Məhkəmə qərarları › İş №3(010)-139/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-139/2023

16.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-139/2023 16.01.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə inspektoru X3 və zərərçəkmiş şəxs X1 iştirakı ilə, Şəxs, 14 avqust 1993-cü ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, orta təhsilli, evli, heç yerdə işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu nömrəsiz ünvanda yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 15 yanvar 2023-cü il tarixdə, saat 18 radələrində X1 “Murad market” ərzaq mağazasının qarşısında saxladığı velosipedi gizli yolla talayaraq, zərərçəkmiş şəxs X2 100 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu əməllərinə görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməsində özünü təqsirli bilərək göstərdi ki, 15 yanvar 2023-cü il tarixdə, saat 18 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsində yerləşən “Murad market” ərzaq mağazasının qarşısından keçərkən, sərxoş olduğu üçün həmin mağazanın qarşısında olan velosipedi oğurlayıb tanımadığı şəxsə satmışdır. Etdiyi əməldən səmimi peşmandır və bu əməlinə görə o, zərərçəkmiş şəxs və bir neçə şəxs tərəfindən döyülmüşdür. Sonda Şəxs barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 göstərdi ki, 15 yanvar 2023-cü il tarixdə özünə məxsus velosiped ilə Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsində yerləşən “Murad market” ərzaq mağazasına getmişdir. O, velosipedini “Murad market” ərzaq mağazasının qarşısında saxlayaraq həmin mağazaya daxil olmuşdur. Mağazadan çıxanda isə velosipedinin orada olmadığını görmüşdür. Bundan sonra, hadisə barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Onun müraciəti əsasında Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin təhqiqatçısı tərəfindən aparılmış araşdırma nəticəsində sözügedən velosipedin Şəxs tərəfindən oğurlandığı müəyyən edilmişdir. Ona vurulmuş maddi ziyan hal-hazıra kimi ödənilmədiyinə görə Şəxs şikayətçidir. Sonda zərərçəkmiş şəxs X4 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə inspektoru X6 məhkəmədə göstərdi ki, X4 Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə müraciət edərək 15 yanvar 2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsində yerləşən “Murad market” ərzaq mağazasının qarşısında saxladığı ona məxsus olan 100 manat dəyərində velosipedin oğurlandığını bildirmişdir. X1 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, hadisəni törədən şəxsin Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması və gələcəkdə baş verə biləcək anoloji hadisələrin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsi üçün qəbul olunmuş qərarın surəti aidiyyəti əməkdaşa həvalə olunmuşdur. Aparılmış araşdırma zamanı qeyd edilən xırda talamanın Şəxs tərəfindən törədildiyi müəyyən edildiyindən inzibati məsuliyyətə cəlb edilməsi üçün onun barəsində inzibati xəta haqqında iş üzrə icraat açılmışdır. Şəxs inzibati xəta haqqında iş üzrə verdiyi izahatında oğurluq eydiyini etiraf etmişdir. Buna görə də Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət etmir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1 və ya 535-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Həmin Məcəllənin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. İş materiallarında olan 15 yanvar 2023-cü il tarixli tutuma protokolundan görünür ki, işə düzgün və vaxtında baxılması məqsədilə Şəxs həmin tarixdə, saat 19:30-da Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə inspektoru X5 tərəfindən inzibati qaydada tutulmuş, 16 yanvar 2023-cü il tarixdə saat 15:00-da azad edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs 15 yanvar 2023-cü il tarixdən 16 yanvar 2023-cü il tarixədək inzibati qaydada tutulduğu 01 gün müddət Şəxs təyin edilən həbs növündə inzibati tənbeh müddətinə hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 30 (otuz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs 15 yanvar 2023-cü il saat 19:30-dan 16 yanvar 2023-cü il saat 15:00-dək inzibati qaydada tutulduğu müddət inzibati həbs müddətinə hesablanaraq Şəxs üzərində 29 (iyirmi doqquz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh saxlanılsın. Şəxs inzibati həbs müddətinin başlanğıcı 16 yanvar 2023-cü il tarixdən, saat 16:10dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar