Məhkəmə qərarları › İş №3(010)-1422/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1422/2021

22.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1422/2021 22.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X6 və icra sənədi üzrə tələbkar X2 iştirakları ilə, Şəxs, xx xxx 1973-cü il tarixdə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, subay, iki yetkinlik yaşına çatmayan uşağı olan, heç yerdə işləməyən, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi, 205 nömrəli evdə qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Çingiz Mustafayev küçəsi, 9A nömrəli evdə yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 19 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X11 tərəfindən Şəxs Sumqayıt şəhər Məhkəməsinin 20 dekabr 2016-cı il tarixli, 2(060)- 10830/2016 nömrəli qətnaməsinə dair icra sənədi üzrə yaranmış 1.638 manat məbləğində aliment borcunu üzrsüz səbəbdən icra etməməsinə görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin 20 dekabr 2016cı il tarixli, 2(060)-10830/2016 nömrəli qətnaməsinə əsasən ondan 30 iyun 2016-cı il tarixdən etibarən 15 avqust 2004-cü il təvəllüdlü X7 və 14 iyun 2011-ci il təvəllüdlü X15 oğlunun yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 117 manat olmaqla ümumilikdə 234 manat sabit pul məbləğində aliment X2 xeyrinə tutulmuşdur. O, məhkəmənin qərarına hörmətlə yanaşır və icra sənədinin icrasından qərəzli olaraq yayınmır. 2021-ci ilin fevral ayına kimi alimenti vaxtlı-vaxtında ödəmişdir. 2021-ci ilin mart ayından isə övladları Mədinə və Nicat, anaları ilə yaşamaq istəmədiklərini bildirdiklərinə görə o, uşaqlarını gətirib öz yanında saxlamışdır. Onunla birlikdə yaşadıqlar müddət ərzində övladlarının təhsil və tərbiyələri ilə məşğul olmuş, bütün maddi tələbatlarını ödəmişdir. Beləliklə yetkinlik yaşına çatmayan uşaqlarının saxlanması üçün Sevdanın xeyrinə aliment ödənilməsinə lüzum qalmadığından o, sonuncuya ödəniş etməmişdir. Bütün bunlara baxmayaraq o, hazırda Sevdaya icra sənədi üzrə 400 manat ödəniş etmiş, sonuncu isə öz növbəsində pulun qalan hissəsindən imtina edərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Sonda Şəxs məhkəmədən qeyd etdiklərini nəzərə alaraq, inzibati məsuliyyətdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokol tərtib etmiş icra məmuru X11 məhkəmədə bildirdi ki, icra sənədi Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icraatına daxil olduqdan sonra müvafiq qaydada icraata başlanılmış, borcluya 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi təklif olunmuş və icraata başlamaq haqqında qərar bildirişlə birlikdə borcluya şəxsən təqdim edilmişdir. Eyni zamanda borclu icra sənədini icra etməyəcəyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyəti barədə xəbərdar olunmuşdur. Borclu 2021-ci ilin fevral ayına qədər alimenti ödəsə də, lakin sonradan icra sənədinin icrasını təmin etməmişdir. Məcburi icra tədbirləri qismində tələbin borclunun bankda olan pul vəsaitlərinə və sair gəlirlərinə, habelə əmlakına yönəldilməsi məqsədilə müvafiq qurum və təşkilatlara sorğular verilmiş, lakin tələbin yönəldilə biləcək vəsait və ya əmlak aşkar edilməmişdir. Tələbkar isə öz növbəsində müraciət edərək müvafiq tədbirlər görülməsini xahiş etmişdir. Borcludan icra sənədini icra etməsi tələb edildikdə isə o, uşaqlarının onun yanında qaldığını bildirərək, icra sənədi üzrə yaranmış 1.638 manat məbləğində aliment borcunu ödəməkdən imtina etmişdir. Göründüyü kimi borclu bir icra məmuru kimi onun qanuni tələblərini yerinə yetirməyərək icra sənədi üzrə yaranmış borcunu ödəməmişdir. Bu səbəbdən də məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi bu günə kimi icra olunmamışdır. Buna görə də icra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında icra sənədi üzrə tələbkar X4 göstərdi ki, Sumqayıt şəhər Məhkəməsinin 20 dekabr 2016-cı il tarixli, 2(060)-10830/2016 nömrəli qətnaməsinə əsasən Şəxs 30 iyun 2016-cı il tarixdən etibarən 15 avqust 2004-cü il təvəllüdlü X7 və 14 iyun 2011-ci il təvəllüdlü X15 oğlunun yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 117 manat olmaqla ümumilikdə 234 manat sabit pul məbləğində aliment onun xeyrinə tutulmuşdur. Şəxs 2021-ci ilin fevral ayına qədər alimenti vaxtlıvaxtında ödəsə də, sonradan uşaqlarının onun yanında qaldıqlarını əsas gətirərək heç bir ödəniş etməmişdir. Buna görə də o, ərizə ilə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə müraciət edərək, icra sənədinin icrasını həyata keçirən icra məmurundan müvafiq tədbirlər görməsini xahiş etmişdir. X4 həmçinin bildirdi ki, oğlu atasının deyil, onun yanında qalmaq istəyir. Lakin Şəxs oğluna psixoloji təsir göstərərək sonuncunun onun yanında qalmasına imkan vermir. Sumqayıt şəhər Məhkəməsinin 20 dekabr 2016-cı il tarixli, 2(060)- 10830/2016 nömrəli qətnaməsi ilə uşaqlarının onun yanında qalmaları müəyyən edilsə də, 2021-ci ilin iyul ayından uşaqlar atalarının yanında yaşayırlar. Həmin ərəfələrdə oğlu ilə danışarkən sonuncu ona, ayrıldıqlarına görə onlardan bezdiyini bildirmişdir. X1 Şəxs aliment borcundan ona 400 (dörd yüz) manat ödədiyini buna görə də aliment borcunun ödənilməmiş qalan hissəsini istəmədiyini, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmədə şahid qimində dindirlmiş X15 oğlu göstərdi ki, 2021-ci ilin mart ayının 3dən o, bacısı Mədinə ilə birlikdə atalarının yanında yaşayır. 2021-ci ilin sentyabr ayında isə anası əməliyyat olunduğundan bacısı Mədinə analarına baxmaq üçün sonuncunun yanına qayıtmış, o isə atası ilə yaşamağa davam etmişdir. Mart ayından hal-hazıra kimi o, cəmi 1 həftə anasının yanında yaşamışdır. Atası ona, kimin yanında qalmağı seçməli olduğunu dedikdə o, atasına onunla yaşamaq istədiyini bildirmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, icra sənədi üzrə tələbkarı və şahidi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 20 dekabr 2016-cı il tarixli, 2(060)-10830/2016 nömrəli qətnaməsinə dair icra vərəqəsindən görünür ki, Şəxs 30 iyun 2016-cı il tarixdən etibarən 15 avqust 2004-cü il təvəllüdlü X7 və 14 iyun 2011-ci il təvəllüdlü X15 oğlunun yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 117 manat olmaqla ümumilikdə 234 manat sabit pul məbləğində aliment X2 xeyrinə tutulmuşdur. İş materialarına əlavə edilmiş icraata başlamaq haqqında 03 fevral 2017-ci il tarixli qərardan və onun üzərindəki qeyddən görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 20 dekabr 2016-cı il tarixli, 2(060)-10830/2016 nömrəli qətnaməsinə dair icra sənədi üzrə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsində icraata başlanılmış, borclu Şəxs icranı 10 gün müddətinə könüllü olaraq təmin etməsi təklif etmiş və həmin qərar Şəxs 29 yanvar 2018-ci il tarixdə şəxsən təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında 03 fevral 2017-ci il tarixli bildirişdən görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 20 dekabr 2016-cı il tarixli, 2(060)-10830/2016 nömrəli icra sənədində göstərilən tələbin icra olunması Şəxs xahiş olunmuş, göstərilən müddət ərzində tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı bildirilmişdir. İş materiallarında olan icra sənədi üzrə tələbkar X2 Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə ünvanladığı 19 oktyabr 2021-ci il tarixli ərizəsindən görünür ki, Şəxs 2021-ci ilin fevral ayına kimi X3 aliment ödəmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinin Buzovna qəsəbə inzibati ərazi dairəsi ürə nümayəndəliyinin mühəndisi X5 və Buzovna qəsəbəsi, Çingiz Mustafayev küçəsində yaşayan qonşular tərəfindən tərtib edilmiş 18 oktyabr 2021-ci il tarixli aktdan müəyyən olunur ki, 15 avqust 2004-cü il təvəllüdlü X12 və 14 iyun 2011-ci il təvəllüdlü X15 oğlu həqiqətən də 03 mart 2021-ci il tarixdən ataları Şəxs ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Çingiz Mustafayev küçəsi, 9A nömrəli evdə yaşamışlar. X12 18 sentyabr 2021-ci il tarixdən anasının yanına qayıtmış, X15 oğlu isə atası ilə birlikdə yaşamağa davam edir. İş materiallarına əlavə edilmiş icra sənədi üzrə tələbkar X2 məhkəmə iclasında verdiyi ərizəsindən görünür ki, borclu Şəxs Sumqayıt şəhər Məhkəməsinin 20 dekabr 2016-cı il tarixli, 2(060)-10830/2016 nömrəli icra sənədi üzrə 400 manat ödəniş etdiyinə görə o, aliment borcunun ödənilməmiş qalan hissəsindən imtina edərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə borclu Şəxs Sumqayıt şəhər Məhkəməsinin 20 dekabr 2016-cı il tarixli, 2(060)-10830/2016 nömrəli qətnaməsinə dair icra sənədi üzrə tələbkar X3 2021-ci ilin fevral ayına kimi aliment ödədiyini, 03 mart 2021-ci il tarixdən isə tərəflərin birgə nikahından anadan olmuş 15 avqust 2004-cü il təvəllüdlü X7 və 14 iyun 2011-ci il təvəllüdlü X15 oğlunun ataları Şəxs ilə birlikdə yaşadıqlarını, X7 18 sentyabr 2021-ci il tarixdən anasının yanına qayıtdığını, X15 oğlunun isə hal-hazıradək atası ilə birlikdə yaşamağa davam etdiyini, habelə borclu Şəxs tələbkar X3 22 oktyabr 2021-ci il tarixdə 400 manat ödəniş etdiyini və buna görə də sonuncunun aliment borcunun ödənilməmiş qalan hissəsindən imtina etdiyini, iş üzrə icraata xitam verilməsini xahiş etdiyini nəzərə alaraq hesab edir ki, Şəxs əməlinin sözügedən icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırması kimi tövsif edilməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs qismində təqsirli hesab edilməsi yol verilməzdir. Bununla da Şəxs Sumqayıt şəhər Məhkəməsinin 20 dekabr 2016-cı il tarixli, 2(060)- 10830/2016 nömrəli qətnaməsinə dair icra sənədini üzrsüz səbəbdən icra etməməsi sübuta yetirilmir. Beləliklə, işdə olan sübutlarla Şəxs əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edildiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Əməlində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar