Məhkəmə qərarları › İş №3(010)-1401/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-1401/2024

15.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-1401/2024 15.03.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızı, X3 tərəfindən verilmiş şikayətə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək barəsində tətbiq edilən 400 manat cərimə inzibati tənbehinin silinməsi, qanunsuz olaraq cərimə yazan polis əməkdaşlarının müəyyən edilərək barələrində qanunauyğun tədbirlər görülməsi, məhkəmə xərci olaraq 300 manat vəkil xərci, 17,50 manat etibarnamə xərcinin qarşı tərəfdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 61.1.6-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qəbul edilmiş qərardan şikayət vermək hüququ var; 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad çıxarılır; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; Belə ki, inzibati xəta haqqında qərar olduğu halda şikayətə əlavə edilməmiş, məhkəməyə göndərilməmişdir. Belə olan halda isə şikayətçinin qeyd etdiyi qərarın həqiqətən də mövcud olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Ümumiyyətlə qərarın Daxili İşlər Nazirliyinə tabe olan hər hansı bir səlahiyyətli orqan və ya məhz Daxili İşlər Nazirliyinin özü tərəfindən qəbul edilməsini də müəyyən etmək mümkün olmur. Çünki qərardan şikayətə baxılarkən, qərar qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) da məhkəmə iclasına dəvət edilməlidir. Lakin şikayətdən və əlavə edilmiş materiallardan həmin qərarın hansı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən çıxarılması müəyyən edilmədiyindən, məhkəmə iclasına çağırılmalı olan səlahiyyətli orqan (vəzifəli şəxs) da müəyyən edilə bilmir. Bununla da məhkəmə iclasına qərar qəbul etmiş hansı səlahiyyətli orqanın dəvət edilməsini də müəyyən etmək mümkünsüzdür. Həmçinin, şikayət, şikayət vermiş şəxs tərəfindən imzalanmamışdır. Əlavə olaraq şikayət vermiş şəxsə qeyd edilən natamamlıq aradan qaldırıldıqdan sonra səlahiyyətli orqanın (vəzifəli şəxsin) müvafiq protokol əsasında qəbul edilmiş qərarından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 noyabr 2020-ci il tarixli qərarına uyğun olaraq - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət vermək hüququ izah edilməlidir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X5 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Yuxarıda qeyd olunanlara və AR İXM-nin 109-cu maddəsinin tələblərinə əsasən məhkəmə QƏRARA ALDİ: X1, onun barəsində tətbiq edilən 400 manat cərimə inzibati tənbehinin silinməsi, qanunsuz olaraq cərimə yazan polis əməkdaşlarının müəyyən edilərək barələrində qanunauyğun tədbirlər görülməsi, məhkəmə xərci olaraq 300 manat vəkil xərci, 17,50 manat etibarnamə xərcinin qarşı tərəfdən tutularaq ona ödənilməsi barədə şikayəti və ona əlavə edilmiş sənədlər X2 qaytarılsın. Qəradaddan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar