Məhkəmə qərarları › İş №3(010)-142/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-142/2024

22.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-142/2024 22.01.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, X1, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X5 iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş 31 iyul 2023-cü il tarixli MN № ******* saylı qərarından X6 tərəfindən verilmiş şikayətə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən 31 iyul 2023-cü il tarixli MN № ******* saylı qərar qəbul edilməklə Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsinə əsasən 2000 (iki min) manat məbləğində cərimə edilmişdir. X2 ərizə ilə məhkəməyə müraciət edərək, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən barəmdə qəbul olunmuş inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli MN ******* nömrəli qanunsuz qərar ləğv olunması və onun barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən başlanılmış inzibati xəta haqqında iş üzrə icraata əməldə inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. Məhkəmə iclasında şikayət ərizəsi verən X6 şikayətini müdafiə edərək göstərdi ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin (bundan sonra 11 saylı RETSİ) 31 iyul 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək vəzifəli şəxs qismində 2000 (iki min) manat məbləğində cərimə olunmuşdur. Qeyd olunanlara əsasən bildirir ki, 11 saylı RETSl-nin 31 iyul 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı tamamilə qanunsuz və əsassızdır, aşağıdakı qeyd olunan səbəblərdən ləğv edilməli və əməldə inzibati xəta tərkibi olmaması əsası ilə iş üzrə icraata xitam verilməlidir. İlk növbədə qeyd edir ki, Suraxanı rayon İcra şöbəsi tərəfindən ona məlumat verilərək (zəng olunaraq) barəsində 11 saylı RETSİ tərəfindən 2000 manat cərimə tətbiq olunduğu bildirilmişdir və bundan sonra o, həmin qərarın surətini (xx.xx.2023-cü il tarixdə) alaraq qərar, həmçinin iş materialları ilə tanış olmuşdur. Həmin vaxtadək onun qərarı, həmçinin qərarın qəbul edilməsinə əsas olmuş protokol və digər iş materialları barədə heç bir məlumatı olmamışdır və bu barədə ona heç bir sənəd göndərilməmiş və ya təqdim edilməmişdir Barəsində qanunsuz qəbul edilmiş sözügedən qərarda qeyd olunmuşdur ki, guya onun tərəfindən Suraxanı rayonu, Zığ-Hövsan yolunun kənarında (qeyr-dəqiq bir ünvanda) sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməmişdir. Bildirir ki, qərarda bəlli olunmayan qeyri-müəyyən bir ünvanda (Zığ-Hövsan yolunda) onun tərəfindən hər hansı formada tullantı qalaqlanması və yandırılmasına yol verilməmiş, həmin ünvanda tullantı daşınması (idarə olunması) ilə bağlı heç bir vəzifəsi, öhdəçiliyi və ya məsuliyyəti olmamış, həmin ünvanın onunla hər hansı bir bağlılığı yoxdur, ona məlum olmayan bir ünvanda naməlum şəxs tərəfindən tullantı atılması və ya yandırılması ilə əlaqədar onun, yəni aidiyyəti olmayan bir şəxsin inzibati məsuliyyətə cəlb edilməyi kobud qanun pozuntusu olmaqla yanaşı yolverilməzdir. Ümumiyyətlə həmin qərarda inzibati xəta törədilən ünvan qeyri-müəyyəndir, ünvan məlum deyil (halbuki qanuvericliyin tələblərinə əsasən inzibati xəta haqqında protokol və qərardan, inzibati xətanın törədildiyi ünvan dəqiq göstərilməlidir), yəni “Zığ-Hövsan yolu” qeyd olunduğu həmin ünvanın Zığ qəsəbəsi və ya Hövsan qəsəbəsi ərazisinə aid olmasını müəyyən etmək belə mümkün deyildir. Eyni zamanda iş materiallarına əlavə edilmiş fotoşəkilin nə vaxt, hansı ünvanda və kim tərəfindən hansı şəraitdə çəkildiyi belə müyyən edilmir. Fotoşəkildə əks olunmuş tullantı adlandırdıqları isə naməlum şəxslər tərəfindən atılmış ağac budaqları və digər növ qalıqlardır ki, bu da inzibati məsuliyyət yaratmır. Qeyd edir ki, həmin qərarın qəbul edilməsinə əsas olmuş 05.06. 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tamamilə qanunsuzdur. Beləki, İXM-nin 271-ci maddəsinə əsasən tərtib edilmiş protokol səlahiyyəti olmayan şəxs tərəfindən, yəni Suraxanı Rayon polis İdarəsinin 30-cu polis Şöbəsinin sahə inspektoru Mahir Musayev adlı şəxs tərəfindən tərtib edilmişdir. Halbuki mövcud qanunvericiliyin tələblərinə əsasən İXM-nin 271-ci maddəsində nəzərdə tutulmuş işlərə baxmaq, həmçinin həmin maddə üzrə iş üzrə icraata başlamaq və protokol tərtib etmək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin səlahiyyətindədir. Lakin 30-cu Polis şöbəsinin sahə inspektoru Mahir Musayev onun səlahiyyətinə aid olmadığı halda, səlahiyyət həddini aşaraq qanunsuz olaraq protokol tərtib etmişdir. Həmçinin bildirir ki, protokolun nə vaxt tərtib olunması barədə onun heç bir məlumatı olmamış, onun iştirakı ilə tərtib edilməmiş, protokolla bağlı ona məlumat verilməmiş, protokolun surəti ona təqdim edilməmiş, onun hüquqları kobud şəkildə pozulmuş, hüquq və vəzifələri ona izah olunmamış, işlə bağlı izahat vermək imkanı yaradılmamış və əsassız və qanunsuz olaraq protokol tərtib edilmişdir. Beləki, polis sahə inspektoru onun iştirakı olmadan və ona məlumat vermədən xx.xx.2023-cü il tarixdə naməlum bir ünvanda naməlum şəxs tərəfindən əraziyə atılmış ağac budaqlarının qalıqlarının yanmasına (və ya yandırılmasına) görə barəsində protokol tərtib edərək 11 saylı RETSl-yə göndərmişdir. Bildirir ki, o, heç bir halda hər hansı bir ünvanda tullantı qalaqlamamışdır və ya yandırmamışdır, bununla bağlı heç bir vəzifəsi olmamışdır. O, barəsində protokolun nə səbəbə yazıldığını ETSN-dən soruşduqda mənə “həmin vaxt Zığ qəsəbəsi icra nümayəndəsi olduğu üçün 30-cu polis Bölməsinin sahə inspektoru tərəfindən yazıldığı” bildirilmişdir. Bildirir ki, bu hal tamamilə qanunuz, əsassız və absurddur. Beləki, protokolda göstərilən vaxt (xx.xx.2023-cü il tarixdə) Zığ qəsəbəsi üzrə icra nümayəndəsi vəzifəsini icra etmiş və onun nümayəndə vəzifəsinin səlahiyyətlərini icra etdiyi müddətdə ərazidə tullantıların daşınması və təmizlənməsi ilə bağlı heç bir öhdəçiliyim olmamış və ya üzərinə belə bir vəzifə qoyulmamışdır, ümumiyyətlə icra nümayəndəsinin tullantıların qalaqlanması və ya yandırılması ilə bağlı heç bir məsuliyyəti (və ya cavabdehliyi) yoxdur, tullantıların toplanması və ya daşınması icra nümayəndənin vəzifə səalhiyyətlərinə aid deyil. Barəsində tərtib edilmiş protokol və qərarda vəzifə (vəzifəmin nədən ibarət olması) qeyd olunmamış, vəzifə göstərilmədiyi halda qanunsuz olaraq vəzifəli şəxs kimi inzibati məsuliyyətə cəlb edilmişdir. Ümumiyyətlə bildirir ki, bəlli olmayan bir ünvanda naməlum şəxslər tərəfindən atılmış tullantıların əks olunduğu fotoşəkillər əsasında aidiyyəti olmayan şəxsin inzibati məsuliyyətə cəlb olunması yolverilməzdir və onun üçün anlaşılan deyil. Göründüyü kimi protokol və digər iş materialları tamamilə qanunsuz və əsassızdır, qərarın qəbul olunmasına əsas olan həmin protokolun nə vaxt, kim tərəfindən, harada və niyə tərtib olunması ilə bağlı mənim məlumatım yoxdur və bu əsasla da protokol və onun əsasında qəbul olunmuş qərarı tamamilə qanunsuz və əsassızdır. Polis sahə inspektoru tərəfindən protokol tərtib olunarkən İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsinin tələbləri kobud formada pozulmuşdur. İnzibati xəta haqqında protokol onun iştirakı ilə tərtib olunmamış, bu barədə ona heç bir məlumat verilməmiş, protokol imzalanması üçün ona təqdim olunmamış, hüquq və vəzifələri ona bildirilməmiş, izahat vermək və qanunvericilikdə nəzərdə tutulmuş digər hüququlardan istifadə etmək imkanı yaradılmamış, protokolun surəti ona təqdim olunmamışdır. Ümumiyyətlə, həmin protokol polis əməkdaşı tərəfindən heç bir araşdırma aparılmadan formal olaraq tərtib olunmuşdur. Protokolda inzibati xətanın mahiyyəti (qanun pozuntusu) kimi “Zığ-Hövsan yolunun kənarında sənaye və məişət tullantıların yandırılması” qeyd olunmuş, lakin bu əməldə vəzifəli şəxs kimi inzibati məsuliyyətə cəlb edilən şəxsin vəzifəsinin nədən ibarət olması müəyyən edilməmiş (yoxdur). Halbuki, İXMnin 100.1.4-cü maddəsinə əsasən inzibati xətanın törədilidiyi yer, vaxt və bu xətanın mahiyyəti dəqiq və aydın ifadə olunmalıdır. Həmçinin bildirir ki, tullantıların idarə olunması böyük maliyyə vəsaiti tələb edir və mövcud qanunvericliyin tələblərinə əsasən Bakı şəhəri ərazisində tullantıların toplanması, daşınması və zərərsizləşdiriləsi üçün "xxxx" ASC-yə təhvil verilməsi Bakı ŞİH-nin MKTD-nin Mənzil -Kommunal Təsərrüfat Birlikləri ilə bağlanmış müqavilə əsasında bu sahədə ixtisaslaşmış qurum olan "xxxx" MMC tərəfindən həyata keçirilir, bu qurumun vəzifə səlahiyyətlərinə aiddir, İcra nümayəndələrinin bu sahədə heç bir vəzifə öhdəlikləri müəyyən edilməmiş, bu sahədə nümayəndəliyə hər hansı bir maliyyə vəsaiti ayrılmamışdır. Göründüyü kimi Polis sahə inspektoru tərəfindən heç bir araşdırma aparılmadan, tullantıların qalaqlanması yə ya yandırılması sahəsində icra nümyəndəsinin vəzifəsinin olub-olmadığı, həmçinin həmin ünvan dəqiq müəyyən edilmədən (Zığ və ya Hövsan ərazisi olması) araşdırılmadan qərəzli olaraq barəsində protokol tərtib olunaraq qanunsuz cərimə tətbiq olunmuşdur. Qeyd etməyi zəruri hesab edir ki, qərarın qəbul edilməsi kobud pozuntularla müşayiət olunmuşdur. Həmin qərarda konkret deyil ümumi normalara istinad olunmuşdur və qərarın nə vaxt və hansı şəbədən barəsində qəbul olunması ilə bağlı heç bir məlumatım olmamışdır. Qərar qəbul olunarkən ona məlumat verilməmiş və onun iştirakı ilə baxılmamış, qəbul edilmiş qərarın bir nüsxəsi ona göndərilməmiş və onun qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarım məhdudlaşdırılmışdır. Xüsusi ilə qeyd edir ki, İXM-nin 271-ci maddəsinə əsasən vəzifəli şəxs kim inzibati məsuliyyətə cəlb olunmağım tamamilə qanunsuzdur, ona görə ki, onun tullantıların idarə olunması sahəsində hər hansı bir vəzifə səlahiyyəti mövcud olmadığı üçün vəzifələrin yerinə yetirilməməsinə görə inzibati məsuliyyətə cəlb edilə və həmin maddənin tətbiqi həmin şəxsə edilə bilməz. Odur ki, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən barəsində qəbul olunmuş inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli MN ******* nömrəli qanunsuz qərar ləğv olunması və onun barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən başlanılmış inzibati xəta haqqında iş üzrə icraata əməldə inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X8 izahatında X6 barəsində tərtib edilmiş protokol və protokol əsasında qəbul edilmiş inzibati tənbeh tədbirini müdafiə etdiyini və şikayətin təmin edilməməsini xahiş etdi. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Zığ-Hövsan yolunun kənarında sənaye və məişət tullantıların qalaqlanması və yandırılması səbəbindən Bakı şəhəri Suraxanı Rayon 30-cu Polis Şöbəsinin sahə inspektoru Mahir Musayev tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə protokol tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Suraxanı rayonu, Zığ-Hövsan yolunun kənarında sənaye və məişət tullantıların qalaqlanması və yandırılması səbəbindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X10 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədləri nəzərdən keçirib, şikayət ərizəsi verən şəxsin və inzibati tənbeh verən şəxsin nümayəndəsinin izahatını dinləyib hesab edir ki, X6 barəsində Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsi ilə olan inzibati xəta haqda qərar ləğv edilməli və işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 109.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının tarixinin və yerinin təyin edilməsi, işin baxılmasında iştirak etmək üçün həmin Məcəllənin 61-67-ci, 69-72-ci maddələrində göstərilən şəxslərin çağırılması və digər məsələlər barəsində qərardad qəbul edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-ci maddəsi ilə müəyyən edilmişdir ki, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda hakim inzibati xəta haqqında protokolu onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə görə inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 117.2-ci maddəsinə əsasən qərarın surəti iki gün müddətində barəsində qərar qəbul edilmiş fiziki şəxsə, hüquqi şəxsin nümayəndəsinə və zərər çəkmiş şəxsə verilir. Lakin inzibati xəta haqqında qərarından şikayət verilən dövlət orqanı inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı qərardad qəbul edilməsi, habelə inzibati xəta haqqında işə baxılması vaxtı və yeri haqqında X4 məlumat verilməsi, habelə inzibati xəta haqqında qərarın surətinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə verilməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə inzibati məsuliyyət müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, X6 hər hansı tullantının qalaqlanmasında iştirak etməmiş, icra nümayəndəliyinin ərazisində isə hər hansı zibil qalaqlanması olmadan onun barəsində qərar qəbul olunmuşdur. Məhkəmə bununla əlaqədar hesab edir ki, qeyd olunan inzibati xəta ilə bağlı X6 həmin inzibati xətanın subyekt ola bilməz. Belə ki, X6 məsul şəxsi deyildir. Ona görə də X3 bu əsasla məsuliyyətə cəlb olunması qanununvericiliyin tələbinə ziddir. X6 icra nümayəndəliyində işləməsinə baxmayaraq həmin ərazinin icra nümayəndəliyinin ərazisinə aid olması müəyyən edilmədiyindən və həmçinin də icra nümayəndəliyinin ərazisində zibil qalaqlanmasına məsul şəxsin məhz X3 hesab edilməsi əsassızdır. Belə olan halda X6 Azərbaycan Respublikası İXM- nin 271-ci maddəsi ilə məsuliyyətə cəlb edilə bilməz. Bundan əlavə qeyd olunmalıdır ki, inzibati xətalar haqqında qanunvericiliyə əsasən, Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsində nəzərdə tutulmuş xətalara dair protokol tərtib etmək səlahiyyəti yalnız Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə aiddir. Bu səbəbdən mübahisələndirilən protokolun Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsi tərəfindən tərtib edilməsi səlahiyyətli olmayan şəxs (orqan) tərəfindən tərtib edilməsi kimi hesab olunur. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzbati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X3 barəsində inzibati xəta haqqında iş üzrə qəbul edilmiş 31 iyul 2023-cü il tarixli MN № ******* saylı qərar ləğv edilməli və inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 barəsində Azərbaycan Respublikası İXM- nin 271-ci maddəsi ilə təqsirli bilinib 2000 (iki min) manat cərimə edilməsinə dair 31 iyul 2023-cü il tarixli MN № ******* saylı qərar ləğv edilsin və barəsində başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar