Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-137/2023 01.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, X4, 11 iyul 1983-cü ildə Penza vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 1ZZ9VP5, evli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru, ünvan 1 ünvanında qeydiyyatda olan, Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər idarəsinin rəisi X6 tərəfindən qəbul edilmiş 26 dekabr 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər idarəsinin əmək müfəttişi X2 tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X4 barəsində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında 20 dekabr 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilmişdir. Həmin protokol əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər idarəsinin rəisi X6 tərəfindən qəbul edilmiş 26 dekabr 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərarla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X8 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirili bilinərək 700 manat məbləğində inzibati cərimə olunmuşdur. 16 yanvar 2023-cü il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X4 vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsinin rəisi X6 tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X4 barəsində qəbul edilmiş 26 dekabr 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayəti məhkəməyə daxil olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış X7 və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndələrin məhkəmə iclasında iştirakları təmin edilməmiş, nümayəndələrin məhkəməyə gəlməmələrinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmiş və bu barədə sübutlar təqdim etmədən təkrarən məhkəmə iclaslarına gəlməmişlər. İnzibati xəta haqqında materialı nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, inzibati xəta haqqında material aşağıdakı səbəblərə görə aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 110.1-ci maddəsinə əsasən «İnzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər». Məhkəmə qeyd edir ki, əmək hüquqları əleyhinə olan inzibati xəta hərəkətsizlik formasında törədildiyi halda, işə qanunvericiliklə hüquqi şəxsin üzərinə düşən öhdəliyi icra etməli olduğu yer üzrə, yəni hüquqi şəxsin hüquqi qeydiyyat ünvanı üzrə aidiyyəti birinci instansiya məhkəməsində baxılmalıdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 reyestri məlumatları haqqında çıxarışdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanı kimi “ünvan 2elə olan halda inzibati xəta haqqında materiala Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində deyil, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası İXM-nin 112.4-cü maddəsinə əsasən “inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 106, 109 və 128-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X4 Azərbaycan Respublikası İXMnin 192.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər idarəsinin rəisi X6 tərəfindən qəbul edilmiş 26 dekabr 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə X4 vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-137/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-137/2023
01.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver