Məhkəmə qərarları › İş №3(010)-1378/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1378/2021

03.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1378/2021 03.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X36 Xidmətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X7, Barəsində inzibati xəta haqqında protokol tərtib edilş hüquqi şəxs Şəxs X12 nümayəndəsi, vəkil X19 iştirakları ilə, Şəxs X12 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X36 Xidmətindən daxil olmuş inzibati xəta haqqında materiala Suraxanı rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs X18 tərəfindən Azərbayca Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X33, X20 və X31 işlərin yerinə yetirilməsinə cəlb edilmişlər. Nəticədə Şəxs X18 tərəfindən İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X36 Xidmətinin tərəfindən Şəxs X18 barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair 08 oktyabr 2021-ci il tarixli, MN №0688168 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X36 Xidmətinin nümayəndəsi X13 izahatında göstərdi ki, Şəxs X18 əmək müqaviləsi bağlamadan X25, X21 və X16 işlərin görülməsinə cəlb etmiş, məzar daşı düzəldilən emalatxanada texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməli olduğu halda, belə qaydalara riayət edilməmiş, nəticədə Tahirxan Məmmədov az ağır xəsarət almışdır. Belə ki, X22 iş yerində xəsarət alması barədə Respublika Travmatologiya və X10 rayon prokurorluğuna məlumat daxil olmuşdur.Araşdırma zamanı müəyyən edilmişdir ki, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi qəbirstanlığında yerləşən, məzar daşı düzəldilən və Şəxs X15 məxsus olan emalatxanada X31 əmək müqaviləsi olmadan inzibatçı, X33 fəhlə, X20 isə usta işləmişlər. 14 iyul 2021-ci il tarixdə, saat 11 radələrində X33 iş yerində sinə daşını düzəldərkən, həmin daş onun sağ ayağına düşmüş və bunun nəticəsində sonuncu sağ pəncənin İİ-İİİ-İV daraq sümüklərinin yerdəyişmiş sınıqları xəsarətini almışdır. Həmçinin, araşdırma zamanı izahatı alınmış X31 bildirmişdir ki, sözügedən qəbir daşı sexi bacısının adına olmaqla, bacısı vəfat etdiyi üçün, həmin sexi qeyri-rəsmi olaraq özü işlədir. Halbuki, məhkəmə ijlasında X31 göstərmişdir ki, bajısı - Şəxs X12 direktoru X6, firma sonunjunun adınadır. Hər bir halda Eldar Hüseynov qeyd olunan firrmaya məxsus emalatxananı əmək müqaviləsi olmadan işlədə və ijraçı funksiyalarını yerinə yetirə bilməzdi. Həmçinin, firma tərəfindən X33 ilə heç bir əmək müqaviləsi bağlamamış və sonuncunu sexdə fəhlə kimi, X20 isə usta kimi işlədilmişlər. Məhkəmə tərəfindən Şəxs X12 direktoru X26 araşdırma məqsədilə məhkəməyə çağırılsa da, sonunju məhkəməyə gəlməkdən yayınmışdır. X17 işlətdiyi sexdə qanunamüvafıq qaydada araşdırmalar aparılması və nəticəsindən asılı olaraq Suraxanı rayon prokurorluğuna məlumat verilməsini xahiş edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X36 Xidməti tərəfindən hadisə barəsində araşdırma aparılmışdır. Araşırma nəticəsində Şəxs X18 tərəfindən əmək müqaviləsi olmadan işlərin yerinə yetirilməsinə görə X22, X17 və X14 işə cəlb edilmələri aşkar olunmuşdur. Tərəflərindən aparılan araşdırma zamanı bu dəlillər öz təsdiqini tapmışdır. Nəticədə Şəxs X18 tərəfindən İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilməsi ilə bağlı protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs X12 nümayəndəsi, vəkil X34 izahatında bildirmişdir ki, Şəxs X18 tərəfindən inzibati xəta törədilməmişdir. Belə ki, sözügedən məzar daşı emalatxanası hadisə zamanı faktiki fəaliyyətdə olmamışdır, bu hal X17 izahatında qeyd olunmuşdur. Sonuncu dəfə 26.05.2021-ci il tarixdə qəbz tərtib olunmuşdur. İnzibati xəta haqqında protokol tərtib edilərkən hadisə yerinə baxış keçirilməmiş, hadisənin baş vermə səbəbi dəqiq araşdırılmamışdır. Qeyd olunanlara əsasən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmənin iclasında şahid qismində dindirilmiş X33 bildirmişdir ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “Qartal heykəli”nin yaxınlığında yerləşən, Şəxs X15 məxsus məzar daşı düzəldilən emalatxanada təxminən bir ildir ki, fəhlə işləmişdir. Onu həmin işə X31 cəlb etmişdir. O, bir müddət həmin sexdə işlədikdən sonra X16 da sexdə işə jəlb etmişdir. Beləliklə, Elmir onu deyil, əksinə olaraq, o, Elmiri sexdə işləməyə jəlb etmişdir. Onların hər ikisi sözügedən sexdə işləmiş, Eldan isə sexin inzibatçısı olmuşdur. O, həmin sexdə işlədiyi dövrdə X21 rəhbər kimi tanımış, bütün tapşırıqları sonuncudan almış, gündəlik 20 manat əmək haqqı almışdır. O, sexdə hər gün səhər 08:00-dan 19:00-a kimi işləmişdir. Şəxs X5 əmək müqaviləsi bağlamamışdır. 14 iyul 2021ci il tarixdə o, sexdə X17 tapşırığını yerinə yetirərkən, mərmər daşı onun ayağına düşmüş və nəticədə o, xəsarət almışdır. Onun köməyinə ilk olaraq sexin digər işçisi X20 gəlmiş, daha sonra isə X31 gələrək, ona 50 manat vermiş və onu evə göndərmişdir. O, həkimi müraciət edəndə məlum olmuşdur ki, onun ayagı sınıb və əməliyyat lazımdır. X11 onun əməliyyat xərcini qarşılamadığı üçün 3 aydır ki, o, ev şəraitində müalicə alır. Hazırda çətinliklə yeriyir. Şəxs X18 və rəhbərliyi onun əməliyat xərcləri ödənilməmişdir. Şəxs X18 tərəfindən təhlükəsizlik qaydalarına əməl olunmadığı üçün o, xəsarət almışdır. Məhkəmənin iclasında şahid qismində dindirilmiş X31 bildirmişdir ki, o, X25 bir müddətdir ki, tanıyır. X33 onun yaşadığı ərazidə zibilləri yığmaqla məşğul olmuşdur. X33 iş axtardığı üçün o, qəbristanlığının ərazisində usta işləyən Abdullayev Elmirdən X2 göstərməsini xahiş etmişdir. Abdullayev Elmir sexdə işləməmişdir, qəbristanlığın ərazisində sərbəst olaraq usta işləmişdir və sonunjunun sexə heç bir aidiyyatı yoxdur. Sexin özü isə fəaliyyətsiz qalmışdır. Beləliklə, X22 da sexə heç bir aidiyyatı yoxdur. Bundan sonra X8 yanında fəhlə işləməyə başlamışdır. 14 iyul 2021-ci il tarixdə X3 Elmirin göstərişini yerinə yetirərkən, sexin içində ayağına uqolnik düşmüş və nəticədə xəsarət almışdır. Şəxs X9 bacısına məxsusdur və bajısı sağdır. X33 və X20 firmanın işçiləri olmamışlar. X3 Elmirin işlərinə kömək etmiş və sonuncunun göstərişlərini yerinə yetirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 bildirmişdir ki, o, 2021-ci ilin iyun ayının əvəlindən X33 birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “Qartal heykəli”nin yaxınlığında yerləşən qəbirstanlıqda təmir və təmizlik işləri aparmışlar. O, öz təşəbbüsü ilə Tahirxanı bu işlərin görülməsinə jəlb etmişdir. Onun və X22 ərazidə yerləşən daş emalatxanasına heç bir aidiyatı yoxdur, sonunju onunla birlikdə emalatxanadan kənarda, qəbiristanlığın ərazisində işləmişdir. 14 iyul 2021-ci il tarixdə qəbir daşlarından birinin dayağı qopmuşdur. O, həmin gün qəbristanlıqda qəbir daşının dayayığı düzəldərkən, sexdə ehtiyatsızlıqdan X22 ayağına uqolnik düşmüşdür və sonuncu xəsarət almışdır. Hadisədən bir saat sonra X31 əraziyə gəlmiş gəlmiş və X2 göstərmişdir. X31 əvəllər də ona və X2 göstərmişdir. Belə ki, o, və X33 qəbirstanlıqda işlədiyi dövrdə X17 icazəsi ilə Şəxs X15 məxsus mərmər daşları sexindən lazım olan alətlərdən istifadə ediblər. O, Şəxs X15 məxsus mərmər daşları sexində heç zaman işləməmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs X18 tərəfindən təsvir olunmuş inzibati xətanı törətməsi halı təsdiq olunur. İş materiallarından görünür ki, Suraxanı rayon Prokurorluğu tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X36 Xidmətinə ünvanlanmış 15.09.2021-ci il tarixli məktubda bildirilmişdir ki, 20 iyul 2021 -ci il tarixdə 1952-ci il təvəllüdlü, Fizuli rayonunun Aybasanlı kəndində qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri, Binaqədi rayonu, Ş.Məmmədov küçəsi, X32 yataqxanasında məskunlaşmış X22 iş yerində xəsarət alması barədə Respublika Travmatologiya və X10 rayon prokurorluğuna məlumat daxil olmuşdur.Araşdırma zamanı müəyyən edilmişdir ki, X33 bir ildir Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, «Qartal» heykəlinin yaxınlığında yerləşən məzar daşı düzəldilən emalatxanada fəhlə işləyir. 14 iyul 2021-ci il tarixdə, saat 11 radələrində iş yerində sinə daşını düzəldərkən, həmin daş onun sağ ayağına düşmüş və sağ pəncənin İİ- İİİ-İV daraq sümüklərinin yerdəyişmiş sınıqları xəsarətini almışdır. İş materiallarında olan 08.10.2021-ci il tarixli MN seriyalı ******* saylı İnzibati xəta haqqında protokoldan görünür ki, Azərbayca Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən Şəxs X12 direktoru X28 tərəfindən X33, Abdullayev Elmir və Hüseynov Eldar işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Nəticədə Şəxs X18 tərəfindən İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan 09.03.1998-ci il tarixli texniki pasportdan görünür ki, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi qəbirstanlığında yerləşən Məzar daşı düzəltmə emalatxanası Şəxs X15 məxsusdur. İş materiallarında olan Şəxs X12 təsisçisinin 18.03.2021-ci il tarixli qərarından görünür ki, X29 Şəxs X12 direktoru vəzifəsindən azad edilmiş və Şəxs X1i təmsilçilik funksiyasına malik direktoru vəzifəsinə X26 təyin edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Şəxs X18 tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X33, X31 və X20 işlərin yerinə yetirilməsinə cəlb edilmişlər. X31 məzar daşı düzəldilən emalatxanada inzibatçı işinə cəlb edilsə də, sonuncu ilə 07.10.2021-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. X33 və X20 ilə isə ümumiyyətlə əmək müqaviləsi bağlanmamışdır. Məhkəmə, X17 və X14 məhkəmədə verdiyi izahatlarına tənqidi yanaşaraq qeyd edir ki, X22 həmin emalatxanada işləməsi onun özünün ifadəsi, həmçinin, xəsarətlərin emalatxanada işlərin görülməsi zamanı alması faktı ilə təsdiq olunur. Sonunjunun emalatxadada xəsarət alması X17 və X14 da ifadələri ilə təsdiq olunur. X31 özünün hansı əsaslarla əmək müqaviləsi bağlamadan başqa şəxsə məxsus olan emalatxanada inzibatçı işləməsini məhkəmədə izah edə bilməmişdir. X33, həmçinin, məhkəmədə verdiyi idadəsində X14 da ərazidə yerləşən Şəxs X15 məxsus mərmər daşları sexində işlərin görülməsinə jəlb olunduğunu təsdiq etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatını dinləyib hesab edir ki, Şəxs X18 tərəfindən İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 7-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır; 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Qanunvericiliyin məzmunundan aydın olur ki, işəgötürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla işəgötürən Şəxs X18 tərəfindən müvafiq əmək müqaviləsi bağlamadan və əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmədən işçi ilə qanunazidd olaraq əmək münasibətlərinə daxil olması faktı öz təsdiqini tapmışdır. Belə ki, Şəxs X12 rəhbərliyi və proses iştirakçılarının izahatları ilə müəyyən olunur ki, Şəxs X18 tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X33, X31 və X20 müvafiq işlərin görülməsinə cəlb edilmişlər. Buna görə də məhkəmə hesab edir ki, faktla bağlı inzibati araşdırma aparmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X36 Xidməti Şəxs X18 tərəfindən İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş Şəxs X18 barəsində haqlı olaraq inzibati xəta haqqında protokol tərtib etmişdir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; Həmin məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; Həmin məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs X18 tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam şəkildə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs X12 məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini və s. nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs X18 İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs X18 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 20.000 (iyirmi min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar