Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1393/2020 20.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi X6 oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 və icra sənədi üzrə tələbkarın nümayəndəsi X2 iştirakı ilə, Şəxs, xx xxxxxxx 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, heç yerdə işləməyən, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi, 33A/11 nömrəli evdə qeydiyyatda olan və yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhər Suraxanı Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(010)-135/2019 nömrəli icra vərəqəsinə əsasən Şəxs 10.000 manat məbləğində pul vəsaiti iddiaçı X3 xeyrinə tutulmalıdır. Həmin icra sənədinin icrasını həyata keçirən Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən Şəxs dəfələrlə icra sənədinin icra edilməsi tələb olunsa da, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, üzürsüz səbəbdən icra sənədini icra etməmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək göstərdi ki, Bakı şəhər Suraxanı Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli, 2(010)-135/2019 nömrəli icra vərəqəsinə əsasən ondan 10.000 manat məbləğində pul vəsaiti iddiaçı X3 xeyrinə tutulmalıdır. Maddi imkanı aşağı olduğundan həmin borc məbləğindən hal-hazıradək tələbkara heç bir ödəniş etməmişdir. Həmin borcunu yalnız hər ay 100 manat olmaqla hissə-hissə ödəmək iqtidarındadır. Sonda Şəxs barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru X4 məhkəmədə bildirdi ki, Bakı şəhər Suraxanı Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(010)-135/2019 nömrəli icra sənədi Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinə daxil olduqdan sonra müvafiq qaydada icraata başlanılmış, icraata başlamaq haqqında qərar və bildiriş borclunun yaşadığı ünvana göndərilmiş və könüllü icra üçün borcluya 10 gün müddətinə vaxt verilmişdir. Bundan əlavə borclu Şəxs şöbəyə dəvət olunaraq izahatı alınmış, eyni zamanda ona, öhdəliyini icra etməyəcəyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyəti barədə xəbərdar olunmuşdur. Lakin borclu qanunla müəyyən edilmiş müddət ərzində icranı könüllü olaraq təmin etməmişdir. Buna görə məcburi icra tədbirləri qismində tələbin borclunun bankda olan pul vəsaitlərinə, sair gəlirlərinə, o cümlədən əmlakına yönəldilməsi məqsədilə müvafiq qrum və təşkilatlara sorğular verilmiş, lakin tələbin yönəldilə biləcək vəsait və ya əmlak aşkar edilməmişdir. Borclu Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə baxmayaraq, bundan heç bir nəticə çıxartmamış və icra sənədi üzrə hal-hazıradək heç bir ödəniş etməmişdir. Buna görə də icra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında icra sənədi üzrə tələbkarın nümayəndəsi X5 göstərdi ki, Bakı şəhər Suraxanı Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(010)-135/2019 nömrəli icra vərəqəsinə əsasən Şəxs 10.000 manat məbləğində pul vəsaiti iddiaçı X3 xeyrinə tutulmalıdır. İcra sənədinin verilməsindən iki ilə yaxın vaxt keçməsinə baxmayaraq, borclu müxtəlif bəhanələr gətirərək borcundan ümumiyyətlə heç bir ödəniş etməmişdir. İcra sənədi üzrə tutulmalı olan 10.000 manat məbləğində vəsaitin hər ay 100 manat olmaqla hissə-hissə ödənilməsi, yəni icra sənədinin təxminən 10 ilə icra olunması deməkdir ki, bu da yol verilməzdir. Sonda İ.A.Eyvazov, borclu Şəxs barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və icra sənədi üzrə tələbkarın nümayəndəsini dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan Bakı şəhər Suraxanı Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli, 2(010)-135/2019 nömrəli qətnaməsinə dair icra sənədindən görünür ki, Şəxs 10.000 manat məbləğində pul vəsaiti iddiaçı X3 xeyrinə tutulmalıdır. İş materiallarında olan icraata başlamaq haqqında xx xxxx 2019-cu il tarixli qərardan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş Bakı şəhər Suraxanı Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(010)-135/2019 nömrəli qətnaməsinə dair icra sənədi üzrə icraata başlanılmış, borclu Şəxs 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi təklif olunmuşdur. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında xx xxxx 2019-cu il tarixli bildirişdən görünür ki, Bakı şəhər Suraxanı Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(010)-135/2019 nömrəli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra olunması Şəxs xahiş olunmuş, göstərilən müddət ərzində tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı bildirilmişdir. İş materialarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxxxx 2019cu il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 10 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, himayəsində iki azyaşlı uşağının olmasını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət etmir və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş hədd çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 55, 114- 115, 128-132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs inzibati həbs müddətinin başlanğıcı xx xxxxxxx 2020-ci il tarixdən, saat 15:40dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin Hakimi Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-1393/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1393/2020
20.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver