Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-1414/2020 29.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi X8 oğlunun katibliyi ilə, “Elita-R” Mənzil-Tikinti Kooperativinin, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Məhəllə 4048 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 15, “Azure” Business Center, office 158 ünvanında fəaliyyət göstərən, Azərbaycan Respublikası İXM-nin (xx xxxx 2016-cı il tarixədək olan redaksiyasında) 110 və 113.1.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhər Ekologiya və X1 direktoru X3 qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx xxxxx 2015-ci il tarixli, BD-037 nömrəli qərardan qanuni təmsilçi X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: xx xxxxx 2014-cü il tarixdə “Elita-R” Mənzil-Tikinti Kooperativi barəsində Azərbaycan Respublikası İXM-nin (xx xxxx 2016-cı il tarixədək olan redaksiyasında) 110 və 113.1.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında 03961 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında Bakı şəhər Ekologiya və X1 direktoru X3 qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx xxxxx 2015-ci il tarixli, BD-037 nömrəli qərarla “Elita-R” Mənzil-Tikinti Kooperativi Azərbaycan Respublikası İXM-nin (xx xxxx 2016-cı il tarixədək olan redaksiyasında) 110 və 113.1.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 6.500 manat məbləğində inzibati cərimə olunmuşdur. “Elita-R” Mənzil-Tikinti Kooperativinin qanuni təmsilçi X6 Bakı şəhər Ekologiya və X1 direktoru X3 qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx xxxxx 2015-ci il tarixli, BD-037 nömrəli qərardan şikayətini xx xxxxxxx 2020-ci il tarixdə Bakı şəhər Suraxanı rayon Məhkəməsinin dəftərxanasına təqdim etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, C.H.İsmayılovun şikayəti geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət və ya protest - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Şikayətə əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətələr Nazirliyi 11 saylı Regional Ekologiya və X5, “Elita-R” Mənzil-Tikinti Kooperativinin xx xxxxxxx 2020-ci il tarixli ərizəsinə xx xxxxxxx 2020-ci il tarixli cavab məktubundan görünür ki, Bakı şəhər Ekologiya və X2 (indiki 11 saylı Regional Ekologiya və X7) tərəfindən “Elita- R” Mənzil-Tikinti Kooperativi barəsində xx xxxxx 2015-ci il tarixdə qəbul edilmiş BD-037 nömrəli cərimə qərarının surəti xx xxxxx 2015-ci il tarixində Elita-R” Mənzil-Tikinti Kooperativinə göndərilmiş və xx xxxxx 2015-ci il tarixində “Elita-R” Mənzil-Tikinti Kooperativinin nümayəndəsi tərəfindən alınmışdır. Növbəti müraciət nəzərə alınaraq xx xxxxx 2015-ci il tarixli, BD-037 nömrəli qərarın nüsxəsi Elita-R” Mənzil-Tikinti Kooperativinə təkrarən göndərilmişdir. Şikayətə əlavə edilmiş poçt zərfinin surətindən və onun üzərindəki ştempellərdən görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətələr Nazirliyi 11 saylı Regional Ekologiya və X7 tərəfindən “Elita-R” Mənzil-Tikinti Kooperativinin qanuni təmsilçi X4 təkrarən göndərilmiş sifarişli poçt göndərişi rabitə orqanına xx xxxxxxx 2020-ci il tarixdə təqdim edilmiş, xx xxxxxxx 2020-ci il tarixdə isə həmin sifarişli poçt göndərişi “Elita-R” Mənzil-Tikinti Kooperativinin fəaliyyət göstərdiyi ünvan üzrə rabitə orqanına daxil olmuşdur. Göründüyü kimi, Bakı şəhər Ekologiya və X2 (indiki 11 saylı Regional Ekologiya və X7) tərəfindən “Elita-R” Mənzil-Tikinti Kooperativi barəsində xx xxxxx 2015-ci il tarixdə qəbul edilmiş BD-037 nömrəli cərimə qərarının surətinin xx xxxxx 2015-ci il tarixində “Elita- R” Mənzil-Tikinti Kooperativinə göndərilməsinə və xx xxxxx 2015-ci il tarixində “Elita-R” Mənzil-Tikinti Kooperativinin nümayəndəsi tərəfindən alınmasına baxmayaraq, hüquqi şəxsin təkrar müraciəti əsasında xx xxxxx 2015-ci il tarixli, BD-037 nömrəli qərarın nüsxəsi Elita-R” Mənzil-Tikinti Kooperativinə təkrarən göndərilmişdir. C.H.İsmayılovun həmin qərarın surətinin ilk dəfə rəsmi qaydada verildiyi xx xxxxx 2015-ci il tarixindən 10 gün ərzində şikayət vermək hüququ olduğu halda, sonuncu sözügedən qərarın nüsxəsini 2020-ci ilin oktyabr ayında təkrarən aldıqdan sonra ondan şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bununla da C.H.İsmayılov sözü gedən qərardan 05 il 06 aydan sonra şikayət vermişdir. Məhkəmə hesab edir ki, C.H.İsmayılov Bakı şəhər Ekologiya və X1 direktoru X3 qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx xxxxx 2015-ci il tarixli, BD-037 nömrəli qərardan qanunla müəyyən edilmiş şikayət vermə müddətini ötürdüyünə görə onun şikayətinə inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılma icraat qaydasında baxılması qeyri-mümkündür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılması zamanı hakim inzibati xəta haqqında icraatı rədd edən halların mövcudluğu məsələsini həll edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-132, 136 və 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Azərbaycan Respublikası İXM-nin (xx xxxx 2016-cı il tarixədək olan redaksiyasında) 110 və 113.1.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhər Ekologiya və X1 direktoru X3 qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx xxxxx 2015-ci il tarixli, BD-037 nömrəli qərardan verdiyi şikayət qanuni təmsilçi X4 qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin Hakimi Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-1414/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-1414/2020
29.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver