Məhkəmə qərarları › İş №3(010)-1414/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-1414/2022

04.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-1414/2022 04.05.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məsləhətçi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, X2, 23 iyun 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 2PYYC85, evli, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1/93 nömrəli evin 76 nömrəli mənzilində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair 02 fevral 2022-ci il tarixli, BNA seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan X1 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X4, 01 fevral 2022-ci il tarixdə, “Ford Fiesta” markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsində dayanma qaydalarını pozduğuna görə 02 fevral 2022-ci il tarixli, BNA seriyalı, ******* nömrəli elektron qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 20 manat cərimə olunmuşdur. X2 Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair 02 fevral 2022-ci il tarixli, BNA seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan X1 tərəfindən verilmiş şikayət 27 aprel 2022-ci il tarixdə Bakı şəhər Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli qərarının əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində müəyyən edilmiş məhkəmə aidiyyəti qaydasının təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmiş, Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər, İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir. İnzibati xəta haqqında işlər üzrə qərarlardan verilən şikayətlərin aidiyyəti barədə məhkəmələr arasında yaranmış fikir ayrılığı ilə əlaqədar məhkəmə aidiyyətinin müəyyən edilməsi məqsədilə Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş işlər üzrə həmin məhkəmə tərəfindən qəbul edilmiş qərarlarda qeyd edilmişdir ki, “Azərbaycan Respublikası İXM-nin 110-cu maddəsinin məzmunundan göründüyü kimi, qanunverici inzibati xəta haqqında işin baxılma yeri kimi əsas meyar olaraq xətanın törədildiyi yeri müəyyənləşdirmişdir.” Şikayətdən və ona əlavə edilmiş sənədlərdən isə görünür ki, inzibati xəta Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsində, yəni Bakı şəhəri Yasamal rayonunun inzibati ərazisində törədilmişdir. İş materiallarından həmçinin müəyyən olunur ki, şikayətə, barəsində qərar çıxarılmış şəxsin yaşadığı yer üzrə baxılmasına dair hər hansı bir vəsatət əlavə etməmişdir. Azərbaycan Respublikası İXM-nin 132.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, X1 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlər adiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: X2 Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair 02 fevral 2022-ci il tarixli, BNA seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan X1 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlər adiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal rayon Məhkəməsinə göndərilsin. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar