Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1413/2020 20.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi X11 oğlunun katibliyi ilə, Şəxs, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Məmmədov küçəsi, 5V nömrəli evin 26 nömrəli mənzilində qeydiyyatda olan, barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs ünvanına xx xxxxxxxx 2020-ci il tarixdə Çin Xalq Respublikasından 94489853 nömrəli vaqonla ölkə ərazisinə daxil olmuş və **********1712 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan keramika süfrə və mətbəx qabları yüklərinə ölkə ərazisinə daxil olmadan öncə tərtib edilən **********1204 nömrəli qısa idxal bəyannaməsində nəqliyyat vasitəsinin nömrəsi düzgün qeyd olunmamışdır. Belə ki, **********1204 sorğu nömrəli qısa idxal bəyannaməsində nəqliyyat vasitəsinin nömrəsi 94459853 qeyd olunduğu halda, **********1712 sorğu nömrəli gömrük bəyannaməsində vaqonun nömrəsi 94489853 kimi qeyd edilmişdir. Bununla da Şəxs tərəfindən mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə gömrük orqanına təhrif olunmuş məlumat verilmişdir. Buna görə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və X4 Şöbəsinin təhqiqatçısı X5 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında xx xxxxxxx 2020-ci il tarixli, 00100-2135/20 nömrəli protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin rəisi X3 xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə Şəxs barəsində tərtib edilmiş həmin protokol baxılması üçün aidiyyəti üzrə Bakı şəhər Suraxanı rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxsnə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndələrin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndələrin məhkəməyə gəlməmələrinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və həmin hüquqi şəxs tərəfindən törədilmiş əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli raportdan görünür ki, Şəxs adına 94489853 nömrəli vaqonla ölkə ərazisinə daxil olmuş **********1712 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunmuşdur. Həmin gömrük bəyannaməsinin 40-cı qrafasında qeyd edilmiş qısa idxal bəyannaməsində (**********1204) göstərilmiş nəqliyyat vasitəsinin nömrəsi (94459853) ilə ölkə ərazisinə daxil olmuş nəqliyyat vasitəsinin nömrəsi arasında uyğunsuzluq aşkar edilmişdir. İş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli, **********1204 sorğu nömrəli qısa idxal bəyannaməsindən və xx xxxxxxxx 2020-ci il tarixli **********1712 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, qısa idxal bəyannaməsində sərhəddən keçən nəqliyyat vasitəsinin eyniləşdirilmə nömrəsi 94459853 qeyd olunduğu halda, gömrük bəyannaməsində göndərən ölkədən çıxan nəqliyyat vasitəsinin eyniləşdirilmə nömrəsi 94489853 kimi qeyd edilmişdir. İş materiallarında olan “MB Broker” Məhdud Məsuliyyətli Cəmiyyətində bəyannaməçi vəzifəsində işləyən X1 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsində verdiyi izahatdan görünür ki, Şəxs şirkətinin ünvanına 94489853 nömrəli vaqonla daxil olmuş yüklərə dair **********1204 sorğu nömrəli qısa idxal bəyannaməsini elektron qaydada gömrük orqanlarına o, təqdim etmişdir. Belə ki, ona təqdim edilmiş CMR sənədində vaqonun nömrəsi 94459853 kimi göstərildiyinə görə qısa idxal bəyənnaməsinin 21-ci qrafasında nəqliyyat vasitəsinin nömrəsini 94459853 kimi qeyd etmişdir. İş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli raportdan görünür ki, Gömrük Prosedurları və Ödənişləri şöbəsindən daxil olmuş xx xxxxxxxx 2020-ci il tarixli, 34/012/025850 saylı raportda Şəxs ünvanına xx xxxxxxxx 2020-ci il tarixdə 94489853 nömrəli vaqonla daxil olmuş və **********1712 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan keramika süfrə və mətbəx qabları yüklərinə ölkə ərazisinə daxil olmadan öncə tərtib edilən **********1204 saylı qısa idxal bəyannaməsinin 21-ci qrafasında nəqliyyat vasitəsinin nömrəsi düzgün qeyd edilmədiyi qeyd edilmişdir. Araşdırma zamanı Şəxs təsisçisi X6 dəfələrlə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə izahat verməsi üçün dəvət olunmuşdur. İş üzrə “Gömrük Xidmətinin Vahid avtomatlaşdırılmış idarəetmə sistümi” informasiya resursuna və qısa idxal bəyannaməsinə əlavə edilmiş sənədlərə baxış keçirilərkən müəyyən edilmişdir ki, **********1204 sorğu nömrəli qısa idxal bəyannaməsi mallar ölkə ərazisinə daxil olanadək verilmiş olsa da, həmin qısa idxal bəyannaməsində nəqliyyat vasitəsinin nömrəsi 94459853 kimi göstərilsə də, **********1712 sorğu nömrəli gömrük bəyannaməsinin 18-ci qrafasında isə 94489853 nömrəsi kimi göstərilmişdir. Beləliklə, Şəxs tərəfindən mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə gömrük orqanına təhrif olunmuş məlumatlar verildiyi nəzərə alınaraq həmin Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində Azərbaycan Respublikası İXM-nin 485.1-ci maddəsinin tərkib əlamətləri olduğundan qanunamüvafiq qaydada tədbir görülməsi üçün göstəriş verməsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin rəisi X2 xahiş olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.2, 18.2.1 – 18.2.4-cü maddələrinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs və bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə - fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta nəticəsində Şəxs maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən maliyyə və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən olunmamışdır. İnzibati xətaya görə inzibati tənbeh almış Şəxs eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini məhkəmə onun məsuliyyətini ağırlaşdıran hal hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 250 (iki yüz əlli) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-1413/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1413/2020
20.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver