Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1354/2025 14.03.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakimi Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X12 qızının katibliyi, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin polis sahə inspektoru, polis kapitanı X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1986-cı il tarixdə Naxçıvan MR, Şərur rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs xx.xx.2025-ci il tarixdə Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış massivində X10 məxsus evin divarına bərkidilmiş 01 ədəd qaz sayğacını oğurlamaqla inzibati xəta - xırda talama törətmişdir. Bu barədə Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin polis sahə inspektoru, polis kapitanı X7 protokolun məzmununa uyğun izahat verərək inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Şəxs izahatında göstərdi ki, o, qaz sayğacını götürməmişdir. Qohuma məxsus sayğac satılması barədə ona məlumat verilmiş, o da sayğac almaq istəyən abonentə bu barədə deyəndə abonent həmin sayğacı almağa razılaşmışdır. Pulu o vermiş, sayğac abonentin evinə qoşulmuş, abonentin adına keçirilmişdir. Bir müddət sonra sayğacın oğurluq olduğu barədə məlumatı olmuş və özü 30-cu Polis Bölməsinə gedərək bu barədə ərizə yazmışdır. Sayğac alınmasında araşdırmadan vasitəçilik etdiyi üçün özünü təqsirli bilir. Zərərçəkmiş şəxsə zərər ödənilmiş, sayğac yerinə qoşulmuşdur. O, göstərilənlərə əsasən ona köməklik edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X10 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə inzibati xəta haqqında materiala zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: X11 tərəfindən Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinə ünvanlanan xx.xx.2025-ci il tarixli ərizənin surətindən görünür ki, o, Hövsan qəsəbəsi, Bağlar yaşayış massivində yerləşən fərdi bağ evinə gəldikdə naməlum şəxs evin çöl hasarına bərkidilmiş olan qaz sayğacının oğurlanmasını aşkar etmiş, bu oğurluq nəticəsində ona 180 manat maddi ziyan dəymişdir; qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısına dair xx.xx.2024-cü il tarixli müqavilənin surətindən görünür ki, X5 Hövsan qəsəbəsində yerləşən evinə abonent kodu **********00503 olan sayğac quraşdırılması nəzərdə tutulmuşdur; baxış keçirmə haqqında xx.xx.2025-ci il tarixli protokolun surətindən görünür ki, Hövsan qəsəbəsi, Bağlar yaşayış massivində yerləşən fərdi yaşayış evinin çöl hasarına baxış keçirilmiş, hadisə yerindən heç bir əhəmiyyət kəsb edən maddi sübut aşkar olunmamış, hadisə yerinin fotoşəkli çəkilərək protokola əlavə edilmişdir; Bakı Regional Qazın Satışı Departamenti tərəfindən Suraxanı RPİ 30-cu Polis şöbəsinə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, ZENNER G4, **********6 nömrəli qaz sayğacı Hövsan qəsəbəsində Bağlar Massivində yerləşən X8 fərdi evinin qaz xəttinə quraşdırılmaqla istismarda olmuş və həmin sayğac oğurlanaraq X5 Hövsan qəsəbəsi, Məktəbli küçəsi ünvanda yerləşən evinin qaz xəttinə qeyri-qanuni quraşdırılmışdır. Qurban Əlizadə həmin qaz sayğacını öz adına keçirmək məqsədilə xx.xx.2024-cü il tarixdə 2 saylı Asan Komunal Xidmətə müraciət etmişdir. Müraciəti ilə birgə evinin texniki müayinə aktını, Suraxanı icra Hakimiyyətinin Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyindən arayışı təqdim etmişdir. xx.xx.2025-ci il tarixdə həmin ZENNER G4, **********6 nömrəli sayğac əməkdaşlar tərəfindən Q.Əlizadənin evinin qaz xəttində aşkarlanmış və götürülmüşdür. Q.Əlizadənin evinin qaz xəttinə quraşdırılan ZENNER G4, **********1 qaz sayğacı onun xəbəri olmadan quraşdırılmışdır. Q.Əlizadə bu sayğac vasitəsi ilə də 464 m3 təbii qazdan istifadə etmişdir. Q.Əlizadənin evinin qaz xəttinə qeyri-qanuni ikinci dəfə quraşdırılan sayğacla bağlı əməkdaşlar tərəfindən DİN-in 102 əlaqə mərkəzinə müracət edilmişdir. Bu müraciətin araşdırılması ilə əlaqədar onun evinin yerləşdiyi əraziyə və qaz xəttinə sizin iştirakınızla baxış keçirilərkən onun qazdan qeyriqanuni (şlanqlı biləşmə vasitəsi ilə) istifadə etdiyi də aşkar edilmişdir. Beləliklə, Q.Əlizadə Azərbaycan Respublikasının “Qaz təchizatı haqqında” Qanununun və “Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 80 saylı qərarının tələbini bilərəkdən kobud surətdə pozmuşdur. Həmçinin onun qeyri-qanuni əməlləri nəticəsində “Azəriqaz” İstehsalat Birliyinə 155,80 manat ziyan dəymişdir; təqdim etmə haqqında xx.xx.2025-ci il tarixli protokolun surətindən görünür ki, X3 oğurladığı № **********3 saylı sayğacı təqdim etmişdir; Bakı Regional Qazın Satışı Departamenti tərəfindən Suraxanı RPİ 30-cu Polis şöbəsinə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, X1 Sistemi əsasında aparılmış araşdırma zamanı, ünvan 4 ünvanında yerləşən X6 məxsus 3 saylı mənzilin qaz xətti üzərində **********00030 nömrəli istehlakçı hesabı üzrə qeydiyyatda olan sonradan ödənişə qoşulan Zenner mexaniki tipli, G-4 markalı **********3 nömrəli qaz sayğacının xx.xx.2021-ci il tarixində quraşdırıldığı məlum olmuşdur. 1 ədəd sonradan ödənişə qoşulan (Zenner) G-4 tipli qaz sayğacının qutusuz dəyəri 81,53 AZN təşkil edir; Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PB tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, X8 DİNin 102 «Xidməti-Zəng» mərkəzi sisteminə etdiyi müraciəti əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, hadisəni törətmiş Şəxs və X2 əməlində AR.İXMnin 227-ci maddəsinin tərkib əlamətləri yarandığından müəyyən edilərək barəsində (barələrində) inzibati təsir tədbirlərinin görülməsindən ötrü qəbul edilmiş qərarın surəti aidiyyəti əməkdaşa həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır və həmin sübutların məcmusu şəxsin təqsirli olub-olmaması məsələsini həll etməlidir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraatda sübut edilməli olan hallardan biri də məhz inzibati xəta törətməkdə şəxsin təqsiridir (İXM-in 75.0.3-cü maddəsi). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati xəta haqqında protokolu, izahatları, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Həmçinin məhkəmə qeyd edir ki, səlahiyyətli orqan tərəfindən dəymiş ziyan dəqiq müəyyənləşdirilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmədiyindən barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33 və 53-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nzibati xətanı törətməsi sübuta yetirilmədiyindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(010)-1354/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1354/2025
14.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver