Məhkəmə qərarları › İş №3(010)-1428/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1428/2020

02.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1428/2020 02.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X1 iştirakı ilə Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin vəzifəli şəxsinin xx xxxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli qərarından X2 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİM: Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin vəzifəli şəxsinin xx xxxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli qərarı ilə X2 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə təqsirli bilinib cərimə edilmişdir. Həmin qərar inzibati xəta haqqında iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli protokol əsasında verilib. Qərara əsasən X2 xx.xx.2020-ci ildə saat 13:00-da Bakı Dövlət Sirkində olarkən Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş, yəni qapalı şəraitdə qoruyucu tibbi maskadan istifadə etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X2 işin məhkəmə baxışı zamanı şikayətində göstərilənlərə uyğun məzmunlu izahat verərək həmçinin bildirmişdir ki, o, xx xxxxxxxx 2020-ci ildə saat 13:00 radələrində öz iş kabinetində tək ooturub çay içərkən polis əməkdaşları gəlmiş və barəsində inzibati xəta haqqında protokol tərtib etmişlər. Qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən qapalı məkanlarda şəxs tək olduqda, qoruyucu maskadan istifadə etməməsi hər hansı inzibati xətanın törədilməsi kimi qiymətləndirilə bilməz. Bakı Dövlət Sirkində pandemiyaya qarşı qəbul edilmiş bütün hüquqi aktların təmin edilməsi ciddi nəzarət altındadır. Göstərilənlərə əsasən məhkəmədən şikayətinin təmin olunmasını xahiş edir. Şikayətə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Göstərilənlərə əsasən məhkəmə şikayətə Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsi dinləyib iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, şikayət təmin olunmalıdır. X1 təqdim etdiyi Bakı Dövlət Sirkinin direktoru tərəfindən verilmiş xx xxxxxxx 2020ci il tarixli sənədlə müəyyən olunur ki, M.Ağayev hadisə vaxtı otaqda tək olmuşdur. Bu hal inzibati xəta haqqında icraat dövründə nəzərə alınmamış, nəticədə qanunun müvafiq norması düzgün tətbiq edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 135.1.4-cü maddəsinə əsasən «inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi» inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən qərar ləğv olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134 və 135-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şikayət təmin olunsun. X1 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə təqsirli bilinib cərimə olunması ilə bağlı Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsinin vəzifəli şəxsinin xx xxxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli qərarı ləğv edilərək həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar