Məhkəmə qərarları › İş №3(010)-1423/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-1423/2021

19.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-1423/2021 19.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X2 iştirakı ilə, Şəxs, xx xxxxxx 1965-ci ildə Yevlax şəhərində şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, orta təhsilli, evli, heç yerdə işləməyən, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Ə.Qarayev küçəsi, Dalan 2, 5D nömrəli evdə qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 19 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol və ona əlavə edilmiş materiallar Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. 19 oktyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 01 may 2017-ci il tarixli, 2(010)-1863/2017 nömrəli qətnaməsinə dair icra sənədinə əsasən Şəxs 26.600 manat məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq X4 ödənilməlidir. Həmin icra sənədinin icrasını həyata keçirən Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru tərəfindən Şəxs dəfələrlə icra sənədinin icra edilməsi tələb olunsa da, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, üzrsüz səbəbdən icra sənədini icra etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə bildirdi ki, icra məmuru ona, barəsində tərtib etdiyi inzibati xəta haqqında protokolun müvafiq qrafalarında imza etdirsə də həmin protokolun surətini ona verməmiş, habelə hüquq və vəzifələrini izah etməmişdir. Halbuki qanunvericiliyin tələblərinə əsasən inzibati xəta haqqında protokolun surəti ona verilməli və hüquq və vəzifələri izah edilməli idi. Məhkəmə iclasında icra məmuru X5 göstərdi ki, Şəxs barəsində tərtib etdiyi 19 oktyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan da göründüyü kimi sonuncu öz imzası ilə protokolun surətini aldığını, habelə hüquq və vəzifələrinin ona izah olunduğunu öz imzası ilə təsdiq etmişdir. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona hüquq və vəzifələrinin izah edilmədiyini, protokolun surətinin verilmədiyin bildirməkdə məqsədi sadəcə olaraq inzibati məsuliyyətə cəlb olunmaqdan boyun qaçırmaqdır. X1, inzibati xəta haqqında materialların icaata götürülərək, mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası İXM-nin 100.1, 100.1.3, 100.1.4, 100.1.7 və 100.1.10-cu maddələrinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları və nzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilir. Tərtib edilmiş 19 oktyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokolda isə məlumatlar natamam göstərilmişdir. Belə ki, barəsində icraat aparılan şəxsin, soyadı, adı, atasının adı, doğulduğu tarix, o cümlədən fərdi identifikasiya nömrəsi göstərilsə də, lakin onun vətəndaşlığı, şəxsiyyətini təsdiq edən sənədin seriyası və nömrəsi barədə məlumatlar, habelə inzibati xətanın törədildiyi yer, vaxt və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin izahatı, bundan əlavə protokola əlavə olunmuş sənədlərin adı və vərəqələrin sayı göstərilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Şəxs barəsində tərtib edilmiş 19 oktyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokolda, Şəxs hüquq və vəzifələrinin izah edilməsi qrafasında imza etdirilsə də, lakin protokolda sonuncuya hüquq və vəzifələrinin izah edilməsi barədə müvafiq qeydlər aparılmamışdır. Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati xəta haqqında protokolun surəti verilməlidir. İnzibati xəta haqqında işin məhkəmədə baxılmağa hazırlanması zamanı, o cümlədən məhkəməyə daxil olmuş inzibati xəta haqqında materiallardan isə müəyyən edildi ki, Şəxs barəsində tərtib edilmiş 19 oktyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokolun surətinin verildiyi qrafada da icra məmuru tərəfindən Şəxs imza etdirilsə də, lakin protokolun surətinin sonuncuya nə vaxt verildiyi də qeyd edilməmişdir. Qeyd olunanlardan məhkəmə belə nəticəyə gəlir ki, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X5 həqiqətən də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə göstərdiyi kimi, Şəxs inzibati xəta haqqında protokolun surətini verməmiş, ona hüquq və vəzifələrini izah etməmiş, sadəcə formal olaraq protokolun müvafiq qrafalarında sonuncuya imza etdirmişdir. Azərbaycan Respublikası İXM-nin 106.0, 106.0.1-106.0.3-cü maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin baxılması onun səlahiyyətinə aiddirmi, işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu, inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi kimi məsələləri həll edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-ci maddəsi ilə müəyyən edilmişdir ki, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işə baxan hakim, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda hakim inzibati xəta haqqında protokolu onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Bununla əlaqədar məhkəmə hesab edir ki, təqdim edilmiş materiallar natamam olduğuna görə inzibati xəta haqqında protokol onu tərtib etmiş vəzifəli şəxsə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 106, 109 və 128-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs inzibati xəta törədilməsi haqqında 19 oktyabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol, onu tərtib etmiş Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X3 qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar