Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1355/2025 14.03.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakimi Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X10 qızının katibliyi, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin polis sahə inspektoru, polis kapitanı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1982-ci il tarixdə Qafan rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs xx.xx.2025-ci il tarixdə Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış massivində X7 məxsus evin divarına bərkidilmiş qaz sayğacını oğurlamaqla inzibati xəta xırda talama törətmişdir. Bu barədə Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin polis sahə inspektoru, polis kapitanı X5 protokolun məzmununa uyğun izahat verərək inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək izahatında göstərdi ki, o, qaz sayğacı satmamışdır, yanında işləyən usta satmışdır. Belə ki Araz adlı şəxs sayğacı satıb, Elşən adlı şəxs almışdır. O, sadəcə orada iştirak etmişdir. O, göstərilənlərə əsasən barəsində ədalətli qaydada qərar qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X7 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə inzibati xəta haqqında materiala zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: X9 tərəfindən Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinə ünvanlanan xx.xx.2025-ci il tarixli ərizənin surətindən görünür ki, o, Hövsan qəsəbəsi, Bağlar yaşayış massivində yerləşən fərdi bağ evinə gəldikdə naməlum şəxs evin çöl hasarına bərkidilmiş olan qaz sayğacının oğurlanmasını aşkar etmiş, bu oğurluq nəticəsində ona 180 manat maddi ziyan dəymişdir; qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısına dair xx.xx.2024-cü il tarixli müqavilənin surətindən görünür ki, X3 Hövsan qəsəbəsində yerləşən evinə abonent kodu **********00503 olan sayğac quraşdırılması nəzərdə tutulmuşdur; baxış keçirmə haqqında xx.xx.2025-ci il tarixli protokolun surətindən görünür ki, Hövsan qəsəbəsi, Bağlar yaşayış massivində yerləşən fərdi yaşayış evinin çöl hasarına baxış keçirilmiş, hadisə yerindən heç bir əhəmiyyət kəsb edən maddi sübut aşkar olunmamış, hadisə yerinin fotoşəkli çəkilərək protokola əlavə edilmişdir; Bakı Regional Qazın Satışı Departamenti tərəfindən Suraxanı RPİ 30-cu Polis şöbəsinə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, ZENNER G4, **********6 nömrəli qaz sayğacı Hövsan qəsəbəsində Bağlar Massivində yerləşən X6 fərdi evinin qaz xəttinə quraşdırılmaqla istismarda olmuş və həmin sayğac oğurlanaraq X3 Hövsan qəsəbəsi, Məktəbli küçəsi ünvanda yerləşən evinin qaz xəttinə qeyri-qanuni quraşdırılmışdır. Qurban Əlizadə həmin qaz sayğacını öz adına keçirmək məqsədilə xx.xx.2024-cü il tarixdə 2 saylı Asan Komunal Xidmətə müraciət etmişdir. Müraciəti ilə birgə evinin texniki müayinə aktını, Suraxanı icra Hakimiyyətinin Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyindən arayışı təqdim etmişdir. xx.xx.2025-ci il tarixdə həmin ZENNER G4, **********6 nömrəli sayğac əməkdaşlar tərəfindən Q.Əlizadənin evinin qaz xəttində aşkarlanmış və götürülmüşdür. Q.Əlizadənin evinin qaz xəttinə quraşdırılan ZENNER G4, **********1 qaz sayğacı onun xəbəri olmadan quraşdırılmışdır. Q.Əlizadə bu sayğac vasitəsi ilə də 464 m3 təbii qazdan istifadə etmişdir. Q.Əlizadənin evinin qaz xəttinə qeyri-qanuni ikinci dəfə quraşdırılan sayğacla bağlı əməkdaşlar tərəfindən DİN-in 102 əlaqə mərkəzinə müracət edilmişdir. Bu müraciətin araşdırılması ilə əlaqədar onun evinin yerləşdiyi əraziyə və qaz xəttinə sizin iştirakınızla baxış keçirilərkən onun qazdan qeyriqanuni (şlanqlı biləşmə vasitəsi ilə) istifadə etdiyi də aşkar edilmişdir. Beləliklə, Q.Əlizadə Azərbaycan Respublikasının “Qaz təchizatı haqqında” Qanununun və “Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 80 saylı qərarının tələbini bilərəkdən kobud surətdə pozmuşdur. Həmçinin onun qeyri-qanuni əməlləri nəticəsində “Azəriqaz” İstehsalat Birliyinə 155,80 manat ziyan dəymişdir; təqdim etmə haqqında xx.xx.2025-ci il tarixli protokolun surətindən görünür ki, Şəxs oğurladığı № **********3 saylı sayğacı təqdim etmişdir; Bakı Regional Qazın Satışı Departamenti tərəfindən Suraxanı RPİ 30-cu Polis şöbəsinə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, X1 Sistemi əsasında aparılmış araşdırma zamanı, ünvan 4 ünvanında yerləşən X4 məxsus 3 saylı mənzilin qaz xətti üzərində **********00030 nömrəli istehlakçı hesabı üzrə qeydiyyatda olan sonradan ödənişə qoşulan Zenner mexaniki tipli, G-4 markalı **********3 nömrəli qaz sayğacının xx.xx.2021-ci il tarixində quraşdırıldığı məlum olmuşdur. 1 ədəd sonradan ödənişə qoşulan (Zenner) G-4 tipli qaz sayğacının qutusuz dəyəri 81,53 AZN təşkil edir; Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PB tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, X6 DİNin 102 «Xidməti-Zəng» mərkəzi sisteminə etdiyi müraciəti əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, hadisəni törətmiş X8 və Şəxs əməlində AR.İXMnin 227-ci maddəsinin tərkib əlamətləri yarandığından müəyyən edilərək barəsində (barələrində) inzibati təsir tədbirlərinin görülməsindən ötrü qəbul edilmiş qərarın surəti aidiyyəti əməkdaşa həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 28.1-ci maddəsinə əsasən ictimai işlər, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir; 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin İnzibati Xətalar Məcəlləsinin 32.1-ci və 33.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində maddənin sanksiyasının hədləri daxilində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməli, Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 160 (yüz altmış) saat ictimai işlər tənbeh növü tətbiq olunsun. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №3(010)-1355/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1355/2025
14.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver