Məhkəmə qərarları › İş №3(010)-1439/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1439/2023

05.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1439/2023 05.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, İnzibati xəta üzrə zərərçəkmiş şəxs X3 iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Suraxanı Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola Suraxanı rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında İXP ******* saylı, 11 mart 2023-cü il tarixli protokola əsasən, Şəxs 09 dekabr 2022-ci il tarixdə təxminən saat 18:50 radələrində etibarnamə əsasında idarə etdiyi “Renault Megan” markalı, **-SE-*** d.q.n-lı avtomobil ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. X4 əməlində cinayət tərkibi olmadığından və onun əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi yarandığından Bakı şəhəri Suraxanı RPİ-nin TŞ-nin baş təhqiqatçısı Yalçın Yaqubov tərəfindən 30 dekabr 2022-ci il tarixli qərarla “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, 09 dekabr 2022-ci il tarixdə təxminən saat 18:50 radələrində etibarnamə əsasında idarə etdiyi “Renault Megan” markalı, **-SE-*** d.q.n-lı avtomobil ilə Sabunçu dairəsindən Hava limanı istiqamətinə saatda 110 km sürətlə hərəkət etdiyi zaman anidən qarşısında olan “Opel” markalı avtomobilin arxa yük hissəsi ilə toqquşmuşdur. Hadisə əticəsində onun idarə etdiyi avtomobildə olan sərnişinlərdən xəsartə alan olmuş və hadisə yerinə gələn TTY avtomobili ilə xəstəxanaya aparılmışdır. Hadisə nəticəsində özü xəsaət almamışdır. Avtomobili idarə etmək üçün bütün lazımi sənədləri qaydasındadır. Hadisə zamanı idarə etdiyi avtomobil texniki cəhətdən saz və yüksüz olmuş, sərxoş olmamışdır. Sonda o, əməlindən peşman olduğunu və zərərçəkmiş şəxslə barışdığını bildirdi. Məhkmə iclasında zərərçəkmiş şəxs X1 Tural Rasim oğlunun izahatında göstərdiklərini təsdiq edərək eyni məzmunlu izahat vermişdir. Sonda o, inzibati xəta törətmiş şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi. İş materiallarında olan 30 dekabr 2022-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, Şəxs 09 dekabr 2022-ci il tarixdə təxminən saat 18:50 radələrində etibarnamə əsasında idarə etdiyi “Renault Megan” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sabunçu dairəsindən Hava limanı istiqamətinə saatda 110 km sürətlə hərəkət etdiyi zaman ondan öndə hərəkət edən “Opel” markalı avtomobilin arxa yük hissəsi ilə toqquşmuş və hadisə nəticəsində “Renault Megan” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin X5 alnın əzilmiş yarası və burunun sıyrığı kimi dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri almışdır. Şəxs əməlində cinayət tərkini olmadığından onun barədə toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, sonuncu barəsində AR İXM-nin 327.8ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti aidiyyatı üzrə göndərilmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 28 dekabr 2022-ci il tarixli 1445 saylı rəyindən görünür ki, vətəndaş X3 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - alının əzilmiş yarası və burunun sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilmiş xx.xx.2022-ci il tarixdə YNH şəraitində sərnişini olduğu avtomaşınla digər avtomaşının toqquşması nəticəsində törənə bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Məhkəmə tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs 09 dekabr 2022-ci il tarixdə təxminən saat 18:50 radələrində etibarnamə əsasında idarə etdiyi “Renault Megan” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sabunçu dairəsindən Hava limanı istiqamətinə saatda 110 km sürətlə hərəkət etdiyi zaman ondan öndə hərəkət edən “Opel” markalı avtomobilin arxa yük hissəsi ilə toqquşmuş və hadisə nəticəsində “Renault Megan” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin X5 alnın əzilmiş yarası və burunun sıyrığı kimi dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri almışdır. Nəticədə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o AR İXM-nin 327.8-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını və zərərçəkmiş şəxslə barışmasını məsuliyyətini yüngülləşdirən hal hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində ağırlaşdıran hal müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin dispozisiyasına görə, svetaforun qadağanedici siqnalının tələbinə əməl etmədən nəqliyyat vasitəsi ilə hərəkətdə olma, digər avtomobillə toqquşaraq zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirilməsi həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində inzibati cərimə növündə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinsin, ona 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Bakı şəhəri Suraxanı Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar