Məhkəmə qərarları › İş №3(010)-140/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-140/2021

19.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-140/2021 19.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X15 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X30 Xidmətinin nümayəndəsi X5 iştirakı ilə, X15, 08 may 1959-cu ildə Ermənistan Respublikasının, Krasnoselo rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 2QHMAHN, evli, “X38” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X30 Xidmətinin rəis müavini X24 tərəfindən qəbul olunmuş 20 oktyabr 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə etibarnamə üzrə nümayəndəsi və müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Vəkil tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 07 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X30 Xidmətinin baş məsləhətçisi X31 tərəfindən X15 barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında MN seriyalı, ******* nömrəli protokol tərtib edilmişdir. Həmin protokol əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X30 Xidmətinin rəis müavini X24 tərəfindən qəbul olunmuş 20 oktyabr 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərarla X25 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 3.000 manat məbləğində inzibati cərimə edilmişdir. 19 yanvar 2021-ci il tarixdə X15 nümayəndəsi və müdafiəçisi Vəkil şikayətlə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X30 Xidmətinin rəis müavini X24 tərəfindən X15 barəsində qəbul olunmuş 20 oktyabr 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 22 yanvar 2021-ci il tarixli, 3(010)- 140/2021 nömrəli qərardadı ilə X15 nümayəndəsi və müdafiəçisi Vəkil 20 oktyabr 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayəti geri qaytarılmışdır. X15 nümayəndəsi və müdafiəçisi Vəkil apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 3(103)-547/2021 nömrəli qərarı ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 22 yanvar 2021-ci il tarixli, 3(010)-140/2021 nömrəli qərardadı ləğv edilmiş, inzibati xəta haqqında iş materialları yenidən baxılması üçün Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə göndərilmişdir. X15 nümayəndəsi və müdafiəçisi Vəkil şikayətini onunla əsaslandırmışdır ki, X28 barəsində 07 oktyabr 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötrü ki, guya o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törədərək, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X9 işlərin yerinə yetirilməsinə cəlb etmişdir. Həmin inzibati xəta haqqında protokol əsasında 20 oktyabr 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarla X25 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi təqsirli bilinərək 3.000 manat məbləğində cərimə edilmişdir. Aşağıda qeyd edilənlərə əsasən X25 barəsində 07 oktyabr 2020-ci il tarixdə tərtib olunmuş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, inzibati iş üzrə icraata xitam verilməlidir. İlk növbədə inzibati xəta haqqında protokol tərtib olunarkən hüquq və vəzifələri X16 izah edilməmişdir. Bundan başqa, iş materiallarında X7 “X38” Məhdud Məsuliyyətli Cəmiyyətinin işçisi olması barədə heç bir sübut mövcud deyildir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X30 Xidməti tərəfindən yalnız “X38” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X15 izahatı alınmışdır. Həmin izahatında da X4 Poladı tanımadığını, onunla heç vaxt aralarında işçi-işəgötürən münasibəti olmadığını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Qanunun mənasından aydın olduğu kimi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs öz təqsirsizliyini sübut etmək məcburiyyətində deyil, əksinə, inzibati xəta haqqında protokolu tərtib etmiş orqan həmin şəxsin təqsirini sübuta yetirməlidir. Hazırki halda isə X25 tərəfindən İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübut olunmur. Azərbaycan Respublikası inzibati xətalar Məcəlləsinin 75.0.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə müəyyən edilməli olan hallardan biri də, inzibati xətanı törətmiş şəxsin kimliyidir. İşin faktiki halı ondan ibarətdir ki, 14 avqust 2020-ci il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “X38” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında svay işlərinin görülməsinə dair 01 nömrəli podrat müqaviləsi bağlanmışdır. Ərazidə svay işləri görülən zaman “X38” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus texnikalar sıradan çıxmışdır. Həmin ərazidə işlərin görülməsinin davam etdirilməsi üçün “X38” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X32 arasında 11 sentyabr 2020-ci il tarixli subpodrat müqaviləsi bağlanmışdır. Həmin müqavilənin surəti hazırki şikayətə əlavə edilir, əsli məhkəmə iclasında təqdim ediləcəkdir. Həmin müqavilənin predmeti ondan ibarət olmuşdur ki, subpodratçı ünvan 2 ünvanında yerləşən ərazidə mövcud tikili hasarın aşmasının qarşısını almaq məqsədi ilə həmin ərazidə svay quyularının qazılması və svay işlərinin görülməsi ilə bağlı özünəməxsus texnikadan (ekskavator ucunda svayqazan texnika) istifadə etməklə svay işlərini bu Müqavilə və bu Müqaviləyə əlavə edilmiş 1 nömrəli qiymət təklifinə uyğun olaraq razılaşdırılmış qiymətə və müddətdə baş podratçı üçün yerinə yetirir. Baş podratçı isə həmin işlərin nəticələrini təhvil alıb dəyərini müqavilə ilə müəyyən edilmiş məbləğdə və şərtlərlə subpodratçıya ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Yəni həmin ərazidə işlərin görülməsi 11 sentyabr 2020-ci il tarixli subpodrat müqaviləsi ilə fiziki şəxs X29 həvalə edilmişdir. X2 Vasif Elxan oğlunun yanında gəlmişdir. Sonradan bədbəxt hadisə nəticəsində X12 dünyasını dəyişmişdir. Qeyd edim ki, X7 vəfat etməsi ilə bağlı hazırda Yasamal rayon Prokurorluğunda Azərbaycan Respublikası CM-nin müvafiq maddələri ilə cinayət işinin ibtidai istintaqı aparılır. Həmin cinayət işi üzrə X7 hüquqi varisi, qardaşı X13 izahat verərək bildirmişdir ki, onun mərhum qardaşı “X38” Məhdud Məsuliyyətli Cəmiyyətində çalışmamışdır. Onun mərhum qardaşını işləmək üçün Vasif adlı şəxs həmin əraziyə aparmışdır. X7 hüquqi varisi, qardaşı X13 tərəfindən yazılmış ərizənin kserosurətini hazırki şikayət ərizəsinə əlavə edirik. Eyni zamanda, Vasif adlı şəxs də həmin izahatı təsdiq edərək bildirmişdir ki, X1 işlərini öyrətmək məqsədi ilə özü şəxsən həmin əraziyə aparmışdır. Eyni zamanda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin səlahiyyətli nümayəndəsi də izahat verərək qeyd etmişdir ki, X12 “X38” Məhdud Məsuliyyətli Cəmiyyətinin işçisi olmamışdır. Göründüyü kimi, bütün bu qeyd edilən xüsusatlar X7 “X38” Məhdud Məsuliyyətli Cəmiyyətinin işçisi olmamasını birbaşa təsdiq edən faktlardır. Yasamal rayon Prokurorluğuna 23 oktyabr 2020-ci il tarixdə sorğu verilərək Yasamal rayon Prokurorluğunun müstəntiqi Elgün müəllimin icraatında olan, X7 ölməsi faktı ilə bağlı toplanmış materialın nəticəsi ilə bağlı məlumatın, o cümlədən həmin toplanmış material üzrə verilən izahatların surətinin mənə təqdim edilməsi xahiş edilsə də, bu günədək sorğuma rəsmi cavab verilməmişdir. Bu səbəbdən hazırda şikayətə sübutların tələb edilməsi ilə bağlı vəsatət əlavə edilmişdir. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin həll edilməsi üçün zəruri olan əlavə məlumatların tələb edilməsi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 83.2-ci maddəsinə əsasən, məlumatlar tələb edildiyi vaxtdan üç günədək müddətdə, inzibati həbs nəzərdə tutulan inzibati xəta törədildikdə isə dərhal müvafiq orqanlar, təşkilatlar, idarələr və müəssisələr tərəfindən qərardad qəbul etmiş hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Hazırki halda isə inzibati xətanı törətmiş şəxsin kimliyi qeyri müəyyəndir. Belə ki, qeyd etdiyimiz kimi Yasamal Rayon Prokurorluğunda aparılan cinayət işi üzrə ibtidai istintaq üzrə yuxarıda adları qeyd edilən şəxslər izahat verərək X7 “X38” Məhdud Məsuliyyətli Cəmiyyətinin işçisi olmadığını qeyd etmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşma çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2- ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-ci maddəsinə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət oluna bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. İnzibati tənbehin tətbiq edilməsi barədə qərar hüquqlarını təmsil etdiyi şəxsə təqdim edilməmişdir. Yalnız tərəfindən ünvanlanmış sorğuya cavab olaraq 05 yanvar 2021-ci il tarixdə həmin inzibati tənbeh tətbiq edilməsi barədə qərar onlara təqdim edilmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-nin tələblərinə əsasən qərar 02 gün müddətində təqdim edilməli idi. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 134.1, 134.1.1- 134.1.5-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında, bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında, şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan birini qəbul edir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Buna görə də Vəkil, X15 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X30 Xidmətinin rəis müavini X24 tərəfindən qəbul olunmuş 20 oktyabr 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X25, nümayəndəsi və müdafiəçisi tərəfindən verilmiş şikayətin məzmunun uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X30 Xidmətinin nümayəndəsi X10 məhkəmədə bildirdi ki, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X11 işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə “X38” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X25 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında X30 Xidmətinin 20 oktyabr 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 3.000 (üç min) manat məbləğində inzibati cərimə olunmuşdur. İnzibati xəta haqqında iş üzrə icraatın aparılması zamanı X25 20 oktyabr 2020-ci il tarixdə işə baxılmasında iştirak etmiş, sonuncu verdiyi izahatında inzibati xətanı törətdiyini etiraf etmiş, 20 oktyabr 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar onun iştirakı ilə qəbul edilmişdir. Həmin vaxt qərar ona təqdim edildikdə, almaqdan imtina edərək, qərarın poçtla göndərilməsini tələb etmişdir. “X38” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsi X25 barəsində inzibati tənbeh vermə haqqında qərar Xidmətin 20 oktyabr 2020-ci il tarixli məktubu ilə rəsmi qaydada göndərilmişdir. X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X30 Xidmətinin rəis müavini X24 tərəfindən qəbul olunmuş 20 oktyabr 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərarın dəyişdirilmədən, X15 nümayəndəsi və müdafiəçisi Vəkil şikayətinin isə təmin edilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X30 Xidmətinin nümayəndəsini dinləyərək, məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə qərar dəyişdirilmədən, şikayət isə təmin edilmədən saxlanmalıdır. Belə ki, inzibati xəta haqında işə məhkəmədə baxıldığı zaman müəyyən edilmişdir ki, “X38” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X25 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X11 işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X30 Xidmətinin baş məsləhətçisi X31 tərəfindən barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X30 Xidmətinin rəis müavini X24 tərəfindən qəbul olunmuş 20 oktyabr 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərarla X25 qeyd edilən inzibati xətanın törədilməsində təqsirli bilinərək, 3.000 manat məbləğində inzibati cərimə edilmişdir. X15 nümayəndəsi və müdafiəçisi Vəkil şikayətində svay işlərinin görülməsinin subpodrat müqaviləsinə üzrə fiziki şəxs X29 həvalə edildiyini, X7 şəxs X26 yanında gəldiyini, bununla da X7 “X38” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X25 tərəfindən hər hansı bir işlərin görülməsinə cəlb edilmədiyini, bunun X7 hüquqi varisi qardaşı, X8 Bakı şəhəri Yasamal rayon Prokurorluğunda istintaqı aparılan cinayət işi üzrə verdiyi izahatında qeyd etdiyini bildirsə də, lakin iş materiallarına əlavə edilmiş X8 elə həmin izahatında müəyyən olunur ki, X6 Polad Səmidulla oğlunu işlədiyi “X38” Məhdud Məsuliyyətli Cəmiyyətinə aparmış və sonuncu 3-4 gün orada işləmişdir. Bundan əlavə, şikayətə əlavə edilmiş 07 oktyabr 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, X25 barəsində inzibati icraat aparılarkən, yəni inzibati protokolun tərtib edilməsi zamanı izahatında X7 işlər öyrənmək üçün gəldiyini bildirmiş və həmin protokol X25 tərəfindən şəxsən imzalanmışdır. Həmin vaxt X25 barəsində tərtib edilmiş protokolun məzmunun barədə hər hansı bir müləhizə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.4-cü maddəsinin protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Bundan başqa, X15 nümayəndəsi və müdafiəçisi Vəkil şikayətində X7 “X38” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X25 tərəfindən hər hansı bir işlərin görülməsinə cəlb edilmədiyinin Bakı şəhəri Yasamal rayon prokurorluğunda istintaqı aparılan cinayət işi üzrə toplanmış materiallardan, o cümlədən həmin iş üzrə verilmiş izahatlardan da təsdiq edildiyini qeyd etsə də, lakin elə həmin şikayətində də həmin sənədlərin ona təqdim edilmədiyini, yəni X7 “X38” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X25 tərəfindən hər hansı bir işlərin görülməsinə cəlb edilmədiyini təsdiq edəcək subatların olmadığını qeyd etmişdir. Bununla da, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X15 nümayəndəsi və müdafiəçisi Vəkil X7 “X38” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X25 tərəfindən hər hansı bir işlərin görülməsinə cəlb edilmədiyinə dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.1 və 61.1.3-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin sübutlar təqdim etmək hüququ var. Belə olan halda məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X15 nümayəndəsi və müdafiəçisi Vəkil şikayətində göstərdiyi dəlillərini inandırıcı hesab etmir. Azərbaycan Respublikası İXM-nin 99.1 və 99.1.1-ci maddələrinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 99.4 və 99.4.2-ci maddələrinə əsasən inzibati xata haqqında iş üzrə icraat inzibati xəta haqqında protokol tərtib edildiyi vaxtdan başlanılmış hesab edilir. İşdə olan mövcud sübutlardan göründüyü kimi X15 əməlində inzibati xəta hadisəsi mövcud olduğundan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X30 Xidmətinin baş məsləhətçisi X31 tərəfindən onun barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında 07 oktyabr 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilmiş, həmin protokol əsasında isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X30 Xidmətinin rəis müavini X24 tərəfindən qəbul olunmuş 20 oktyabr 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərarla X25 qeyd edilən inzibati xətanın törədilməsində təqsirli bilinərək, 3.000 manat məbləğində inzibati cərimə edilmişdir. Bununla da inzibati xəta haqqında işə məhkəmədə baxıldığı zaman müəyyən edilmişdir ki, inzibati xəta haqqında qərar qanun əsasında və səlahiyyətli orqanın vəzifəli şəxsi tərəfindən qəbul edilmiş, N.M.Göyüşovun inzibati məsuliyyətə cəlb edilməsinin qaydalarına əməl edilmiş, habelə N.M.Göyüşov qanunvericiliyə müvafiq olaraq məsuliyyətə səbəb olan inzibati xəta törətmişdir və o, bu xətanın törədilməsində təqsirkardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X30 Xidmətinin rəis müavini X24 tərəfindən qəbul edilmiş və faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan 20 oktyabr 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərarın yalnız formal mülahizələrə görə ləğv edilməsi, nəticə etibarı ilə isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin qanunçuluq, qanun qarşısında bərabərlik, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin əhəmiyyətli dərəcədə pozulmasına şərait yaradılması yolverilməzdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 134.1.1-134.1.5-ci maddələrinə əsasən əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında, bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında, bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında, şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X15 nümayəndəsi və müdafiəçisi Vəkil şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X30 Xidmətinin rəis müavini X24 tərəfindən qəbul edilmiş 20 oktyabr 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar