Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1420/2021 18.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə inspektoru Babaşov Şəfayət Məmməd oğlunun iştirakı ilə, Şəxs, xx xxxxxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, subay, 81 saylı sərnişin avtobusunun sürücüsü işləyən, Göygöl rayonu, Çaykənd kəndində qeydiyyatda olan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs, 18 oktyabr 2021-ci il tarixdə, 11:10-da, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsində 81 saylı sərnişin avtobusunu idarə edərkən tənəffüs yollarını qoruyan fərdi vasitə-tibbi maskadan istifadə etmədiyinə görə həmin ərazidə xidmət aparan polis əməkdaşları ondan idarə etdiyi nəqliyyat vasitəsini saxlamağı tələb etmişlər, lakin Şəxs idarə etdiyi sərnişin avtobusunu saxlamayaraq, ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Buna görə də 18 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə inspektoru Babaşov Şəfayət Məmməd oğlu tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq etməyərək və inzibati xətanı törətməsində özünü təqsirli bilməyərək bildirdi ki, 18 oktyabr 2021-ci il tarixdə, 11 radələrində, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsində 81 saylı sərnişin avtobusunu idarə edərkən tənəffüs yollarını qoruyan fərdi vasitə-tibbi maskadan istifadə etmədiyinə görə həmin ərazidə xidmət aparan polis əməkdaşları ondan idarə etdiyi nəqliyyat vasitəsini saxlamağı tələb etmişlər. Lakin həmin ərazidə olan dayanacaqda başqa nəqliyyat vasitələri, habelə avtobusda 10 nəfərdən artıq sərnişin olduğundan o, idarə etdiyi avtobusu növbəti dayanacağa qədər sürüb orada bir qədər gözləsə də, polis əməkdaşlarının gəlmədiyini görüb yoluna davam etmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsində olan 81 saylı sərnişin avtobusun son duracağına çatdıqda polis əməkdaşları idarə etdikləri xidməti avtomobillə onun idarə etdiyi avtobusun qarşısını kəsərək, ondan şəxsiyyətini təsdiq edən sənədini təqdim etməsini tələb etmişlər. Polis əməkdaşlarına üzərində şəxsiyyətini təsdiq edən sənədinin olmadığını bildirdikdə, sonuncular onu Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə aparmışlar. Həmin vaxt o, polis bölməsinə aparılmasına hər hansı bir formada etiraz etməmiş, polis əməkdaşlarına heç bir müqavimət göstərməmişdir. Sonda Şəxs məhkəmədən barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə inspektoru Babaşov Şəfayət Məmməd oğlu məhkəmədə göstərdi ki, 18 oktyabr 2021-ci il tarixdə, 11 radələrində, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin inzibati ərazisi sayılan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əlahiddə X2 7-ci Patrul Bölüyünün polis nəfərləri ilə birlikdə 22 saylı piyada psotunda xidmət apardıqları zaman, adını sonradan bildiyi, 81 saylı sərnişin avtobusunun sürücüsü Şəxs həmin avtobusu tibbi maskadan istifadə etmədən idarə etdiyini görüb ondan idarə etdiyi nəqliyyat vasitəsini saxlamağı tələb etmişlər. Lakin Şəxs avtobusu sürməyə davam edərək onların qanuni tələblərinə tabe olmamışdır. Buna görə də onlar, Şəxs idarə etdiyi avtobusun arxasınca 81 saylı sərnişin avtobusunun son dayanacağına qədər gedib, orada özlərini sonuncuya təqdim edib ondan şəxsiyyətini təsdiq edən sənədini təqdim etməsini tələb etmişlər. Şəxs isə polis əməkdaşlarına nifrət etdiyini bildirərək, onlara müqavimət göstərmişdir. Buna görə də Şəxs Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə gətirərək izahatı alınmış və daha sonra onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əlahiddə X2 7-ci Patrul Bölüyünün polis nəfəri X1 məhkəmədə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə inspektoru Babaşov Şəfayət Məmməd oğlunun ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi və şahidi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, cavanlığını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət etmir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs inzibati həbs müddətinin başlanğıcı 18 oktyabr 2021-ci il tarixdən, saat 15:00dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-1420/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1420/2021
18.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver