Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-140/2023 17.01.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X7 və icra sənədi üzrə tələbkar X3 iştirakı ilə, Şəxs, xx xxxxx 1977-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, evli, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Sumqayıt şəhər Məhkəməsinin 28 sentyabr 2016-cı il tarixli, 2(060)-12469/2016 nömrəli qətnaməsinə dair icra vərəqəsinə əsasən 13 oktyabr 2000-ci təvəllüdlü X2 və 25 sentyabr 2011-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün 04 avqust 2016-cı il tarixindən başlayaraq Şəxs hər ay hər uşağa 117 manat Olmaqla, cəmi 234 (iki yüz otuz dörd) manat sabit pul məbləğində aliment tutularaq X4 ödənilməlidir. Bundan başqa, Sumqayıt şəhər Məhkəməsinin 11 mart 2019-cu il tarixli, 2(060)-1336/2019 nömrəli qətnaməsinə dair icra vərəqəsinə əsasən Sumqayıt şəhər Məhkəməsinin 28 sentyabr 2016-cı il tarixli, 2(060)-12469/2016 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Şəxs 25 sentyabr 2011-ci il təvəllüdlü X9 yekinlik yaşına çatana qədər saxlanması üçün hər ay 160 manat sabit pul məbləğində aliınent tutularaq X4 ödənilməlidir. Həmin icra sənədlərinin icrasını həyata keçirən icra məmuru tərəfindən Şəxs dəfələrlə icra sənədinin icra edilməsi tələb olunsa da, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, üzrsüz səbəbdən icra sənədlərini icra etməmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs göstərdi ki, məhkəmənin qərarına hörmətlə yanaşır, icra sənədinin icrasında qərəzli olaraq yayınmır. Sadəcə olaraq, heç yerdə işləmədiyindən maddi imkanı aşağı olduğuna görə icra sənədləri üzrə öhdəliyini icra edə bilməmişdir. Sonda Şəxs məhkəmədən qeyd edilənləri nəzərə alaraq barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokol tərtib etmiş icra məmuru X10 məhkəmədə bildirdi ki, icra sənədləri üzrə müvafiq olaraq icraata başlanılmış, borcluya icranı könüllü olaraq təmin etməsi təklif olunmuş və icraata başlamaq haqqında qərarlar bildirişlə birlikdə borclunun ünvanına göndərilmişdir. Bundan əlavə borclu şöbəyə dəvət olunaraq izahatı alınmış, eyni zamanda icra sənədləri üzrə tələbi yerinə yetirməyəcəyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyəti barədə xəbərdar olunmuşdur. Lakin borclu qanunla müəyyən edilmiş müddət ərzində həmin icra sənədlərinin icrasını təmin etməmişdir. Eyni zamanda məcburi icra tədbirləri qismində tələbin borclunun bankda olan pul vəsaitlərinə və sair gəlirlərinə, habelə əmlakına yönəldilməsi məqsədilə müvafiq qurum və təşkilatlara sorğular verilmiş, lakin tələbin yönəldilə biləcək vəsait və ya əmlak aşkar edilməmişdir. Göründüyü kimi borclu bir icra məmuru kimi mənim qanuni tələblərini yerinə yetirməyərək icra sənədlərini icra etməmişdir. Hazırda icra sənədləri ürə borclunun 9031 manat aliment borcu vardır. Bu səbəbdən də məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələri bu günə kimi icra olunmamışdır. Buna görə də icra sənədlərinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. İcra sənədləri üzrə tələbkar X5 məhkəmədə bildirdi ki, borclu müxtəlif bəhanələr gətirərək məhkəmə qətnamələrini icra etməkdən qərəzli olaraq yayınır. Bir valideyin kimi uşaqlarının qayğısına qalmır, onların maddi təlabatlarını qarşılamır. X1, borclu Şəxs barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və icra sənədi üzrə tələbkarı dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 28 sentyabr 2016-cı il tarixli, 2(060)-12469/2016 saylı qətnaməsinə dair icra vərəqəsindən görünür ki, 13 oktyabr 2000-ci təvəllüdlü X2 və 25 sentyabr 2011-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün 04 avqust 2016-cı il tarixindən başlayaraq Şəxs hər ay hər uşağa 117 manat Olmaqla, cəmi 234 (iki yüz otuz dörd) manat sabit pul məbləğində aliment tutularaq X4 ödənilməlidir. İş materiallarında olan icraata başlamaq haqqında 09 yanvar 2018-ci il tarixli qərardan və tələbin könüllü icrası haqqında eyni tarixli bildirişdən görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 28 sentyabr 2016-cı il tarixli, 2(060)-12469/2016 nömrəli qətnaməsinə dair icra sənədi üzrə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsində icraata başlanılmış, borclu Şəxs icranı 10 gün müddətinə könüllü olaraq təmin etməsi təklif olunmuşdur. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 11 mart 2019-cu il tarixli, 2(060)-1336/2019 saylı qətnaməsinə dair icra vərəqəsindən görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 28 sentyabr 2016-cı il tarixli, 2(060)-12469/2016 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Şəxs 25 sentyabr 2011-ci il təvəllüdlü X9 yekinlik yaşına çatana qədər saxlanması üçün hər ay 160 manat sabit pul məbləğində aliınent tutularaq X4 ödənilməlidir. İş materiallarında olan icraata başlamaq haqqında 26 aprel 2019-cu il tarixli qərardan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 11 mart 2019-cu il tarixli, 2(060)-1336/2019 saylı qətnaməsinə dair icra sənədi üzrə Sumqayıt şəhər üzrə İcra İdarəsində icraata başlanılmışdır. İş materiallarında olan Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 15 (on beş) gün müddətinə inzibati həbs edilmişdir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət etmir və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş hədd çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 55, 114- 115, 128-132-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs inzibati həbs müddətinin başlanğıcı 17 yanvar 2023-cü il tarixdən, saat 16:15dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-140/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-140/2023
17.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver