Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1396/2022 28.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Cəfərova Səltənət Ələsgər qızının katibliyi, Suraxanı rayon prokurluğunun nümayəndəsi Pərvin Bağırovanın, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 2001-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN E T D İ M: Suraxanı rayon Prokurorluğu tərəfindən tərtib edilmiş 25.04.2022-ci il tarixli inzibati xəta haqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, Şəxs narkotik vasitə istifadə etmiş və bununla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Şəxs izahatında narkotik vasitəsindən istifadə etdiyini, lakin həmin hadisə vaxtı istifadə etmədiyini, şikayətçi şəxsin ərizəsini geri götürdüyü bildirmiş, axırıncı dəfə narkotikdən tutulduğu gün istifadə etdiyini məhkəmənin diqqətinə çatdırmışdır. Məhkəmə iclasında Suraxanı rayon prokurluğunun nümayəndəsi X2 izahatında bildirmişdir ki, Baki şəhəri, ünvan 2 ünvanında yaşayan X4 30.03.2022-ci il tarixdə Suraxanı RPİ-nin 32-ci PB-nə ərizə ilə müraciət edərək həmin gün saat 18:40 radələrində Canpolad adlı şəxsin onu Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsində yerləşən “OBA” marketdə və yaşadığı binanın blokunda əlləri ilə döydüyünü bildirmişdir. Həmin müraciət əsasında araşdırmanın aparılması Suraxanı RPİ-nin 32-ci PB- nin baş təhqiqatçısı Əli İsgəndərova tapşırılmışdır. Araşdırma zamanı X3 narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edlməsi məqsədilə tibbi müayinədən keçirilmiş, müayinənin nəticəsinə dair 06.04.2022-ci il tarixli, 1386 saylı akta əsasən sidiyində narkotik maddə aşkar edilmişdir. Odur ki, X1 narkotik maddə istifadə etməsi faktında Azərbaycan Respublikası İXM-in 206.1-ci maddəsinin tərkib əlamətləri olduğundan inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərar qəbul etmiş şəxsin nümayəndəsini dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. İş materiallarında olan və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş 06.04.2022-ci il tarixli, 1386 saylı rəydən görünür ki, Şəxs sidiyində narkotik vasitə aşkar edilmişdir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə törədilmiş xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə, Şəxs məsuliyyətini yüngülləşdirən və iş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati cərimə növündə tənbeh kifayət etmir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati həbs növündə tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 37.4-cü maddəsinə əsasən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs inzibati həbs müddətinin başlanğıcı faktiki tutulduğu 28 aprel 2022-ci il tarixdən saat 17:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli 28 aprel 2022-ci il tarixdən saat 17:00-dan hesablansın. İnzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsi hissəsində qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, inzibati həbs növündə inzibati tənbehi çəkib qurtardıqdan sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində narkomaniyadan məcburi müalicəyə cəlb olunmaqla, inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilsin. Qərarın bu hissədə icrası və icrasına nəzarət öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsinə, inzibati həbs yerinə və Şəxs yaşayış yeri üzrə probasiya qurumuna həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-1396/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1396/2022
28.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver