Məhkəmə qərarları › İş №3(010)-135/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-135/2021

22.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-135/2021 22.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Tahirzadə Elvin Fəxrəddin oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X7 Xidməti 4-cü ərazi X7 İdarəsinin inspektoru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X5 iştirakı ilə, Şəxs, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun sovxozunda fəaliyyət göstərən barəsində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X7 Xidməti 4-cü ərazi X7 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun sovxozunda yerləşən Şəxsndə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X7 Xidməti 4-cü ərazi X7 İdarəsinin əməkdaşları tərəfindən 11 yanvar 2021-ci ildə keçirilmiş yanğın-texniki müayinə zamanı qeyd olunan obyektdə X2 № 01-2001, 9.3-cü bəndinin tələblərinin pozulduğu aşkar edilmişdir. Buna görə də 11 yanvar 2021-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X7 Xidməti 4-cü ərazi X7 İdarəsinin inspektoru X3 məhkəmədə bildirdi ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X7 Xidmətinin yanğıntexniki müayinənin aparılması haqqında 05 yanvar 2021-ci il tarixli, 00008 nömrəli qərarına əsasən 11 yanvar 2021-ci il tarixdə Şəxsndə keçirilmiş yanğın-texniki müayinə zamanı qeyd olunan obyektdə X2 № 01-2001, 9.3-cü bəndinin tələblərinin pozulduğu aşkar edilmişdir. Bu barədə müvafiq akt tərtib edilmiş, həmin akt hüquqi şəxsin müdiri tərəfindən imzalanmışdır. Hüquqi şəxsin müdirinə hüquqları izah edilməklə yol verilmiş inzibati xəta hadisəsi ilə əlaqədar olaraq Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokolun surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin müdirinə təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X6 məhkəmədə bildirdi ki, protokola hər hansı bir foto və ya videogörüntü və ya digər sübut əlavə edilməmişdir ki, ümumiyyətlə iznibati xəta hadisəsinin baş veribverməməsini yoxlamaq olsun. Həmçinin İXM-nin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. İş materiallarından görünür ki, protokol tərtib edilməzdən əvvəl barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə və ya nümayəndəsinə hüquqi şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraatın aparılması barədə məlumat verilməmiş, protokol tərtib edilməzdən əvvəl dəvət edilməmiş, bu barədə ona hər hansı bir bildiriş göndərilməmiş, çünki iş materialları ilə belə bir məlumat müəyyən edilmir, hüquqları və vəzifələri izah edilməmiş, dəvət olunaraq izahat vermək, protokolun məzmunu barədə, o cümlədən inzibati xətanın törədilməsinin səbəbləri barədə mülahizələrini təqdim etmək imkanı verilməmiş, bu hüquqları təmin edilməmişdir. Protokolda göstərilmişdir ki, hüquqi şəxsin nümayəndəsi Həsənov Elçin izahat verməkdən imtina etmişdir. Lakin səlahiyyətlərini təsdiq edən sənəd iş materiallarına əlavə edilməmişdir. Əslində Şəxs MMC-nin direktoru Şərifov Vüsal etibar oğludur və həmin şəxs iznibati xətaya dair icraatın başlanmasından xəbərdar olmamışdır. Mağaza işçisi isə hüquqi şəxsin nümayəndəsi ola bilməz. Kimlərin hüquqi şəxsin nümayəndəsi ola bilməsi, nümayəndənin səlahiyyətlərinin hansı qaydada təsdiq edilməsi İXM-nin 64-cü maddəsi ilə müəyyən edilmişdir. Bununla da ümumiyyətlə nümayəndə müəyyən edilməmişdir. Göründüyü kimi hüquqi şəxs tərəfindən törədilmiş inzibati xətalar haqqında işlərə hüquqi şəxsin nümayəndəsinin iştirakı ilə baxılmalı olsa da, protokol tərtib etmiş səlahiyyətli orqan, həmin nümayəndənin müəyyən edilməsi, ona protokol tərtib edilməzdən əvvəl bildiriş göndərilməsi, protokol tərtib edilməzdən əvvəl səlahiyyətli orqanda iştirakının təmin edilməsi üçün hər hansı bir tədbir görməsinə dair iş materiallarına heç bir sübut əlavə etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Şəxs MMC-nin (əvvəlki adı “X9”) 20 noyabr 2016-cı il tarixli ƏM 007 nömrəli əmrinə əsasən hər bir market rəhbəri əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi, sanitargigiyena və yanğın təhlükəsizliyi üzrə cavabdeh şəxs olaraq administrator təyin olunmuşdur. Buna baxmayaraq şirkət haqqında qəbul olunmuş inzibati tənbeh vermə haqqında qərar üzrə cərimə məbləği vəzifəli şəxs kimi deyil, hüquqi şəxsə tətbiq olunan cərimə məbləği kimi qeyd olunmuşdur. Sonda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X6 oğlu məhkəmədən qeyd edilənləri nəzərə alaraq inzibati məsuliyyətdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsini dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və həmin hüquqi şəxs tərəfindən törədilmiş əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X7 Xidmətinin yanğın-texniki müayinənin aparılması haqqında 05 yanvar 2021-ci il tarixli, 00008 nömrəli qərarından görünür ki, illik plana əsasən Şəxsndə plan üzrə növbəti yoxlamanın aparılması qərara alınmışdır. İş materiallarında olan sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 05 yanvar 2021-ci il tarixli, KY201547241 nömrəli çıxarışdan görünür ki, yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X7 Xidmətinin 11 yanvar 2021-ci il tarixli, 00008 nömrəli yanğın-texniki müayinə aktından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan ŞTQ, Zeytun Sovxozunda yerləşən Şəxsndə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X7 Xidməti 4-cü ərazi X7 İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş yanğın-texniki müayinə zamanı qeyd olunan obyektdə X2 № 01-2001, 9.1-9.12-ci bəndlərinin tələblərinin pozulduğu aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinin məzmunundan görünür ki, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə - fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.2, 18.2.1 – 18.2.4-cü maddələrinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs və bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta nəticəsində Şəxs maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən maliyyə və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 350 (üç yüz əlli) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar