Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-1426/2020 26.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi ilə Sabunçu Rayon DYPŞ-nin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında xx xxxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli qərarından X2 tərəfindən verilmiş şikayəti baxmağa hazırlayarkən, MÜƏYYƏN ETDİM: Sabunçu Rayon DYPŞ-nin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında xx xxxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəliqərarı ilə fiziki şəxs X2 Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə təqsirli bilinib 100 manat miqdarında cərimə edilmişdir. X2 həmin qərardan şikayət verib. Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsinə əsasən «səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə» verilir. İnzibati tənbeh vermə haqqında xx xxxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəliqərardan və «AZEMİS» Elektron Məhkəmə İnformasiya Sistemi məlumatından görünür ki, X3 ünvan 1 ünvanı üzrə qeydiyyatdadır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Beləliklə, qanunvericiliyin yuxarıda qeyd olunan müddəasının tələbinə görə şikayət Suraxanı Rayon Məhkəməsinə deyil, X1 qeydiyyatda olduğu (yaşadığı) ərazi üzrə rayon (şəhər) məhkəməsinə verilməli idi. Azərbaycan Respublikası İXM-nin 132.2-ci maddəsinə əsasən «Şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 132-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Sabunçu Rayon DYPŞ-nin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında xx xxxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəliqərarından X2 tərəfindən verilmiş şikayət aidiyyəti üzrə baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(010)-1426/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-1426/2020
26.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver