Məhkəmə qərarları › İş №3(010)-1438/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-1438/2023

18.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-1438/2023 18.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızı, Quliyeva Leyla Məmməd qızının katibliyi ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən, MÜƏYYƏN ETDİM: Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsindən daxil olmuş 18 mart 2023ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 07 mart 2023-cü il tarixdə gecə saatlarında X1 məxsus avtomaşının qabaq və arxa dövlət qeydiyyat nişanlarını oğurlama yolu ilə talayaraq, zərərçəkmiş şəxsə 100 manat miqdarında maddi ziyan vurmuşdur. Azərbaycan Respublikası İXM-nin 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini, habelə işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıbtoplanmadığını araşdırır. Müvafiq məsələləri araşdıraraq qeyd edirəm ki, Azərbaycan Respublikası İXM-nin 100.1.9-cu maddəsinə əsasən inzibati xəta haqqında protokolda «inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər» göstərilməlidir. Bununla yanaşı, Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən «İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir». Qeyd olunur ki, inzibati xəta haqqında protokolda inzibati xəta nəticəsində vurulmuş ziyanın miqdarı göstərilməməklə yanaşı, materiala barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin oğurladığı əşyaların dəyəri ilə bağlı heç bir mötəbər sübut (məsələn, ekspert və ya mütəxəssis rəyi) əlavə edilməyib. Beləliklə, inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli vəzifəli şəxs üzərinə düşən sübutetmə vəzifəsini lazımi qaydada icra etməyib. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən «protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması» barədə qərar qəbul edilir. Göründüyü kimi inzibati xəta haqqında protokol düzgün tərtib edilməmiş, həmçinin məhkəməyə təqdim olunmuş sənədlər natamamdır. Ona görə də inzibati xəta haqqında protokol ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109, 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair 18 mart 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol geri qaytarılsın. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar