Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1441/2020 16.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Şəxs Etibar oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3cü maddəsi ilə təgsirləndirilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi X4 İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: xx xxxxxxx 2020-ci il tarixdə saat 13:10-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Su NPİ-nin BQM və BEMB-nin əməkdaşları tərəfindən ekoloji cinayətləri törədənlərə qarşı keçirilmiş mübarizə xarakterli tədbirlər nəticəsində Şəxs Etibar oğlu Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi istiqamətində Xəzər dənizində qanunsuz balıq tutarkən saxlanılmış, yoxlama zamanı ondan 1 ədəd rezin qayıq, 2 ədəd avar, 1 ədəd rezin kombinezon, jılka adlandırılan sintetik sapdan toxunmuş, hər birinin uzunluğu 60 metr, eni 4 metr, gözlərinin ölçüsü 28x28 mm olan 2 ədəd tor və 12 ədəd kefal balıqları aşkar edilərək maddi sübut kimi götürülmüşdür. Bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Su NPİ-nin BQM və BEMB-nin baş inspektoru polis baş leytenantı X1 tərəfindən xx xxxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Suraxanı Rayon Məhkəməsinə təqdim olunmuşdur. İnzibati protokol tərtib etmiş orqana və barəsində inzibati protokol tərtib edilmiş şəxsə rəsmi qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, inzibati protokolu tərtib etmiş orqanın nümayəndəsi və barəsində inzibati protokol tərtib edilmiş şəxs məhkəmə iclasında iştirak etməmiş, eləcə də inzibati işə baxılmasının təxirə salınması barədə məhkəməyə heç bir vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati protokolu tərtib etmiş orqanın nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Etibar oğlu İXM-nin 272.3-cü maddəsi ilə nəzərədə tutulmuş inzibati xətanı törətməsi faktı iş üzrə toplanmış sübutlarla təsdiq olunur. Belə ki, iş materiallarına əlavə edilmiş xx xxxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, xx xxxxxxx 2020-ci il tarixdə saat 13:10-da Şəxs Etibar oğlu Hövsan qəsəbəsi istiqamətində Xəzər dənizində qanunsuz balıq tutarkən saxlanılmışdır. Bununlada Şəxs Etibar oğlu tərəfindən Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə nəzərədə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli “Baxış keçirilməsi haqqında” Protokoldan müəyyən olunur ki, xx xxxxxxx 2020-ci il tarixdə saat 13.10-da X4 idarəsinin Brakonyerliyə qarşı mübarizə və Balıq ehtiyyatlarının mühafizəsi bölməsinin əməkdaşları ilə birgə ekoloji cinayətlərə qarşı keçirilən mübarizə xarakterli tədbir zamanı.Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi istiqamətində Xəzər dənizində şəxsiyyəti sonradan müəyyən edilmiş xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsi A\Y, ev 24-də yaşayan Şəxs Etibar oğlu qanunsuz balıq tutarkən tərəfimizdən saxnıldı. Yoxlama zamanı Şəxs Etibar oğlundan 1 ədəd rezin qayıq, 2 ədəd avar, 1 ədəd rezin kombinezon, jılka adlandırılan sintetik sapdan toxunmuş, hər birinin uzunluğu 60 metr, eni 4 metr, gözlərinin ölçüsü 28x28 mm olan 2 ədəd tor və 12 ədəd kefal balıqları aşkar edilərək maddi sübut kimi götürüldü. Sorğu zamanı Şəxs Etibar oğlu bildirdi ki, həmin 12 ədəd kefal balıqlarını aşkar edilmiş 2 ədəd torların vasitəsi ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi istiqamətində Xəzər dənizindən qanunsuz tutmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli “cinayət işi başlanmasının rədd olunması haqqında” qərardan müəyyən olunur ki, Şəxs Etibar oğlunun əməlində Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkib əlamətləri olmadığından barəsində cinayət işi başlanması rədd edilməsi, Şəxs Etibar oğlunun əməlində Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsinin tərkib əlamətləri olduğundan barəsində inzibati qaydada ölçü götürülməsi üçün qərarın surəti aidiyyəti üzrə göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli “cinayət işi başlanmasının rədd olunması haqqında” qərardan müəyyən olunur ki, Şəxs Etibar oğlu izahat verərək bildirmişdir ki, xx xxxxxxx 2020-ci il tarixdə saat 10:00-da balıq tutmaq məqsədi ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi istiqamətində Xəzər dənizinin sahilinə gəlmiş, 1 ədəd rezin materialdan hazırlanmış qayıqdan, 2 ədəd avarlardan və 1 ədəd rezin kombinezondan istifadə edərək dənizə girdikdən sonra sahildən aralanıb jılka adlandırılan sintetik sapdan toxunmuş, hər birinin uzunluğu 60 metr, eni 4 metr, gözlərinin ölçüsü 28x28 mm olan 2 ədəd torları dənizə səpib yığmaqla balıq tutmağa başlamışdır. Saat 13:10-da səpdiyi torların vasitəsi ilə 12 ədəd kefal balıqları tutub sahilə çıxarkən Su NPİnin BQM və BEMB-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Yoxlama zamanı polis əməkdaşları istifadə etdiyi 1 ədəd rezin qayığı, 2 ədəd avarları, 1 ədəd rezin kombinezonu, jılka adlandırılan sintetik sapdan toxunmuş, hər birinin uzunluğu 60 metr, eni 4 metr, gözlərinin ölçüsü 28x28 mm olan 2 ədəd torları və həmin torların vasitəsi ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi istiqamətində Xəzər dənizindən qanunsuz tutduğu 12 ədəd kefal balıqlarını aşkar edib maddi sübut kimi götürmüşlər. Sorğu zamanı polis əməkdaşlarına bildirmişdir ki, Xəzər dənizində balıq tutmaq üçün rəsmi icazəsi, yəni balıqovlama bileti yoxdur. Bundan sonra polis əməkdaşlarının dəvəti ilə Su NPİ-nin inzibati binasına gəlmiş və orada aşkar edilmiş balıqovlama vasitələrinə və həmin balıqovlama vatələrindən istifadə etməklə Xəzər dənizindən qanunsuz tutduğu 12 ədəd kefal balıqlarına baxış keçirilib protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Eyni zamanda “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən ovçuluq fəaliyyəti bu Qanunda nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ovçuluq üçün ayrılmış ov yerlərində həyata keçirilir. Ovçuluq fəaliyyəti ödənişlidir. Bu fəaliyyət ovçuluq bileti və ov etmək üçün verilən icazə əsasında həyata keçirilir. Həmin Qanunun 14-cü maddəsinə əsasən ov etmək üçün icazə ovçuluq fəaliyyətinin həyata keçirilməsinə icazə verən hüquqi sənəddir və ov obyektlərinin hər növünə ayrıca verilir. İcazə ov mövsümündə həvəskar və idman ovunu həyata keçirmək üçün fiziki və hüquqi şəxslərə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilir. İcazədə ov obyektinin növü, ovlama üsulu və yeri, norması (sayı), ovun vaxtı, icazənin müddəti və şərtləri göstərilir. Bu Qanununun 20-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən nəzərdə tutulmamış günlərdə, ovçuluq bileti və ov etmək üçün icazə olmadıqda, başqa şəxsə aid olan ovçuluq biletindən, ov etmək üçün icazədən və ov silahından istifadə edildikdə, ov etmək üçün verilmiş icazədə göstərilən yerdə ov edilmədikdə, ovçuluq təsərrüfatlarında qeydiyyatdan keçmədikdə, ov etmək üçün icazədə göstərilmiş normadan (saydan) artıq ov edildikdə Azərbaycan Respublikasının ərazisində ov edilməsi qadağan edilir. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən ovçuluq haqqında qanunvericiliyi pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “X3 Haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təbiətdən istifadə sahəsində lisenziya və ya icazə tələb olunan müvafiq fəaliyyət növləri və ya hərəkətlər belə lisenziya və ya icazə alındıqdan sonra həyata keçirilir. Həmin Qanunun 9-cu maddəsinin 2-ci bəndinə əsasən təbiətdən ümumi istifadə əhalinin həyatının zəruri tələbatının ödənilməsi üçün vətəndaşlara və təşkilatlara təbii resursların ödənişsiz istifadə etmək şərti ilə həyata keçirilir. Qanunvericilikdə nəzərdə tutulduğu hallarda, təbiətdən istifadəyə məhdudiyyətlər qoyulmasına yol verilir. Bu Qanunun 78-ci maddəsinə əsasən X3 haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan hüquqi və fiziki şəxslər, o cümlədən vəzifəli şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. Odur ki, Şəxs Etibar oğlu İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini, onun şəxsiyyətini və əmlak vəziyyəti barədə olan məlumatları, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmasını nəzərə alaraq, Şəxs Etibar oğluna İXM-nin 272.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan, cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Etibar oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinib, ona 1500 (min beş yüz) manat inzibati cərimə tətbiq edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-1441/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1441/2020
16.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver