxx 1962-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, orta təhsilli, boşanmış, heç yerdə işləməyən, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Kalilin küçəsi, 1 nömrəli evdə yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: xx xxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 tərəfindən Şəxs Rüstam qızının Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(010)-10569/2016 nömrəli qətnaməsinə dair icra vərəqəsi üzrə X2 ödəməli olduğu 3.830 manat məbləğində pul vəsaitinin 1.800 manat məbləğini üzrsüz səbəbdən icra etməməsinə görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs Rüstam qızı bildirdi ki, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə ondan cəmi 3.830 manat alınaraq X1 xeyrinə tutulmuşdur. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilsə də maddi imkanı ilə əlaqədar olaraq icra sənədi üzrə ödəməli olduğu pul vəsaitini birdəfəlik ödəyə bilməmişdir. O, icra sənədi üzrə tələbkara hissə-hissə olmaqla mütəmadi olaraq ödənişlər etmiş, buna baxmayaraq barəsində inzibati protokol tərtib edilənədək icra sənədi üzrə borcu 1.800 manat təşkil etmişdir. O, məhkəmənin qərarına hörmətlə yanaşır və icra sənədinin icrasından qərəzli olaraq yayınmır, sadəcə olaraq heç yerdə işləmədiyinə görə icra sənədini tam icra edə bilməmişdir. Bununla belə hazırda o, tələbkara ödənilməsi üçün icra sənədi üzrə 150 manat məbləğində pul vəsaitini icra məmuruna təqdim etmiş və həmin vəsait sonuncu tərəfindən aktlaşdırılaraq götürülmüşdür. Sonda Şəxs məhkəmədən qeyd etdiklərini, habelə yaşını, heç yerdə işləmədiyini nəzərə alaraq inzibati məsuliyyətdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru X4 məhkəmədə bildirdi ki, icra sənədi Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olduqdan sonra müvafiq qaydada icraata başlanılmış, könüllü icra üçün borcluya 10 gün müddətinə vaxt verilmiş və icraata başlamaq haqqında qərar bildirişlə birlikdə borcluya xx xxx 2017-ci il tarixdə şəxsən təqdim edilmişdir. Eyni zamanda borclunun izahatı alınmış, icra sənədini icra etməyəcəyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyəti barədə xəbərdar olunmuşdur. Lakin borclu qanunla müəyyən edilmiş müddət ərzində icranı könüllü olaraq təmin etməmişdir. Buna görə də məcburi icra tədbirləri qismində tələbin borclunun bankda olan pul vəsaitlərinə və sair gəlirlərinə, habelə əmlakına yönəldilməsi məqsədilə müvafiq qurum və təşkilatlara sorğular verilmiş, lakin tələbin yönəldilə biləcək vəsait və ya əmlak aşkar edilməmişdir. Habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatla Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edilmiş, lakin məhkəmənin xx xxxx 2017-ci il tarixli, 8(010)-1936/2017 saylı qərardadı ilə təqdimat təmin edilməmişdir. Borclu çağrış üzrə gəlməkdən yayındığına görə xx xxxxx 2018-ci il və xx xxxx 2018-cu il tarixlərdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə müraciət olunaraq borclunun şöbəyə gətirilməsində köməklik göstərilməsi xahiş olunmuşdur. Şöbəyə məcburi gətirilən borclu Şəxs Rüstam qızı izahat verərək, borcunun müəyyən qismini ödəməyə cəhd etdiyini, lakin maddi vəziyyəti aşağı olduğundan ödəniş edə bilmədiyini bildirmişdir. Borclu Şəxs Rüstam qızı sonradan yenə də şöbəyə gəlməkdən yayındığına görə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 8(010)-2111/2018 nömrəli qərardadı ilə onun Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya şöbəsinə məcburi gətirməsi qərara alınmışdır. Borclu şöbəyə məcburi qaydada gətirilərək izahatı alınmış, həmin izahatında borclu, icra sənədi üzrə tələbkara ödəməli olduğu 3.8xx xxxxxxxx 2030 manatını ödədiyini, lakin sonradan maddi vəziyyətinin pisləşməsi və evinin yanması ilə əlaqədar qalıq 1.800 manatı ödəyə bilmədiyini bildirmişdir. Borcluya verilmiş vaxt ərzində icra sənədi üzrə 1.800 manatı ödəməkdən boyun qaçırtmış, eyni zamanda borclu şöbəyə gəlməkdən yenə də yayınmışıdr. Bu səbəbdən də məhkəmənin qanuni qüvvəyə minmiş qərarı bu günə kimi icra olunmamışdır. Buna görə də icra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. Borclu yalnız barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmədə baxıldığı zaman icra sənədi üzrə 150 manat ödəniş etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(010)-10569/2016 nömrəli qətnaməsinə dair icra vərəqəsindən görünür ki, Şəxs Rüstam qızından 3.800 manat əsas məbləğ və 30 manat ödənilmiş dövlət rüsümu olmaqla cəmi 3.830 manat alınaraq X2 verilməlidir. İş materialarına əlavə edilmiş icraata başlamaq haqqında Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 xx xxxx 2017-ci il tarixli qərarından, onun üzərindəki qeyddən və tələbin könüllü icrası haqqında eyni tarixli bildirişdən görünür ki, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(010)-10569/2016 nömrəli qətnaməsinə dair icra sənədi üzrə icraata xx xxxx 2017-ci il tarixdə başlanılmış, borclu Şəxs Rüstam qızına 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi təklif edilmiş, həmin icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası haqqında bildirişlə birlikdə Şəxs Rüstam qızına şəxsən təqdim edilmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 8(010)-1936/2017 nömrəli qərardadından görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsi tərəfindən verilmiş xx xxxxxx 2016-cı il tarixli, 2(010)-10569/2016 nömrəli icra sənədi üzrə borclu Şəxs Rüstam qızının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Bakı şəhər Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 təqdimatı təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş şəxsin kartoçkasından görünür ki, borclu Şəxs Rüstam qızının adında heç bir əmlak aşkar edilməmişdir. İnzibati xəta haqqında işə məhkəmədə baxıldığı zaman Şəxs Rüstam qızı tələbkara ödənilməsi üçün icra sənədi üzrə 150 manat məbləğində pul vəsaitini icra məmuruna təqdim etmiş və həmin vəsait sonuncu tərəfindən aktlaşdırılaraq qəbul olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə borclu Şəxs Rüstam qızının Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(010)-10569/2016 nömrəli qətnaməsinə dair icra sənədi üzrə tələbkar X2 verməli olduğu cəmi 3.830 manat məbləğində pul vəsaitindən ümumilikdə 2.180 manat ödədiyini nəzərə alaraq hesab edir ki, Şəxs icra sənədi üzrə borcunun yarısından çoxunu ödədiyi, bununla da borcunun azaldılması üçün real hərəkətlər etdiyi halda, maddi imkansızlıq ucbatından bir müddət icra sənədini icra edə bilməməsinə görə Şəxs əməlinin sözügedən icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırması kimi tövsif edilməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs qismində təqsirli hesab edilməsi yol verilməzdir. Bununla da Şəxs Rüstam qızının Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(010)-10569/2016 nömrəli qətnaməsi üzrə icra sənədini üzrsüz səbəbdən icra etməməsi sübuta yetirilmir. Beləliklə, işdə olan sübutlarla Şəxs əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edildiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Əməlində inzibati xəta tərkibi olmadığına görə Şəxs Rüstam qızı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-1338/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1338/2020
19.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver