Məhkəmə qərarları › İş №3(010)-1400/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1400/2020

20.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1400/2020 20.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi X6 oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X2 və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə inspektoru X1 iştirakı ilə, Şəxs, xx xxxxxx 1984-cü il tarixdə Gürcüstanın Bolnisi rayonunda anadan olmuş, Gürcüstan vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, 39 nömrəli evdə qeydiyyatda olan və yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs, xx xxxxxxxx 2020-ci il tarixdə idarə etdiyi avtomobildə əvvəllər faktiki nikah münasibətlərində olmaqla ər-arvad kimi yaşadığı X3 qəsdən vuraraq, ona sol saidin sıyrığı və sol bazunun qançırı ilə müşayiət olunan sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə, döymüşdür. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq etməyərək və inzibati xətanı törətməsində özünü təqsirli bilməyərək göstərdi ki, xx xxxxxxxx 2020-ci il tarixdə, əvvəllər faktiki nikah münasibətlərində olmaqla ər-arvad kimi yaşadığı X2 Binə qəsəbəsi yaxınlığında onu taksi ilə izlədiyini aşkar etmiş, onu izləməsinin səbəbini soruşduqda sonuncu, onunla barışmaq istədiyini, barışmayacağı təqdirdə isə onu şərləyəcəyini bildirmişdir. Yeganəni anasının evinə aparmaq üçün avtomobilinə əyləşdirmiş, lakin sonradan Yeganə maşından düşmək istəmədiyindən aralarında mübahisə yaranmışdır. Həmin vaxt o, Yeganəyə heç bir güc tətbiq etməmişdir. Sonda Şəxs əməlində inzibati xəta tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X5 bildirdi ki, Şəxs ilə 16 ildir faktiki nikah münasibətlərində olmaqla ər-arvad kimi yaşamış, bu münasibətdən 02 övladı anadan olmuşdur. Təxminən 02 aydır Şəxs ona xəyanət edərək evə gəlmir. Fariz barədə maraqlandıqda onun Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Südçülük savxozunda yaşadığını öyrənmişdir. Farizi tapdıqdan sonra ondan niyə belə etdiyini soruşduqda, sonuncu idarə etdiyi avtomaşını üzərinə sürərək onu qorxutmuşdur. Fairzdən evinə qayıtmasını xahiş etsə də, sonuncu onunla razılaşmamışdır. Farizin idarə etdiyi avtomobilə əyləşdikdən sonra yolda olduqları zaman Farizdən ona xəyanət etməsinin və ailəsinə sahib çıxmamasının səbəbini soruşduqda, sonuncu onun qoluna və çiyninə vurmağa başlamışdır. Onu yaşadığı evə aparmasını xahiş etsə də Fariz onu, anasının yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Rzayev küçəsi, 126 nömrəli evin 54 nömrəli mənzilinə aparmışdır. Orada avtomobildən düşmək istəmədiyinə görə Fariz onu sürüyərək avtomobildən zorla düşürtmüş, eyni zamanda dəfələrlə sol çiynindən vurmuş, habelə əlində olan açarla qolunu cızmışdır. Sonda zərərçəkmiş şəxs Y.V.İmanova, Şəxs etdiyi əmələ görə bağışlamadığını bildirərək, məhkəmədən onun barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmədə inzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə inspektoru X4 bildirdi ki, X5 ərizə ilə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə müraciət edərək Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə idarə etdiyi avtomaşında onu qəsdən vuraraq, ona dərəcəsi təyin edilməyən xəsarətlər yetirdiyini qeyd etmişdir. X2 ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin əlamətləri olduğundan barəsində inzibati inzibati qaydada tədbir görülməsi ona həvalə edilmişdir. Buna görə də o, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materialalrında olan canlı şəxsin ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli, 858 saylı rəyindən görünür ki, X2 bədən səthində aşkar edilmiş xəsarətlər – sol saidin sıyrığı və sol bazunun qançırı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, xx xxxxxxxx 2020-ci il tarixdə əmələ gələ bilər və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətinə əsasən demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınmaları inandırıcı deyildir. Tibbi sənədə qoyulmuş “Sol çiyin nahiyəsinin hematoması” diaqnozu şəxsin özünün müayinəsi zamanı öz təsdiqini tapmadığından məhkəmə tibbi qiymətləndirilmir. İş materialalrında olan Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin təhqiqatçısı Pərvin İbrahimovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, X2 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin əlamətləri olduğundan barəsində inzibati inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti ərazidə xidmət aparan sahə inspektoruna göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət etmir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs inzibati həbs müddətinin başlanğıcı xx xxxxxxx 2020-ci il tarixdən, saat 16:40dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin Hakimi Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar