Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-143/2021 28.01.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X1 iştirakı ilə Suraxanı Rayon DYPŞ Yol Patrul Xidmətinin vəzifəli şəxsinin xx xxxxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli qərarından X2 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı Rayon DYPŞ Yol Patrul Xidmətinin vəzifəli şəxsinin xx xxxxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli qərarı ilə X2 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinib 200 manat miqdarında cərimə edilmişdir. Həmin qərar Suraxanı Rayon DYPŞ-nin vəzifəli şəxsi tərəfindən xx xxxxxx 2020-ci ildə tərtib olunmuş İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında verilib. Suraxanı Rayon DYPŞ-nin vəzifəli şəxsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokola görə X2 xx xxxxxx 2020-ci ildə saat 12:21-də «Chevrolet Aveo» minik markalı 99XG321 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş, yəni epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərini pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X2 işin məhkəmə baxışı zamanı şikayətində göstərilənlərə uyğun məzmunlu izahat verərək bildirmişdir ki, xx xxxxxx 2020-ci ildə «Chevrolet Aveo» minik markalı 99XG321 dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən “Baku Bus” avtobus parkının qabağındakı postda polis əməkdaşı tərəfindən saxlanılmış, o, şəxsiyyət vəsiqəsini, həmçinin telefonundan 8103 nömrəsinə etdiyi müraciəti və ona verilmiş icazəni göstərmişdir. Qeyd edir ki, ona xx xxxxxx 2020-ci ildə saat 11:29-dan etibarən 3 saat müddətinə yaşayış yerini tərk etmək icazəsi verilib. Yəni, onun həmin gün saat 14:29-adək yaşayış yerini tərk etmək icazəsi olub. Buna baxmayaraq polis əməkdaşı onun sürücülük vəsiqəsini alaraq İXM-nin 211.1-ci maddəsi ilə 200 manat miqdarında cərimə edilməsi barədə qərar qəbul etmişdir. Həmin qərarı qanunsuz və əsassız hesab edir. Göstərilənlərə əsasən məhkəmədən şikayətinin təmin olunmasını xahiş edir. Şikayətə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Suraxanı Rayon DYPŞ nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Göstərilənlərə əsasən məhkəmə şikayətə Suraxanı Rayon DYPŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsi dinləyib iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, şikayət təmin olunmalıdır. X1 şikayətindən, məhkəməyə bildirdiklərindən və şikayətinə əlavə edilmiş çıxarışdan görünür ki, o, xx xxxxxx 2020-ci ildə saat 11.14-də müvafiq icazənin alınması üçün 8103 nömrəsinə SMS göndərmiş və ona həmin gün saat 11.29-dan etibarən 3 saat müddətində yaşayış yerini tərk etməyə icazə verilmişdir. İnzibati xəta haqqında protokol isə saat xx xxxxxx 2020-ci ildə saat 12:21-də yəni icazə alındıqdan 51 dəqiqə sonra tərtib edilib. Göstərilənlər inzibati xəta haqqında müvafiq qərar qəbul edilərkən araşdırılmayıb. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə şikayətə baxan hakim «bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında» qərar qəbul edir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən «hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması» inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134 və 135-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şikayət qismən təmin olunsun. X1 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinib 200 manat miqdarında cərimə olunması ilə bağlı Suraxanı Rayon DYPŞ Yol Patrul Xidmətinin vəzifəli şəxsinin xx xxxxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli qərarı ləğv edilsin və hazırkı qərar inzibati xəta haqqında həmin işə yenidən baxılması üçün Suraxanı Rayon DYPŞ-nə göndərilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(010)-143/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-143/2021
28.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver