Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1415/2022 27.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Cəfərova Səltənət Ələsgər qızının katibliyi, İnzibati xəta törətmiş şəxs Şəxs, X1, İnzibati xəta haqqında protokolu tərtib etmiş Suraxanı rayon Polis İdarəsinin 32ci Polis bölməsinin sahə rəisi Bərzu Həşimovun, Şəxs - xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, ali təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində 27 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında MN seriyalı ******* №li protokol tərtib olunmuşdur ona görə ki, Şəxs 11.04.2022-ci il tarixdə ünvan 2 ünvanında arvadı X4 döymüşdür. Suraxanı RPİ-nin 32 Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış material baxılması üçün Suraxanı rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis bölməsinin sahə rəisi Bərzu Həşimov məhkəmədə verdiyi izahatında göstərdi ki, X5 11.04.2022-ci il tarixdə ünvan 2 ünvanında əri Şəxs tərəfindən döyülmüşdür. Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis bölməsinin təhqiqatçısı polis mayoru Eldar Rəhimov tərəfindən 21.04.2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və Şəxs əməlində inzibati xəta tərkibi olduğundan, onun inzibati məsuliyyətə cəlb edilməsi üçün həmin qərarın surəti Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis bölməsinə göndərilmiş, ona görə də Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə özünü təqsirli bilərək, X5 ilə aralarında mübahisə olduğunu, ona xəsarət yetiridyini, lakin güclü zərbə vurmadığını və zor tətbiq etmədiyini bildirərək, əməlindən səmimi peşiman olduğunu bildirdi. Məhkəmə iclasında tələbkar X5 izahatında inzibati xəta törətmiş şəxs Şəxs çox aqressiv insan olduğunu, əsəbləşəndə özünü idarə edə bilmədiyini, hadisədən 1 il qabaq da həmin hadisəni törətdiyini, onu yumruqla vurduğunu, uşaqların yanında söyüşlər söydüyünü, həmin hadisə olan günü onu evə buraxmadığını, bundan sonra o, onun saçından tutaraq itələdiyini, anasının aralarına girərək ayırdığını bildirərək, barəsində tədbir görülməsini xahiş etdi. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 11.04.2022-ci il tarixli, 379 saylı ekspert rəyindən görünür ki, 1969-cu il təvəllüdlü vətəndaş X2 bədən səthində aşkar edilmiş xəsarət-sağ qulaq seyvanınln şişkinli qançırı və sağ bazunun qançırı küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 11.04.2022-ci il tarixdə əmələ gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsiri, zərərçəkmiş şəxsin izahatı, ekspert rəyi, 27 aprel 2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, X3 barəsində inzibati tənbeh növü həbs tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. İnzibati həbsin əvvəli 27 aprel 2022-ci il tarixdən, saat 12:30-dan hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 15 gün müddətinə inzibati həbs olunsun. İnzibati həbs müddətinin başlanğıcı 27.04.2022-ci il tarixdən saat 12:30-dan hesablansın. İnzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsi hissəsində qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və alındığı gündən 10 (on) gün müddətində qərardadın Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-1415/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1415/2022
27.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver